Türkiyədən ermənilərlə bağlı sərt xəbərdarlıq

Türkiyədən ermənilərlə bağlı sərt xəbərdarlıq
Türkiyənin ABŞ-ın yeni hökuməti ilə həll etməli olacağı “S-400”, “F-35”, FETÖ və PKK kimi məsələlərin sırasına qondarma erməni soyqırımı da daxil olub. Azforum.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Diplomatik mənbələrə istinad edən nəşr qeyd edib ki, ABŞ “soyqırımı” ifadəsinə yol versə, bu, münasibətləri qırılma həddinə gətirə bilər: “ABŞ belə bir addım atsa, Türkiyənin buna adekvat cavab verəcəyi bildirilib.
Diplomatik mənbələr bu barədə ABŞ tərəfinə xəbərdarlıq edib: “Bu məsələdəki həssaslığımızı həmkarlarımıza çatdırmışıq. ABŞ tərəfi bizə bildirdi ki, belə bir təzyiq var, amma bu yöndə niyyətimiz yoxdur. Eyni zamanda, o da diqqətə çatdırıldı ki, ABŞ-ın qondarma soyqırımı tanıyacağı xəbəri Yunanıstan mediasında məqsədyönlü şəkildə və sifarişlə yayımlanıb”.
Prezident Co Baydenin aprelin 24-dəki çıxışı maraqla gözlənilir. Bayden əvvəlki prezidentlər – Barak Obama və Donald Tramp qondarma soyqırımı “Meds yeğern”, yəni “Böyük fəlakət” adlandırmışdı.
ABŞ Konqresinin Nümayəndələr Palatası və Senat 2019-cu ildə 1915-ci il hadisələrini “soyqırımı” olaraq tanıyan qanun layihəsini qəbul etsə də, Tramp bu qərarı imzalamaqdan imtina etmişdi.
Konqresin bu qərarına ən sərt təpki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlmişdi. Qararı “siyasi” adlandıran Ərdoğan ehtiyac olacağı təqdirdə ABŞ-ın Türkiyədəki hərbi bazalarının bağlanacağını demişdi.

Teleqraf.com
Tarix: 31-03-2021, 12:24