• Последние новости


    Yol polisi sabahdan 150 manatlıq cərimələrə başlayır - SÜRÜCÜLƏR, DİQQƏT!

    Avqustun 1-dən Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə ərazisində “Təmiz hava” aylığına start verir. Bakı şəhər Dövlət Yol Polis İdarəsindən bizimyol.info-a verilən məlumata görə, avqustun 31-dək davam edəcək “Təmiz hava” aylığı aksiyasının əsas məqsədi atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və ətraf mühitin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.    Tədbirlə əlaqədar Bakı şəhər Dövlət Yol Polis İdarəsi nəqliyyat vasitələri sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin nəzərinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar.   Qeyd edək ki, avtomobildən ixrac olunan zəhərli qazların miqdarı artıq olan nəqliyyat vasitəsi sahiblərini 150 manat cərimə göləyir.   Azforum.az
    77

    On bir yaşlı uşağı Bakı aeroportunda unutdular

    Hindistanın “Air İndia” hava yolları şirkətinin pilotları London-Mumbai reysi ilə uçan “Boeing 787 Dreamliner” təyyarəsinin 11 yaşlı sərnişini Bakı aeroportunda yaddan çıxarıb. 
    Azforum.az Oxu.Az  istinadən xəbər verir ki, insident iyulun 10-da baş verib. 
    “Air İndia” şirkətinin London-Mumbai reysi ilə uçan “Boeing 787 Dreamliner” təyyarəsi texniki nasazlıq üzündən Heydər Əliyev Bakı Beynəlxalq Aeroportuna qəza enişi edib. Təyyarədəki nasazlığı həmin gün aradan qaldırmaq mümkün olmadığından “Air İndia” şirkəti sərnişinlər üçün yeni təyyarə göndərib. Sərnişinlər yeni təyyarə gələnə qədər Bakı aeroportunda 12 saatdan çox gözləməli olublar.
    Təyyarənin sərnişinlərindən  biri də 11 yaşlı Karan Sinqh Kotari idi. O, Mumbaidən olan imkanlı ailənin oğludur, Londonda təhsil alır və həmin gün Hindistana ailəsinin yanına qayıdırdı. Beynəlxalq mülki aviasiya normalarına görə 12 yaşdan aşağı uşaqların valideyinlərin müşaiyəti olmadan uçmasına ancaq bir şərtlə icazə verilir ki, həmin uşaq təyyarənin heyət üzvlərinin himayəsinə verilsin. Karanın ailəsi bunun üçün ayrıca xidmətdən istifadə edib.
    Təyyarə qəza enişi edəndə ekipaj üzvləri Karanı kondisionerin işlədiyi salonda 2 saat saxlayıblar. Daha sonra ona təyyarədən çıxmağa icazə veriblər, hindistanlı uşaq Bakı aerportunun ərazisinə daxil olub və ekipaj onu orada müşaiyətsiz buraxıb. Karan Sinqh 12 saat ərzində aerportun ərazisində baxımsız qalıb.
    Uşağın valideynləri bildiriblər ki, o, bütün gecəni bir buterbrod və bir stəkan su ilə keçirib. Karanın anası Sonali deyir ki, təyyarə Bakıya qəza enişi edəndə ekopaj üzvləri onun oğlu qarşısında bütün məsuliyyətini yaddan çıxarıb. Yaxşı ki, uşaq Hindistandan gələn yeni təyyarəyə minik başladığını eşidib və qapıya tərəf qaçıb, aerport əməkdaşlarına valideyinlərinin müşaiyəti olmadan uçduğunu təsdiq edən sənədi təqdim edərək təyyarəyə minə bilib.
    Valideyinləri qeyd ediblər ki, uşağın 12 saat başqa sərnişinlərin də olduğu terminalda nəzarətsiz qalması nəticəsində müxtəlif hadisələr baş verə bilərdi, o, səhvən başqa təyyarəyə də minərdi.
    Ailə bildirir ki, Karan ildə 12 dəfə London-Mumbai-London reysi ilə gedib-gəlir və belə hadisə ilk dəfə baş verir. 
    “Ona vəhşicəsinə yanaşıblar, heç bir başqa aviaşirkət bunu etməzdi ki, Air İndia edib”- Karanın babası deyir. Valideyinlər şirkətə baş verənlərə görə kompensasiya ödəmək üçün iki həftə vaxt veriblər, kompensasiya ödənməsə onlar məhkəməyə müraciət edəcəklər.
     
