Koronavirusa yoluxma son sutkada daha da artıb-STATİSTİKA

Koronavirusa yoluxma son sutkada daha da artıb-STATİSTİKA
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 403 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azforum.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 236 768 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 718 nəfər müalicə olunaraq sağalıb, 3 241 nəfər vəfat edib, aktiv xəstə sayı 3 809 nəfərdir.
Ölkədə son sutka ərzində 8 169, hazırkı dövrədək isə 2 653 375 test aparılıb.
Tarix: 7-03-2021, 15:58