Türkmənistan Məclisi “Dostluq” yatağı ilə bağlı memorandumu ratifikasiya edib

Türkmənistan Məclisi “Dostluq” yatağı ilə bağlı memorandumu ratifikasiya edib
Türkmənistan Məclisi “Dostluq” yatağı ilə bağlı memorandumu ratifikasiya edib.
Azforum.az SİA-ya istinadən xəbər verir ki, Türkmənistan parlamentinin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandunun təsdiq edilməsi haqqında” məsələ müzakirəyə çıxarılaraq təsdiq edilib.
Qeyd edək ki, Anlaşma Memorandumu cari il yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilən görüş çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov tərəfindən imzalanıb.
Tarix: 15-03-2021, 13:59