Salzburqda iftar süfrəsi təşkil edilib

Salzburqda iftar süfrəsi təşkil edilibAvstriya Respublikasının Salzburg şəhərində fəaliyyət göstərən "Azərbaycan Evi" ndə Avstriya Azərbaycanlıları Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Ramazan münsibəti ilə iftar süfrəsi açılıb.

İftar süfrəsi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.

Mərasimdə Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib.
Azərbaycanda və eləcə də Azərbaycandan kənarda yaşayan azərbaycanlıların daima birlik bərabərliklə açdıqları bu iftar süfrələrinin öz milli mənəvi dəyərlərinin yaşamasında, ənənəvi tolerantlığı nümayiş etdirilməsindəki önəmi vurğulayıb.
Salzburqda iftar süfrəsi təşkil edilib
44 günlük Vətən Müharibəsindən 1 ildən çox zamanın keçməsinə baxmayaraq bu gündə qələbə sevincini bizə bəxş edən şəhidlərimizin əziz xatirələri yad edilib ruhlarına dualar oxunub.
Tədbir iştirakçıları İftar süfrəsində iştirak edənləri və onların simasında bütün azərbaycanlıları qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib və ən xoş arzularını çatdırıblar.

Daha sonra Ramazan duası oxunub.
Tarix: 11-04-2022, 12:09