“Vətən müharibəsindəki uğurlarımız, şəhid və qazilərimizlə bağlı şəkillər çəkməkdən qürur duyuram”

“Vətən müharibəsindəki uğurlarımız, şəhid və qazilərimizlə bağlı şəkillər çəkməkdən qürur duyuram”
Günay Bəndəliyeva: “Torpaqlarımızın işğaldan azad edilməsi ilə biz ordumuzun və dövlətimizin gücünü bir daha gördük”

Bu gün Hərbi Qənimətlər Parkı Azərbaycanın 44 günlük Vətən müharibəsində düşmən üzərində zəfərinin rəmzinə çevirilib. İnsanlar böyük sevinc və maraqla buranı ziyarət edir, odurmuzun sanki düşmənə vurduğu zərbələrin nəticələrinə tamaşa edirlər. Eyni zamanda burada zəfərimzin şəfərinə müxtəlif tədbirlər, təqdimat və sərgilər təşkil olunur. “Biz zəfər qazandıq! respublika onlayn rəsm müsabiqə-sərgisi”nin qaliblərinin mükafatlandırılması mərasiminin Hərbi Qənimətlər Parkında keçirilməsi də bunun bariz nümunəsdir.
Respublika onlayn rəsm müsabiqə-sərgisinin II yerin qalibi Günay İlqar qızı Bəndəliyeva seçilib. Günay Bəndəliyeva 2007-ci ilin 18 oktyabrda Bakı şəhərində anadan olub. Bakı şəhər, 83 saylı məktəb liseyin IX sinif şagirdidir. Günay Bəndəliyevanın uşaqlıqdan rəsmə böyük həvəsi var. Əsas amalı gələcəkdə bu peşənin bütün incəliklərini öyrənib peşəkar rəssam olmaqdır. O, bu vaxta kimi müxtəlif mövzularda şəkillər çəkib. Xüsusən vətənpərvərlik mövzusuna daha çox maraq göstərir. Elə onu qalibi olduğu müsabiqə-sərgi ilə bağlı təəssüratları bunu bir daha aydın göstərir: “Belə müsabiqə-sərgilər biz məktəbli və yeniyetmələrdə vətənə, torpağa məhəbbət hisslərinin artırılmasında böyük rol oynayır. Torpaqlarımızın işğaldan azad edilməsi ilə biz ordumuzun və dövlətimizin gücünü bir daha gördük. Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad edirik. Mən Vətən müharibəsindəki uğurlarımız, şəhid və qazilərimizlə bağlı şəkillər çəkməkdən qürur duyuram. Böyük fəxr hissi ilə onların qəhrəmanlıqlarını təsəvvürümdə canlandıraraq rəsmlərini çəkirəm. Cənab Ali Baş Konandan İlham Əliyevin dediyi kimi Qarabağ Azərbaycandır! Artıq bu şüar hər bir soydaşımızın, o cümlədən biz məktəblilərin də beyninə həkk olunub. Biz Prezidentimizlə fəxr edirik. Biz Ordumuzla qürur duyuruq! Biz fəxr edirik ki, azərbaycanlıyıq!”.
“Vətən müharibəsindəki uğurlarımız, şəhid və qazilərimizlə bağlı şəkillər çəkməkdən qürur duyuram”
Tarix: 16-06-2021, 16:11