Paşinyanın komandası daxili siyasi vəziyyətin öhdəsindən gəlmir - Zatulin

Paşinyanın komandası daxili siyasi vəziyyətin öhdəsindən gəlmir - Zatulin Görünən odur ki, ötən il Ermənistan parlamentinə keçirilən növbədənkənar seçkilər bütün suallara cavab vermədi və ölkədəki ciddi daxili siyasi böhrandan çıxa bilmədi. Bu fikirləri “Sputnik Ermənistan”a müsahibəsində rusiyalı siyasətçi, Dövlət Dumasının deputatı Konstantin Zatulin Armen Sarkisyanın ölkə prezidenti postundan istefa verməsi ilə bağlı bəyanatını şərh edərkən deyib.
"Hamı başa düşür ki, onun rolu İngiltərə Kraliçasının roluna endirilib. Bu istefa çoxdan gözlənilirdi. Bunun belə gec baş verməsi yalnız təəccübləndirir” - Zatulin deyib.

Rusiyalı deputatın fikrincə, prezident Sarkisyanın bəyanatının əhəmiyyəti ondan ibarətdir ki, o, həqiqətən də Ermənistandakı vəziyyəti səciyyələndirir. Parlament çoxluğuna əsaslanan hazırkı hökumətin ölkə daxilində özünə inam üçün əsasları getdikcə azalır.
Görünən odur ki, Paşinyanın komandası daxili siyasi vəziyyətin öhdəsindən gəlmir. O da göz qabağındadır ki, hakimiyyət xarici arenada böyük çətinliklə Ermənistanın maraqlarını müdafiə etməyə çalışır.
Tarix: 24-01-2022, 11:15