• Последние новости


    Работа в Баку, работа в Азербайджане - Mycareer.az

    Работа в Баку, работа в Азербайджане. Если Вы ищите работу или размещаете вакансии , резюме то Вам к нам. Наш сайт – лучший поиск работы в Азербайджане. А как найти работу, если среди Ваших знакомых и друзей нет тех, кто может помочь Вам найти работу,а Вы не имеете опыта работы? На данный момент самый популярный и практичный способ найти работу- через сайт поиска работы - https://mycareer.az Просто достаточно зайти на сайт поиска работы, ввести Вашу должность и сайт предложит Вам подходящую работу в Азербайджане. Сайты по поиску работы имеют поиск, который позволяет найти работу в Азербайджане всего за пару минут. Используя функции нашего сайта, можно быстро и бесплатно найти работу в Азербайджане. Регистрируясь на нашем сайте, Вы получаете архив вакансий и резюме, автоподбор вакансий, резюме в разделе «Работа в Азербайджане», получаете резюме, вакансии прямо на нашем сайте и отправляете быстро и удобно. Поиск объявлений по определенным параметрам позволит получить быстрый и конкретный результат для поиска (Работа Баку, работа в Баку или работа Азербайджан, работа в Азербайджане). На сайте можно размещать объявления двумя способами. Первый способ разместить объявление (резюме, вакансия) бесплатный пакет. Второй способ (резюме, вакансии) - VIP пакет,где включено 10 бесплатных обяьвлений + 2 премиум обьявлений. Все наши обьявление возможно самому редактировать,удалять. Наш сайт это удобный и эффективный поиск работы и резюме без лишних затрат времени и денег. https://mycareer.az  

    535

    Sabah Azərbaycan 7 rayonu azad edə bilər - Şoden

    Parisdə, Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Xarici Siyasət Təhlil Mərkəzinin (CAPE) nəşr direktoru, geosiyasət üzrə ekspert Didye Şodenin "Qafqaz dövlətləri: Fransanın geosiyasi və maraq məkanları” mövzusunda konfrans keçirilib.
    Axar.az xəbər verir ki, Qafqaz məkanında baş verən hadisələri təhlil edən D.Şode Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə geniş yer ayırıb. O deyib ki, Azərbaycan istəsə günü sabah Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğaldan azad edə bilər.
    D.Şode Azərbaycanın hərbi imkanlarından söz açıb, onun hərbi büdcəsini Ermənistanın dövlət büdcəsi ilə müqayisə edib. O, həmçinin münaqişənin hazırkı vəziyyəti haqqında məlumat verərək, dünya dövlətlərinin, xüsusilə də Qərbin laqeydliyinə, Minsk qrupunun zəif fəaliyyətinə və bəzi ölkələrin ikili yanaşmasına toxunub. Ekspert real vəziyyətin Ermənistanın müstəqil olmadığını göstərdiyini bildirib.
    Qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo Azərbaycan üçün qəbuledilməzdir və bu vəziyyət belə davam edə bilməz.
    D.Şode 2016-cı ilin aprelində erməni təxribatı nəticəsində yaranan 4 günlük müharibənin Azərbaycanın nəyə qadir olduğunu bir daha aydın göstərdiyini vurğulayıb. O əlavə edib ki, Azərbaycan hər an işğal altındakı torpaqlarını azad etməyə qadirdir.
    Ekspert Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük dövlətlərin təzyiqinin vacib olduğunu qeyd edib.
    Sonra müzakirələr aparılıb və konfransda iştirak edən tədqiqatçılar suallarla müraciət edib, öz fikirlərini bölüşüblər. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov müzakirələrə qoşularaq Xocalı soyqırımının törədilməsinə Ermənistanın indiki prezidenti Serj Sarkisyanın əmr verdiyini söyləyib. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun qəbuledilməz olduğunu vurğulayıb.
    7

