Şimali Koreyada amnistiya elan edildi

Şimali Koreyada amnistiya elan edildiŞimali Koreya ölkənin qurucusu Kim İr Senin anadan olmasının 110 və keçmiş lider Kim Çen İrin anadan olmasının 80 illiyi münasibətilə ölkədə amnistiya elan edib.

Axar.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Amnistiya qərarı Şimali Koreya Ali Xalq Məclisinin iclasında qəbul edilib. Qərar yanvarın 30-da qüvvəyə minəcək.

Qeyd edək ki, Kim Çen İrin doğum günü 16 fevralda, Kim İr Senin doğum günü isə aprelin 15-də qeyd olunur.
Tarix: 20-01-2022, 17:43