DÇ-2022-nin seçmə oyunlarında VAR-dan niyə istifadə edilmir?

DÇ-2022-nin seçmə oyunlarında VAR-dan niyə istifadə edilmir?
UEFA DÇ-2022-nin seçmə oyunlarında VAR sistemindən istifadə etməməsinin səbəbini açıqlayıb.
Avropa zonasının ilk iki turunda ciddi hakim səhvləri baş verib. Portuqaliya ilə Serbiya arasındakı görüşdə Kriştiano Ronaldonun təmiz qolu qeydə alınmayıb . Fransa - Ukrayna görüşündə (1:1) isə meydan sahibləri ofsayddan qol vurub.
Azforum.az xəbər verir ki, UEFA nümayəndəsi “Associated Press”ə bildirib ki, 2019-cu ildə təmsil etdiyi qurum seçmə matçlarda VAR-ın tətbiqi üçün FİFA-ya təklif irəli sürüb: “Amma pandemiya səbəbindən texniki və loqostik əməliyyatları nəzərə alaraq bu planını təxirə saldı. VAR-dan həmçinin 2020-ci ilin payızında Millətlər Liqasının oyunlarında da istifadə edilmədi” .

Qol.az
Tarix: 29-03-2021, 15:28