Bayram günlərində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

Bayram günlərində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair qərar qəbul edib.
Azforum.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsinə dair qərar qəbul edib. Qərara əsasən, martın 20-si saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Tarix: 19-03-2021, 16:08