• Объявления

  • Последние новости


    Bakıda ilginc olay: Arvadı ilə saunaya gedən kişinin başına oyun açdılar

    Jurnalist İlkin Bağırov maraqlı paylaşım edib.
      AZXEBER.COM xəbər verir ki, o Bakıda baş verən hadisəni paylaşıb. Jurnalistin dediyinə görə, Bakıda həyat yoldaşıyla saunaya gedən kişinin başına oyun açıblar. Belə ki, polis saunada reyd keçirib və ərlə arvadı saxlayıb:   "Kişi öz həyat yoldaşı ilə saunaya gedib. Bu zaman cütlük polisin əxlaqsızlara qarşı keçirdiyi reydin qurbanına çevrilib. Keyfin kulminasiya nöqtəsində olub rahatlanan vaxt polislər bunları tutublar. Kişi and-aman edib ki, əşşi, arvadımdı, buraxın gedək. İnanmayıblar, bunlarla məzələniblər. Kişiyə deyiblər ki, ayıbdır, adam "polojeniyadan çıxmaq" üçün əxlaqsız qadına "arvadımdır" deməz. Qadına da sataşıblar.   Jurnalistin yazdığına görə, daha sonra cütlüyü polis bölməsinə aparıblar və nigah kağızına baxışdan sonra onlar sərbəst buraxılıb:   "Axırda da məsələni "aydınlaşdırmaq" üçün hər ikisini bölməyə aparıblar. Qadın bölmədə qalıb gözləyib, kişi isə gedib evdən "zaqs" kağızını, şəxsiyyət vəsiqələrini gətirib təqdim edəndən sonra onları buraxıblar. Bax belə... P.S. Sözümün canı odur ki, kiminlə, hara və nə vaxt getdiyinizə diqqət edin".
    476

