"Uyğurlara qarşı edilənləri soyqırımı kimi qəbul edə bilərik" - ABŞ dövlət katibi

"Uyğurlara qarşı edilənləri soyqırımı kimi qəbul edə bilərik" - ABŞ dövlət katibi
Mübahisəli məsələlərin olmasına baxmayaraq Çinlə qarşılıqlı əlaqə olacaq.

Azforum.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

Çinlə münasibətlərdə “qırmızı xətt” çəkməyin mümkünlüyünə toxunan Blinken bildirib ki, ABŞ onsuz da Pekinlə məşğul olacaq.

O əlavə edib ki, Çinlə qarşılıqlı əlaqələr qurmayacaq vəziyyətdə deyilik:

“Bu münasibətlərdə ciddi çətinliklər var: qarşıdurma, rəqabət... Çinlə ABŞ arasındakı münasibətlərdə çətinliklər məsələsində Sincan siyasəti əsas təşkil edir. Son vaxtlar Çinin Sincan siyasəti qərb ölkələrində, insan haqları təşkilatlarında və mediada kəskin tənqidlərlə müşayiət olunur. Avropa Birliyi, ABŞ, Kanada və İngiltərə Sincanda uyğurların hüquqlarını pozmaq, etnik azlıqlara zülm etmək və məcburi əməyə əl atmaq ittihamı ilə Çinə sanksiyalar tətbiq edib. ABŞ Çinin uyğyrlara qarşı etdikləri hərəkətləri soyqırımı kimi qəbul edə bilər”.

Teleqraf.com
Tarix: 3-05-2021, 15:11