    Rusiyalı hərbi ekspet Qarabağda müharibə anonsunu verdi

    Tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauer Qarabağda vəziyyətin kəskin dəyişməsini tamamilə məntiqəuyğun  hal adlandırıb. “ Mən baş verənləri izləyirəm, təəssüflə qeyd edə bilərəm ki, müharibə qaçılmazdır”,- deyə o Haqqın. az saytına  bildirib.   Tərəfləri kim  qzışdırır?    Hərbi ekspertin fikrinə görə, hazırda xarici qüvvələrin başı başqa məsələlərə qarışıb, hətta bu günlərdə   ABŞ və Rusiyanın   Baş Qərargah rəislərinin Bakıda keçirilmiş yüksək səviyyəli görüşü də,  Qarabağda vəziyyətin dəyişməsinə təsir edə bilməzdi.    “Dünya ciddi- cəhdlə Qarabağ problemini unutmağa çalışır, nə qədər ki, müharibə başlamyıb, onun barəsində heç kim xatırlamayacaq. Hazırda tərəflər gərginliyin azaldılamasına dair razılığa gələ bilərlər, lakin bu müvəqqqəti xarakter daşıyacaq. Üstəlik atəşkəs rejiminə nəzarət edən  heç bir komissiya yoxdur. Tərəflər güzəştə getmirlər, onların hər birinin həbi əməlyyatlara başlamaq üçün səbəbləri var. Vəziyyət ürəkaçan deyil. İndi müharibə başlayacaqmı ya yox sualnı vermək düzgün deyil. Əslində sual belə qoyulmalıdır- Müharibə nə zaman başlayacaq?” ,- deyə ekspert bildirib.
    7

    Füzuli istiqamətində düşmənlə qoşunlarımız arasında daha ağır döyüş baş verib

    Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

    Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

    Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.

    Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.
    8

    Üçüncü dünya müharibəsinin ilk siqnalı verildi

    Rusiya ABŞ-ı yeni “Soyuq Müharibə” ilə hədələdi  
    Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski, ABŞ prezidenti Donald Trampın Moskva və Vaşinqton arasındakı “Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi-3”-ün birtərəfli olduğu fikrinə münasibət açıqlayıb.           Slutski Trampın sözlərinin narahatlıq yaratdığını bildirərək, ABŞ-ı “Soyuq Müharibə” ilə təhdid etdi: “Əgər Vaşinqton həqiqətən də nüvə sahəsində üstünlük əldə etmə siyasəti yürüdərsə, silahlanma yarışının yenidən qızışması və “Soyuq Müharibə” dövrünün geri qayıtması qaçılmaz olar”.   Parlamentari, 2021-ci ildə sona çatacaq müqavilənin gələcəyi ilə bağlı müzakirələrin, ən qısa zamanda başlanılmasının vacibliyini vurğuladı.   Slutski: “Nüvə razılaşmasının təməl prinsiplərinə sadiq qalmaq lazımdı. Bu sahədə tək bir ölkənin hakimiyyəti yolverilməzdi. Əks təqdirdə, beynəlxalq təhlükəsizlik sistemi tənəzzülə uğrayar və son illərdə nail olduğumuz bütün silahsızlaşdırma cəhdləri mənasını itirər” deyə fikrini tamamladı.   Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp nüvə silahı sahəsində ölkəsinin geri qaldığını bildirmiş, bu sahədə inkişafın və ən yüksək nöqtədə durmağın vacibliyini qeyd etmişdi.
    14

    Yol polisi böhrandan çıxış yolunu tapdı: Kəmər taxmayan sərnişinlər də cərimələnəcək

