Gələn həftədən 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır

Gələn həftədən 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır
Azərbaycan yanvar ayından vaksinasiyaya başlayıb və proses davam edir. Azforum.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, 500 mindən artıq şəxs vaksin olunub: "Hazırda 50 yaşdan yuxarıdır. Gələn həftədən başlayaraq 40 yaşdan yuixarı vətəndaşlar vaksinasiyaya başlayacaq. Yoluxmaların ən çox artan ərazilərdə vaksinasiyalara başlayacamq. Əsasən Bakkı Sumqayıt və Abşeron ərazisində başlanacaq. Sonra tədricən digər rayonlarda başlanacaq".

Trend
Tarix: 19-03-2021, 16:25