“Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir - Əhməd İsmaylov

“Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir - Əhməd İsmaylov
“Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir. Azforum.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmaylov deyib. Ə.İsmaylov bildirib ki, hazırda media subyektlərinin təklifləri müzakirə olunur. O qeyd edib ki, qanun layihəsi yaxın zamanlarda aidiyyəti orqanlara təqdim ediləcək: “Daha sonra isə layihə ətrafında cəmiyyətdə müzakirələr keçiriləcək”.

Trend
Tarix: 9-04-2021, 10:12