    Baş Dövlət Yol Polisi İdarəsi sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə cərimələnməsi məsələsinə aydınlıq gətirib.
    İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, bu məsələ qanunla tənzimlənir: "Fərqi yoxdur, avtomobilin ön və ya arxa oturacağında əyləşsin, əgər nəqliyyat vasitəsinin konstruksiyasında təhlükəsizlik kəməri varsa, həmin şəxs o kəmərdən istifadə etməlidir. İstər sürücü olsun, istərsə də sərnişin. Sürücünün öz məsuliyyəti var, sərnişinin də kəmər bağlamadan getdiyinə görə öz məsuliyyəti var. Bu məsələ ilə bağlı heç bir yenilik yoxdur. Sadəcə bütün analiz və təhlillər göstərir ki, qəzalarda ən çox zərər çəkənlər – xəsarət alanlar və ya ölənlər sərnişinlər olur. Əksər hallarda yol qəzasında avtomobilin arxa tərəfinin o qədər də əzilmədiyini görürsən, amma oradakı sərnişin həyatını itirir. Niyə? Çünki zərbə zamanı arxada əyləşmiş insan önə çırpılır. Ön tərəfdə əyləşmiş sərnişin kəmər taxmayıbsa daha pis nəticələnir”.
     
    K.Əliyev bildirib ki, sərnişinlərin kəmər taxmamasına görə əvvəllər cərimələnməməsi müəyyən qədər mentalitetlə bağlı olub: "Bir çox hallarda avtomobildə insanlar ailəvi hərəkət edəndə onlara xəbərdarlıq edilirdi. Bu barədə dəfələrlə sujetlər hazırlamışıq, müraciətlər etmişik. Yəni görürsünüz avtomobildə təhlükəsizlik kəməri var, bağlayın. Onun məsuliyyətini sürücü yalnız o halda daşıyır ki, avtomobildə təhlükəsizlik kəməri olsa da, sürücü onu çıxarsın. Bu halda sərnişini məsuliyyətə cəlb etmək olmaz. Çünki onun təqsiri deyil ki, onun yerindəki təhlükəsizlik kəmərini sürücü kəsib çıxarıb. Konstruksiyaya dəyişiklik edilməsinə, yəni təhlükəsizlik kəmərinin çıxarılmasına görə sürücü cərimə edilir və bu hallarda 150 manat miqdarında cərimə kəsilir. Lakin təhlükəsizlik kəməri varsa və sərnişin bu kəmərdən istifadə etmirsə, bunun məsuliyyətini sərnişin daşıyır. İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən həmin sərnişinlər 30 manat cərimə edilir. Ön və ya arxa oturacaq fərqi yoxdur. Bütün avtomobillərdə ön və arxa oturacaqlarda əyləşən sərnişinlər üçün təhlükəsizlik kəməri nəzərdə tutulur. Mən sizə 80-ci illərin "VAZ” markalı avtomobilini də göstərə bilərəm ki, onun arxa oturacağında da sərnişinlər üçün təhlükəsizlik kəməri nəzərdə tutulub. Sadəcə, bizim sürücülər onu açıb çıxardırdılar. Amma bu da qayda pozuntusudur və sürücü konstruksiyaya dəyişiklik etdiyinə görə, 150 manat miqdarında cərimə ediləcək”.
     
    Yol polisi rəsmisi əlavə edib ki, sərnişinlər avtomobilə minərkən onlara kəmərləri taxmaqla bağlı xəbərdarlıq etmək sürücünün borcudur. Sərnişinlər tərəfindən təhlükəsizlik kəmərinin taxılmamasına görə xeyli insanın cərimələndiyini deyən K.Əliyev sürücülərin sərnişinlərin həyatına cavabdeh şəxs olduğunu vurğulayıb: "Sükan təkcə nəqliyyat vasitəsini idarə etmir. Digər hərəkət iştirakçılarının həyatı da həmin sükandan asılıdır. Sözsüz ki, hər hansı qəzadan, xoşagəlməz hadisədən kimsə sığortalanmayıb. Kimsə düşünməsin ki, mən intizamlı sürücüyəm, qaydaları pozmuram, heç vaxt qəzaya düçar ola bilmərəm. Bu, istisna haldır. Çünki başqasının təqsiri ucbatından da qəza baş verə bilər və bu zaman avtomobildəki şəxsin həyatını qoruyan elementlər olmalıdır. Təhlükəsizlik kəməri dünyada indiyədək yüz minlərlə insanın həyatını xilas edib. Ona görə də sürücü özü avtomobildəki bütün təhlükəsizlik kəmərlərindən istifadə edilməsini təmin etməlidir”. (lent.az)
    28

