Korrupsiya risklərinin azaldılması ilə bağlı ictimai nəzarət gücləndirilir

Korrupsiya risklərinin azaldılması ilə bağlı ictimai nəzarət gücləndirilir
«Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı» Ictimаi Birliyinin “Family Health International” (FHI 360) (USAİD) təşkilatı ilə 10.07.2020-ci ildə tarixdə bağlanmış müqaviləyə uyğun olaraq “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılması” layihəsi çərçivəsində tədbirlər davam edir.”Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılması” adlı təşəbbüs “Empowering Civil Society Organizations for Transparency” (ESCOFT) lahiyəsi çərçivəsində olan fəaliyyətdir. Bu mərhələdə mövzu ilə bağlı keçirilmiş sorğunun, hazırlanmış Ədliyyə Nazirliyinin ayrı-ayrı strukturlarının vətəndaşlara, biznesə xidmətlərin təqdim edilməsində fəaliyyətinin monitorinqinin nəticələrinə dair hesabatlar ətrafında müzakirələr keçirilmiş, ictimai dinləmələr keçirilmişdir. İctimaiyyətə təqdim edilmiş bu sənədlər barədə münasibətlər öyrənilmişdir. Bu qəbildən olan görüşlər aprel ayının 23-də və 28 tarixlərində keçirilmişdir. 28 aprel taixində müzakirlər İctimai Nəzarət Mərkəzinin İdarə Heyəti üzvləri keçirimişdir. Ölkədə ictiami nəzrətlə bağlı böyük bir missiyanı üzərinə götürmüş bir qurum olan İctimai Nəzarət Mərkəzinin rəhbər orqanının görüşdə səmərəli olmuş və həm layihənin, həm də bu fəaliyyətin əhəmiyyətinə müsbət təsir edəcəyinə inanırıq.
Təşəbbüsün məqsədi Ədliyyə Nazirliyinin vətəndaşlara, biznesə xidmətlərin təqdim edilməsində zəifliklər və tərəqqini dəyərləndirmək, bütün maraqlı tərəfləri müstəqil ekspert qiymətləndirilməsiylə təmin etmək. Şəffaflığın artırılması, korrupsiya risklərinin azaldılmasına nail olmaqdır.Layihə çərçivəsində ƏN-nin qeydiyyatla bağlı (Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair təkrar şəhadətnamələrin və arayışların verilməsi, nigahların, Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, doğumun qeydə alınması və s.) xidmətlərin (o cümlədən elektron xidmtələrin) göstətilməsi, Nazirliyə elektron müraciətlərin edilməsi və Penitesiar Xidmətdə vəziyyət, məhkumların saxlanılması, onların yaxınları ilə görüşlər və s. bu kimi istiqamətlərdə ictimai nəzarətin həyata keçirlməsi, real vəziyyətin öyrənilməsi üçün bir sıra tədbirlər keçirilmiş, bu barədə bir sıra vacib sənədlər hazırlnaraq müvafiq strukturlara və ictimaiyyətə təqdim edilir.
Tarix: 28-04-2021, 22:19