Əgər söhbət o dünyadan düşsə...

Əgər söhbət o dünyadan düşsə...
Tutaq ki, bu dünya yox idi. Nə Sən məni görmüşdün, nə də mən Səni…
Əgər söhbət o dünyadan düşsə, yəqin ki, Sən cənnətin yeddinci qatında olanda, mən cəhənnəmin ikinci qatına düşmək üçün imtahan verməyə səy göstərəcəkdim…
57 yaşın içindəyəm. Yaxşı bilirəm, qoca dünyanın yanında çox uşağam, lap elə körpəyəm…
Amma Sənin bu günkü əlamətdar günündə SÖZ deməyə gücüm çatar:
59 yaşın mübarək, qardaş!
Nə olar, çox və sağlam yaşa!..

Elman Eldaroğlu
Tarix: 6-04-2022, 12:31