    Evinizin uğurlu olması üçün... - Vanqadan tövsiyyələr

    Azforum.az bizimyol.info-a istinadən xəbər verir ki,məşhur bolqar əsilli Vanqanın maraqlı məsləhətlərindən bir neçəsini təqdim edir:   * Heç bir zaman sınıq ya çatlaq nimçədə ya fincanda çay içməyin. Bunlar insana uğursuzluq gətirir. Çatlaq qab evdə neqativ enerji yaradır. Ona görə də qabda hətta balaca bir çat yaranıbsa belə, mütləq atmaq lazımdır. Bəzən "sevgilimin hədiyyəsidir, ata bilmərəm" düşünüb yenə də sınıq fincanda çay içilir. Bu, sevgilin ilə aranızda problemin artmasına səbəb olacaq.   * Evinizə heç vaxt pis adamın və pisliyin gəlməsini istəmirsinizsə, daim yaxşılıqlarla rastlaşasınız deyə, qapının içəri tərəfindən üstünə xaç formasında kəndəlaş (kol bitkisidir) çubuğu bağlayın.    * Evdə uğurların bol olması üçün şüşə kasaya su töküb üstünə bu sözləri oxuyub, üfləyin: “Qapımdan girən adamlar mənim köməkçim, dostum olsun. Düşmənlərimə və mənə düşmən olmaq istəyənlərə qapımdan içəri girmək qadağandır. Qapım nə qədər açılarsa, bir o qədər xeyirə açılsın. Qapımdan həmişə içəri xeyir, bərəkət, sülh, yaxşılıq gəlsin. Bədbəxtlik, pis niyyət, pis nəfs məndən uzaq olsun”. Sonra evin kandarından içəriyə bu suyu çiləyin.   * Səhər yuxudan ayılanda ayaqları yerə qoymadan əvvəl çəkələklərinizi tapın, sağ ayağı geyinib, sonra sol ayağı geyinin.   * Evinizin daim uğurlu olması üçün başqa dövlətlərin dəmir (gümüşü rəngli) pullarını evdə saxlayın.   * Həyatınızda yeni, uğurlu xəttin yaranması üçün təzə ay çıxanda evdə mebelin yerini dəyişdirin. Uğur sizi gözləməyə qoymayacaq.   * Öz xoşbəxtliyinizi itirmək istəmirsinizsə, heç vaxt son tikənizi, hətta qurumuş olsa belə, saxlamayın. Stolun üstündəki qırıntıları da atmayın. Onları quşlara tökün.   * Uğurlarınızdan danışarkən pis gözə, nəfsə gəlməmək üçün 3 dəfə taxtaya tıqqıldadın və 3 dəfə sol çiyninizin üstündən kənara tüpürün.   * Uğurun evdən getdiyini hiss edirsinizsə, evinizdəki bütün pəncərələrin kənarına duz səpin. Uğur gələnə kimi silməyin. Duzu yığışdırdıqda, əli duza vurmadan silib, bir paketə yığaraq evdən uzaqda basdırmaq lazımdır.   * Sağ ayağınız harasa ilişərsə, xoş olmayan bir şeyə işarədir. Bundan uzaq olmaq üçün ayağı 3 dəfə yerə vurub “mənə gələn bəd hadisə torpağa çök, əl çək məndən” demək lazımdır. Yox əgər sol ayağınız ilişibsə, yaxşı və xoş işin olacağından xəbər verir.   * Evdə güzgü sınıbsa, arzu olunmaz hadisə olmasın deyə, üzərinə su səpin yığıb torpaqda basdırın.   * Güzgü asılmış otaqda kimsə illərlə xəstə yatıbsa, ya dava-dalaş olubsa, yaxud xoşa gəlməz hadisə baş veribsə, güzgünü kilsə suyu ilə silmək məsləhətdir.   * Çöldə əl açıb dilənən insanlara heç vaxt çörək və duz aldığınız pulun qalığından verməyin, yoxsa siz də lüt-üryan qalarsınız. Həmçinin pul qabındakı son qəpiyi heç kimə verməyin. Yoxsa qəpiksiz qalarsınız.   * Təzə pul qabı aldıqda ilk olaraq ora bir müddət qızıl əşya qoyun. O zaman əlinizə daim böyük pullar gələcək. Həmçinin nanə yarpağı və darçın da pull qabının dolmasına işarədir.   * Pulun sizdən qaçmaması üçün pulu heç vaxt əlinizdə bürmələməyin. Həmçinin pul yığdığınız qabı açıb pulları saymaq məsləhət deyil.   * Yığılan pullar çantanızdadırsa, onları hələ xərcləmək fikriniz yoxdursa, çantanı evdə yerə tullamayın.   * Xoşa gəlməyən şeylərdən uzaq olmaq üçün bunları edin:   Rəngli parça götürün, içinə evdə artıq köhnə qırıntı şeylərini yığın (köhnə düymə, qaşlar, qələm və.s). Bundan əlavə daş, qoza, ağac qırıntısı qabığı yığın, harasa insan olmayan yerə gedin. Yığdıqlarınızı bir palçıq olan yerə yarım metrlik dairə kimi düzün. Həmçinin parçanı və içindəkiləri də bura düzün. Üzərinə torpaq səpin ki, bütün çətinliklər, ağırlıqlar, uğursuzluqlar hamısı torpağın altında qalsın.   * Yaxşı iş tapmaq üçün təzə ay çıxanda bir vərəqə hansı işi və hansı məbləği istəyirsinizsə, yazın, sonra bu kağızı xırdalayın, əzilmiş dəfnə yarpağı ilə qarışdırın, tavada, ya metal sinidə, ya da palçıqdan hazırlanmış kasada yandırın. Bütün hamısı yanıb gül olduqdan sonra bir pul götürün, içinə külləri töküb, büküb pul qabında talisman kimi saxlayın.   * Əllə stolun üstündən çörək qırıntılarını təmizləməyin. Həmçinin stolu kağızla silməyin. Bu yoxsulluğun əlamətidir. Yığılan çörək qırıntılarını quşlara tökmək məsləhətlidir.   * Həmişə uğurlu şeylərlə qarşılaşmaq üçün özünüzlə parabüzən böcəyinin təsvirini, ya onun parça üzərində işlənmiş (muncuqla hörülmüş, saç sancağı və.s) saxlayın. Həmçinin parabüzənin şəkilini işdə çay içdiyiniz fincana vurmaq məsləhətlidir
    147