    “İdmançı qadınlar hər qarşılaşmadan əvvəl intim əlaqədə olurlar”

    Rusiyalı futbolçuların müayinə olunduğu Lujniki klinikasının həkim-kardioloqu Viktoriya Qameyeva verdiyi qeyri-adi müsahibə ilə diqqət mərkəzinə düşüb.   Təcrübəli mütəxəssis seksin idmana təsirindən danışıb.   Qameyeva bunu kişi və qadın idmançılara fərqli təsir etdiyini açıqlayıb.   O bildirib ki, tibbi nöqteyi-nəzərdən oyun öncəsi seks yalnız qadınlarda iş qabiliyyətini artırır: "Bu zaman qadınlarda çox sayda cinsi hormonlar yaranır. Döyüş növlərində elə olur ki, qadınlar hər qarşılaşmasından 5-10 dəqiqə əvvəl intim əlaqədə olurlar. Bu da onların nəticələrini artırır. Kişilərdə isə hər şey əksinədi. Onlar ciddi işdən, məsələn oyundan öncə 2-3 gün intim əlaqədən qaçmalıdı. Çünki testosteron hormonunun kişilərdə artması məmnun passiv vəziyyətə gəlməsi ilə nəticələnir. Amma burda hər şey futbolçuların öz əllərində deyil. Onları bu hala daha çox partnyorları salırlar. Həm də belə şeyləri demək mənasızdı. İdmançılar onsuz da buna qulaq asmırlar".
    44

    Azərbaycanda “Qaçqın” statusu dəyişdirildi - FƏRMAN

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli fərmanı ilə təsdiq edilmiş "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
    Sənəddə bu dəyişikliklər olacaq:
    1. 1-ci hissə üzrə:
    1.1. ikinci-yeddinci abzaslar müvafiq olaraq üçüncü-səkkizinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
    "Ölkə ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış şəxs (bundan sonra – müşayiət olunmayan uşaq) aşkar edildikdə, həmin şəxs barəsində qəyyumluq və himayə orqanlarına müraciət edilir. Qəyyumluq və himayə orqanları müşayiət olunmayan uşağın ölkə ərazisinə müşayiətsiz gəlməsini və ya gəldikdən sonra müşayiətsiz qalmasını dəqiqləşdirir və onun "Qaçqın” statusu almaq niyyəti vardırsa, bu Qaydaya uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir.”;
    1.2. səkkizinci abzasda "müraciət etdikdə, o,” sözlərindən sonra "(müşayiət olunmayan uşaqlar istisna olmaqla)” sözləri əlavə edilsin;
    1.3. aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:
    "Müşayiət olunmayan uşağa "Qaçqın” statusu verilməsi məsələsi həll edilənə qədər, qəyyumluq və himayə orqanları onu sosial xidmət müəssisələrində yerləşdirirlər. Müşayiət olunmayan uşaqlar ölkə ərazisində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara bərabər tutulur və onların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur, hüquq və mənafeləri qanunvericiliyə uyğun olaraq qorunur.”.
    2. 5-ci hissənin üçüncü abzasında "Valideynsiz və qəyyumsuz Azərbaycan Respublikasına gəlmiş "Qaçqın” statusu almaq niyyətində olan 16 yaşına çatmamış şəxsə də” sözləri "Müşayiət olunmayan uşağa da” sözləri ilə əvəz edilsin.
    11

    Məhkəmə Əli İnsanovla bağlı qərar verdi

    Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.   Qeyd edək ki, bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.   Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin arrel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddətinin başa çatmasına az qalmışdı.
    8