• Ərdoğan: Suriya qaçqınlarına Türkiyə vətəndaşlığı veriləcək


    Admin

    “Biz qardaş və bacılarımıza yardım edəcəyik”.

    Türkiyədə məskunlaşan milyonlarla suriyalı qaçqınlara  Türkiyə vətəndaşı olmaq şansı veriləcək.

    Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 120 min qaçqının məskunlaşdığı Suriya ilə həmsərhəd Kilis əyalətində çıxışı zamanı deyib.   

    Ərdoğan qeyd edib ki, Türkiyədə məskunlaşan suriyalı qaçqınların əksəriyyəti ölkənin vətəndaşı olmağa can atır.

    “Addımlar atılır, bizim Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı əlindən gələni edəcək”.  

    “Biz qardaş və bacılarımıza yardım edərək, onlara vətəndaşlıq almaq üçün imkanlar yaradacağıq və DİN-də yaradılan xüsusi büro vasitəsilə bu prosesi nəzarətdə saxlayacağıq”, - deyə Ərdoğan bildirib.

    Qeyd edək ki, Türkiyənin ərazisində yaradılan sığınacaq və düşərgələrdə 2,7 milyon suriyalı məskunlaşıb. 

    0




    Отзывы пользователей


    Нет комментариев для отображения



    Создайте аккаунт или войдите для комментирования

    Вы должны быть пользователем, чтобы оставить комментарий

    Создать аккаунт

    Зарегистрируйтесь для получения аккаунта. Это просто!


    Зарегистрировать аккаунт

    Войти

    Уже зарегистрированы? Войдите здесь.


    Войти сейчас