      www.azforum.az
    77

    В Турции взорвали поезд

    На юго-востоке Турции в провинции Бингел террористы РПК взорвали грузовой железнодорожный состав.
    Об этом, как передает Azforum.az со ссылкой на Day.az, сообщает в субботу турецкая газета Haber 7.
    Террористы заминировали железную дорогу посредством самодельной взрывчатки с дистанционным управлением между станциями Бейхан и Суверен. В результате взрыва повреждены шесть вагонов.
      О наличии пострадавших не сообщается
    Конфликт Турции с Рабочей партией Курдистана (РПК), требующей создания независимого курдского государства, продолжается более 25 лет, и унес свыше 40 тысяч жизней. РПК признана террористической организацией ООН и Евросоюзом.
    61

    Nuridə Əliyeva çimərlik geyimində – FOTO

    Açıq-saçıq fotosessiyaları ilə tez-tez gündəmə gələn model Nuridə Əliyeva sosial şəbəkədə çimərlik geyimində yeni fotoşəkillərini paylaşıb. 
    Azforum.az “Oxu.Az”ə istinadən xəbər verir ki  modelin sözügedən fotolarını təqdim edir:
     
        www.oxu.az
    109

    Çirkli suyu təmizləməyin yeni üsulu

    Hindistanlı alim Srikanth Singamaneni Vaşinqton Universitetinin alimləri ilə birgə qrafendən istifadə etməklə çirkli suyu içməli suya çevirməyin yolunu tapıb.
    Azforum.az  Milli.Az-ə istinadən xəbər verir ki, alimlər Günəş altında, həmçinin çirkli suyun üzərində dayana bilən qrafen əsaslı təbəqə hazırlayıblar. Təbəqənin özəlliyi ondadır ki, üzərində qrafen olan su Günəş altına qoyulduqda çirkli su təmizlənir. Bu zaman təbəqənin tərkibində olan bakteriyalar istiliyin və Günəş işığının təsirinə məruz qalır. Daha sonra sellülozun bakteriyaları qrafen oksidlə kimyəvi reaksiyaya girərək çirkli suyu təmizləyir.
    Srikanth Singamaneninin sözlərinə görə, qrafen oksidi məhz istilik və cərəyanın keçiricisi olduğundan çirkli suyu təmizləmək qabiliyyətinə malikdir.
    Tədqiqatçılar ümid edirlər ki, Hindistan kimi isti ölkələrdə yaşayan insanlar bu üsulla içməli suyu daha rahat əldə edə biləcəklər. Nəticədə təbii resurslara əhəmiyyətli dərəcədə qənaət etmək imkanı yaranacaq.
    Azforum.az
    145

    Arıqladır, xərçəngdən qoruyur, sümükləri möhkəmlədir... – MÖCÜZƏVİ QİDA

    Çoxumuzun imtina edə bilmədiyi plov qida dəyəri baxımından zəngin yemək deyil. Plov yeyərək, artıq çəki almaq yerinə, bol vitamin və mineral ehtiva edən qara düyüyə üstünlük verə bilərsiniz. Azforum.az qara düyünün faydaları ilə sizi yaxından tanış edir.
    Azforum.az “xeberle.com”ə istinadən xəbər verir ki, Ürək və damar sağlamlığına faydalıdır
    Sağlam bir ürək üçün qara düyü yemək çox əhəmiyyətlidir. Tərkibindəki yüksək lif nisbətiylə qara düyü damarlardakı tıxanıqlığın qarşısını alır.
    Pis xolesterolu məhv edir
    Qara düyünün ehtiva etdiyi düyü kəpəyi yağı və lifi sayəsində qandakı pis xolesterolun miqdarını azaldır.
    Diabet riskini azaldır 
    Qara düyü qlisemik indeksi aşağı qidadır və daha yavaş həzm olunur. Buna görə də qan şəkərindəki təsiri ağ düyüyə nisbətən daha azdır.
     ərçəngə qarşı qoruyucu xüsusiyyəti var 
    Ağ düyü əvəzinə qara düyü ilə zəngin pəhriz saxlaya bilərsiniz. Bədəninizi sütun, döş və qan xərçəngi kimi müxtəlif xərçəng növlərinə qarşı qorumağa kömək olur.
     
