Brüsseldə keçirilən etiraz aksiyası zamanı 132 nəfər saxlanılıb

Brüsseldə keçirilən etiraz aksiyası zamanı 132 nəfər saxlanılıb
Belçikanın paytaxtı Brüsseldə koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, etiraz aksiyası zamanı polis əməkdaşları tərəfindən 132 etirazçı saxlanılıb.

Məlumata əsasən, saxlanılanlardan 127-si inzibati qayda, 5-i isə məhkəmə qərarı ilə həbs edilib.

Bildirilir ki, ümumilikdə etiraz aksiyasında 2 minə yaxın insan iştirak edib.
Tarix: 2-05-2021, 17:35