Ukraynada Azərbaycanı təbliğ edən gənc Əkbər Hüseynzadə

Ukraynada Azərbaycanı təbliğ edən gənc Əkbər Hüseynzadə
Son illərdə dost və qardaş ölkə Ukraynada Azərbaycanı layiqincə təmsil edən gənclər yetişməkdədir. Onlardan biri də 24 yaşlı Əkbərdir.
Hüseynzadə Əkbər Ələsgər oğlu 1 sentyabr 1997-ci ildə Ağcabədi rayonunun Salmanbəyli kənində anadan olub. Zəhmətkeş ailədə doğulan Əkbərə babası Hacı Əkbər Rəsul oğlunun adını qoyublar (Əkbər kişi Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakarlığına görə müharibə veteranı kimi fərqlənmiş, orden və medallarla təltif edilib. Müharibədən sonra Salmanbəyli kəndində kənd təsərrüfatı qabaqcılı kimi seçilib, keçmiş SSRİ-nin müttəfiq respublikalarına ezam olunub. Əkbər kişinin atası Rəsul kişi 1937-1938-ci illərin qanlı repressiyasının qurbanı olub).
Əkbərin kiçik yaşlarında atası Əlsəgər Ukraynaya şəxsi biznesi ilə əlaqədar köçdüyündən o orta təhsilini Poltava vilayətinin Kremençuk şəhərində alıb. Sonra Əkbər Oleq Qonçar adına Dnepr Milli Universitetinin hüquq ixtisasını uğurla başa vurub. Tələbəlik illərindən idmanla məşğul olan Əkbər yarışlarda iştirak etməklə yanaşı burada diaspor fəalı kimi də tanınıb. Qeyd edək ki, 2005-ci ildə Moldoviyanın paytaxtı Kişinyov şəhərində Nizami Gəncəvinin heykəlinin açılışında balaca Əkbər də iştirak edib, ölkə başçısı İlham Əliyev və Moldoviya prezidenti Vladimir Voroninlə birlikdə xatirə şəkil də çəkdirib.
Hazırda Ağır atletika ilə məşğul olan Əkbər Poltava vilayəti üzrə vitse çempion tituluna da yiyələnib. Eyni zamanda, Əkbər ictimai işlərini də uğurla davam etdirir. O, Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin (sədr İlqar Əliyev) Ukrayna üzrə Gənclər komitəsinin sədri vəzifəsini icra edir. Həmyerlimiz 10 may 2021-ci ildə Kiyevdə Azərbaycanın Ukraynadakı səfirliyinin təşkil etdiyi Heydər Əliyevə həsr olunmuş tədbirdə çıxış edib.
Hazırda Əkbər Hüseynzadənin əsas məqsədi bu ölkədə Azərbaycanı layiqincə təmsil etmək, dövlətlərimiz və xalqlarımız arasındakı əlaqələrin güclənməsinə töhfə verməkdir.
Ukraynada Azərbaycanı təbliğ edən gənc Əkbər Hüseynzadə
2005-ci il. Moldoviya. Kişinyov. N.Gəncəvinin heykəlinin açılışı (soldan Əkbər Hüseynzadə)
Ukraynada Azərbaycanı təbliğ edən gənc Əkbər Hüseynzadə
10 may 2021-ci il. Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü. Azərbaycanın Ukraynadakı səfirliyi. Kiyev şəhəri.
Bodibildinq üzrə Ukraynanın Poltava vilayəti vitse -çempionu Əkbər Hüseynzadə.

Şəfa Mövsümov
Bakı
Tarix: 23-06-2021, 14:41