“Pekini səfiri xəbərdar edib” – Elxan Şahinoğlu

“Pekini səfiri xəbərdar edib” – Elxan Şahinoğlu
“CNN” televiziya kanalının məlumatına görə, Böyük Britaniyanın Çindəki səfiri Kerolin Uilson bir neçə gün əvvəl Çin Xarici İşlər Nazirliyinə dəvət olunub. Nazirlikdə səfirə xəbərdarlıq edilib. Məsələ burasındadır ki, Kerolin Uilson sosial şəbəkədə Çinin siyasətini tənqid edən status paylaşıb və bu rəsmi Pekinin xoşuna gəlməyib”. Bunu Azforum.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O, bildirib ki, Çin XİN-nin yaydığı xəbrdarlıqda bildirilir ki, Böyük Britaniyanın səfiri Çinin ünvanına xoşagəlməz ifadələr işlədib və buna görə ona xəbərdarlıq edilib: “Bəyanayda o da vurğulanır ki, səfir guya yanlış informasiyalara istinad edərək status yazıb. Bəyanatda səfirin ünvanına sərt cümlələr də işlədilib: “Səfirin Çinə və Çin Kommunista Partiyasına qarşı hücumları yolverilməzdir. Bunun “söz azadlığı” ilə əlaqəsi yoxdur”. Çinin XİN-i səfiri belə yazıları paylaşmaqdan çəkinməyə çağırıb: “Səfirin əsas vəzifəsi iki ölkə - Böyük Britaniya ilə Çin aarasında əməkdaşlığı genişlədirməyə çalışması olmalıdır”.
London Pekinin Honkonqda yürütdüyü siyasətindən narazıdır. Bu təbiidir. Çünki 1997-ci ilə qədər Honkona Böyük Britaniyaya aid idi. Ona görə də London Pekinin Honkonqun siyasi quruluşunu dəyişmək siyasətindən narahatdır.
Pekin bir müddət “bir dövlət, iki sistem” siyasətinə sadiq qalsa da, son illər Honkonqu özünə ram etməyə çalışır. Bu isə Qərb ölkələrinin, o cümlədən Londonun xoşuna gəlmir. Görünür, Böyük Britaniyanın Çindəki səfiri də Londondan aldığı təlimatlar çərçivəsində hərəkət edərək statuslar paylaşır. Ancaq bu statuslar Pekinin xoşuna gəlmir. Səfirin XİN-ə çağrılması o deməkdir ki, böyük brinatiyalı diplomat bir daha oxşar status paylaşsa, Pekin onun ölkəni tərk etməsi məsələsini qaldıra bilər, bu isə iki ölkə arasında münasibətləri gərginləşdirəcək”.
Tarix: 15-03-2021, 17:49