“Rəisinin vücuduna çökən qorxunu gözlərində açıq gördüm”-Güneyli jurnalist İran prezidenti ilə bağlı xatirəsini paylaşdı

“Rəisinin vücuduna çökən qorxunu gözlərində açıq gördüm”-Güneyli jurnalist İran prezidenti ilə bağlı xatirəsini paylaşdı
İranda prezident seçkiləri başa çatdı. Növbəti 4 ildə hökumətə Məhkəmə Sisteminin sabiq başçısı İbrahim Rəisi rəhbərlik edəcək. Qeyd edək ki, İbrahim Rəisi ölkə əhalisinin yaddaşında inqilabdan sonra repressiya aparatına rəhbərlik etmiş molla rejiminin zalım simalarından biri kimi qalıb. Əslən Güney Azərbaycanlı jurnalist Ümid Niyayeş özünün social şəbəkə hesabında Rəisi ilə balı maraqlı xatirə paylaşıb.
Ən qəddar insanlar əslində ən qorxaq olanlardır
“İbrahim Rəisi ilə görüşüm onun Məhkəmə Sisteminin müavini vəzifəsində işlədiyi illərə təsadüf edir.
Müsahibə üçün ofisinə getmişdim. Ziyalıların yaddaşında kütləvi edamları gerçəkləşdirən heyətin üzvü kimi qalsa da onunla bağlı heç bir təsəvvürüm yox idi.
Müsahibə ərəfəsində səsyazma aparatının (doktofonun) batareyasını dəyişmək lazım oldu. Dırnağımla aça bilmədiyim üçün bıçaq istədim. Bıçağı nə üçün istədiyimi deyən ana qədər (hardasa 2-3 saniyə çəkdi) Rəisinin bütün vücuduna çökən qorxunu gözlərində açıqca gördüm.
“Batareyasını dəyişmək istəyirəm, aça bilmirəm”- dedim. Rəisi heç dəxli olmayan şəkildə “aha, əlbəttə, bıçağın yaxşı istifadələri də var” dedi və mühafizəçilərinə meyvə bıçağı gətirmələrini tapşırdı”-deyə, jurnalist yazıb.
Güneyli jurnaslist bnildirib ki, yeni president onun yaddaşında qorxaq adam kimi qalıb:
“Düzdür mənim bıçaq istəməyim qəfil oldu, ancaq o an “böyük Ayətullah”ın uşaq müxbirin qarşısında belə qorxduğunu görəndə əmin oldum ki, ən qəddar insanlar əslində ən qorxaq olanlarıdır”.
Tarix: 21-06-2021, 15:52