    MTRŞ “ANS ÇM”-dən 77 min manatını aldı

    Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən “ANS ÇM” radiosuna təyin olunan 161 min manat cərimənin 77266 manatı məcburi qaydada “ANS ÇM” şirkətinin bank hesabından tutulub.
    Azforum.Az Oxu.az-ya istinadən xəbər verir ki, şirkətin bank hesabında lazımi qədər pul qalmadığından cərimənin qalan hissəsinin tutulması məcburi icraya yönəldiləcək.
    Qeyd edək ki, “ANS ÇM” radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar MTRŞ ANS ÇM Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161000 manat məbləğində cərimələyib.
    204

    Daha 150 milyon dollar satışa çıxarıldı

    Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün keçirilən valyuta hərracına satışa 150 mln. ABŞ dolları çıxarılıb.Azforum.az bizimyol.info-a istinadən xəbər verir ki,bu barədə "Report"a bank dairələrindən məlumat verilib. Mənbəyə görə, hərrac nəticəsində dolların sabaha olan rəsmi məzənnəsinin bir qədər də ucuzlaşacağı, kommersiya banklarında dolların alış məzənnəsinin rəsmi məzənnədən də aşağı düşəcəyi gözlənilir.   Xatırladaq ki, Qurban bayramından əvvəl Dövlət Neft Fondu və Mərkəzi Bank bankların valyuta tələbini ödəmək üçün bazara 300 milyon dollardan artıq vəsait çıxarmışdı. Bundan sonar dolların məzənnəsi manata nisbətən sabitləşırək “qara bazar”da 1.68 manata düşüb. 
    134

    Ramin Musayevdən Qadınlara Özünü Sevdirməyin 10 Yolu

    Azforum.az zuleykhamagazine.com-a istinadən xəbər verir ki,qadınlar özlərini nə qədər yaxşı tanısalar da, kişilər bizi fərqli bucaq altında görür. Deyirlər qadına özünü sevdirmək qədər həyatda asan bir iş yoxdur, lakin kişilər hələ də qadınların həyatda nə istədikləri sualı ilə axtarışları davam edir. Bəzi kişilər isə bu suala artıq cavab tapa bilib. “Avtoqraf” jurnalının redaktoru və bloqer Ramin Musayevdən “Qadınlara özünü sevdirməyin neçə yolu var?”deyib soruşduqda aşağıdakıları qeyd etdi:
     
    – “Qadınlar qulaqları ilə sevirlər”. Bu deyim qadınlarla ünsiyyətdə ilk və əsas qayda olmalıdır.
    – Qadınları dinləyin. Yalnız xarizmatik, cazibədar olmaq və insanları əyləndirmək qadınlara özünüzü sevdirmək üçün kifayət deyil. Tanış olarkən ona həyatı və özü haqqında suallar verin və diqqətlə qulaq asın. Qadınlar özləri haqqında həvəslə danışırlar. Söhbət zamanı qadının nəyi sevdiyini və sevmədiyini də öyrənə bilərsiniz.
    – Qadınlarla ünsiyyətdə yumor hissi çox vacib aspektlərdəndir. Şən, pozitiv və zarafatcıl olmaq əsas qaydadır. Çünki, pozitivlik hər zaman diqqəti cəlb edir. Standart zarafatlar etməyin, çalışın ki, daha orijinal və hazırcavab olasınız.
    – Ünsiyyət zamanı səmimi olmaq vacibdir, hər şeyi olduğu kimi danışın, yalan danışmaq sonunda inamsızlığa gətirir. Fikirlərinizi deməkdən çəkinməyin. Hətta, onlar absurd olsa belə.
    – Xoş sözlərdən istifadə edərkən, qadının üstünlüklərini cəzbedici və qeyri-standart şəkildə söyləyin. Xoşa gəlmək üçün yalan demək sizə heç nə qazandırmayacaq.
    – Hər zaman gülümsəyərək və şən söhbətlər edərək hər ikinizin ürəkdən gülməyinizə şərait yaradın. Səmimi olun.
    – Bacarmadığın nə isə varsa, etiraf etməkdən çəkinmə, hətta öyrənmək üçün onun köməyinə ehtiyacınızın olduğunu qeyd edin.
    – Ünsiyyətdə olarkən onun gözlərinə baxaraq, diqqətlə dinləyin və anlamağa çalışın. Bu zaman nə deyəcəyinizi düşünməyin, sadəcə diqqətli dinləyici olun.
    – Ona digərlərinin söyləmədiyi adla müraciət edin. Maraqlı və qarşınızdakının rəğbətini qazanacaq bir ləqəb.
    – Onu təəccübləndirin. Ani görüşlər təşkil edərək, standartlardan kənara çıxın, sürpriz edin. Gecə dəniz kənarında velosiped gəzintisi bahalı restorana dəvətdən daha yadda qalan ola bilər.
    167

