5 min 863 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib

5 min 863 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib
Prezident İlham Əliyevin iyunun 24-də imzaladığı sərəncamla Silahlı Qüvvələrin 5 min 863 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Azforum.az-ın məlumatına görə, təltif olunanlar arasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Füzuli rayon Vergilər Şöbəsinin rəisi Atakişi Aqil Şəmi oğlu da var.
5 min 863 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib
O, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalına layiq görülüb. Qeyd edək ki, əslən İmişli rayonundan olan Aqil könüllü olaraq baş leytenant kimi Vətən müharibəsində iştirak edib. O, ən qaynar nöqtələrdə xidməti vəzifəsini ləyaqətlə yerinə yetirib. Artilleriya tağımının komandiri olaraq Füzuli, Hadrut, Xocavənd istiqamətlərində qızğın döyüşlərdə iştirak edib.
5 min 863 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib
Tarix: 24-06-2021, 20:13