Muzey əməkdaşı Əhmədiyyə Cəbrayılovun Ev Muzeyini ziyarət edib

Muzey əməkdaşı Əhmədiyyə Cəbrayılovun Ev Muzeyini ziyarət edib
Muzeyin Vətən mühribəsi fondunun müdiri Şəfa Mövsümov AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 6 may 2021-ci il tarixində keçiriləcək II Dünya müharibəsi dövründə Avropada antifaşist hərəkatının fəal iştirakçısı, Fransada partizan hərəkatının qəhrəmanı Əhmədiyyə Mikayıl oğlu Cəbrayılova (1920–1994) həsr olunmuş tədbir üçün Əhmədiyyə Cəbrayılovun Ev Muzeyində olub.

Ş.Mövsümov Fransa müqavimət hərəkatının liderlərindən biri Ə.Cəbrayılova məxsus orden–medalları, şəxsi əşyaları, kitab və qəzet materialları ilə tanış olub, həmin materialların müvəqqəti olaraq Muzeydə keçiriləcək tədbir üçün gətirilməsində iştirak edib.
Tarix: 5-05-2021, 19:11