    Bakıda sevgililərin damda təhlükəli macəraları- FOTO

    Və ya doqquzmərtəbəli evin onuncu mərtəbəsi...
    Bakıda çoxmərtəbəli evin damında ekstrim sevgi macərasi yaşanıb.
    Azforum.az Milli.Az -a istinadən xəbər verir ki, Bakıda iki nəfərin ekstrim sevgi hissi yaşamaq istəyi onları təhlükəli addım atmağa sövq edib. Belə ki, gənc oğlan və qız paytaxtın Nizami rayonu Qara Qarayev prospektində, metronun "Koroğlu" stansiyasının üzərindəki yol qovşağının yaxınlığındakı binalardan birinin damına çıxaraq məhəbbətlərini bölüşməyə çalışıblar.
    Əvvəlcə qucaqlaşıb öpüşən sevgililər daha sonra doqquzmərtəbəli binanın damının lap kənarında ayaqlarını sallayaraq xeyli söhbət ediblər.
    Bir müddət beləcə həzz yaşayan cütlük daha sonra heç nə olmamış kimi rahatca damdan aşağı enib.
     

    153

    Azərbaycanda dollar və avro ucuzlaşdı

    Manat əksər xarici valyutalara nisbətən bahalaşıb.
    Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 14-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
    Azforum.az OXU.az -a istinadən xəbər verir ki , USD/AZN rəsmi məzənnəsi sentyabrın 9-u ilə müqayisədə 0,01% ucuzlaşaraq 1,6390 manat olub. 
    Digər valyutaların məzənnələrinə gəlincə, avronun məzənnəsi 1,8498 manatdan 18398 manata düşüb. Rusiya rublunun məzənnəsi isə 0,0256 manatdan 0,0252 manatadək ucuzlaşıb.
    Türkiyənin milli valyutası olan lirənin məzənnəsi isə 0,5542 manatdan 0,5496 manata düşüb.
    Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1858 manatdan 2,1632 manatadək ucuzlaşıb.
     
           
    139

    Bu universitetlər Qəbələyə köçürülür - SİYAHI

    Qəbələdə ali məktəblər üçün yeni və müasir binalar inşa olunur. Gələcək plana görə, Bakıda yerləşən bəzi universitetlər bu şəhərə köçürüləcək.   Azforum.az azxeber.com -a istinadən xəbər verir ki, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulub. Bu siyahıya Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərləri aiddir. Dövlət Neft Akademiyasının da köçürülməsi planda olsa da, yeri məlum deyil.   İddialara görə, universitetlərdən bəziləri şəhər kənarına, bəziləri isə Qəbələyə köçürüləcək, BDU isə Bakıda qalacaq.   Hökumət ali məktəbləri Qəbələyə köçürməklə paytaxtdakı sıxlığı aradan qaldırmaq istəyir.   Xatırladaq ki, dünyanın böyük meqapolislərində ali təhsil müəsisələri paytaxtın mərkəzində yerləşmir. Bu, həm tələbələrin mikromühitinin formalaşması, həm də şəhərin sıxlığının azalması baxımından əhəmiyyətli sayılır.   Təhsil Nazirliyindən rəsmi sorğumuza cavab olaraq bildirdilər ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kampusların (kampus – müvafiq maddi texniki bazaya və infrastuktura malik təhsil kompleksi və şəhərciyi – red.) yaradılması tədbirlərinin təşviqi nəzərdə tutulur. Hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaqdır”
    172