    Artıq çəkidən azad edir
    Ağ düyüdən qara düyüyə keçmək arıqlamaq istəyənlər üçün yaxşı yoldur. Ehtiva etdiyi lif sayəsində qara düyü tox qalmanıza kömək olaraq, sağlam olmayan yeməklərdən uzaq durmağınıza şərait yaradacaq. Eyni zamanda, həzm və bağırsaq fəaliyyətinə də köməkçi olan qara düyü maddələr mübadiləsini sürətləndirir.
     
    İmmunitet sistemini qüvvətləndirir
    Bol vitamin və minerallarla zəngin olan qara düyü güclü immunitet sistemi üçün ən əsas qida elementlərindən biridir. Həmçinin, antioksidan xüsusiyyəti sayəsində yaşlanmağı da gecikdirir.
     
    Sümükləri gücləndirir
    Qara düyü tərkibindəki maqnezium sayəsində sümük sağlamlığına da kömək edir. Bir stəkan qara düyünün tərkibində gündəlik alınması lazım olan maqnezium miqdarının 21%-i mövcuddur. Bununla yanaşı, qara düyünün tərkibinə sümükləri gücləndirən D vitamini və kalsium da daxildir.
    Bağırsaq fəaliyyətini gücləndirir
    Qara düyünün tərkibindəki liflər həzm və bağırsaqların fəaliyyətini gücləndirərək, sağlam bağırsaqlara sahib olmağınızı təmin edir.
     
    Sinir sistemini qoruyur
    Qara düyü manqan adı verilən mineral ehtiva edir. Bu mineral hormon səviyyələrini nizamlı saxlayır və sağlam sinir sistemi üçün lazımlıdır.
     
    Körpələrə uyğun bir yeməkdir 
    Bol lif, vitamin və mineral tərkibi baxımından qara düyü körpələr üçün ən sağlam yeməklərdən biridir.
    Resept:
    1 stəkan düyünü bir tavada 5 dəqiqəyə qədər qovurun və soyuduqdan sonra blenderdə toz halına gələnə qədər ovun. Bu tozun 1 çay qaşığını miqdar suyla kiçik bir tavada qarışdıraraq bişirin və hazırladığınız bu sıyığı körpənizə yedizdirin.
    67

    Bu şəhərlərdə yaşayanlara pul verilir - FOTO

    Çox az insan bilir ki, yaşadığımız dünyada bu və ya digər səbəbdən sakinlərə ehtiyacı olan xeyli sayda şəhərlər var. Öz ərazisində yaşamaq və təhsil almaq üçün onlar astronomik məbləğ sayıla biləcək pul təklif edirlər. 
    Azforum.az  Milli.Az-a istinadən belə şəhərlərdən yeddisi haqda məlumatları oxuculara təqdim edir:
    Detroyt, Miçiqan ştatı, ABŞ 

    Bir vaxtlar "Qərbi Paris", "ABŞ-ın avtomobil paytaxtı" adlandırılan bu şəhəri ХХ əsrin ortalarından başlayaraq sakinlər tərk etməyə başlayıblar. Şəhər hazırda əvvəlki statusunu qaytarmağa çalışır. Problemi həll etmək üçün hökumət "Challenge Detroit", adlı yeni proqram tətbiq etməyə başlayıb ki, bu da şəhərdə müxtəlif sahələrdə professional işçilərə ayda 2,5 min dollar verilməsini nəzərdə tutur. 
    Alyaska ştatı, ABŞ

    Əgər siz qış mənzərələrini sevirsinizsə, aşağı temperaturda özünüzü rahat hiss edirsinizsə, onda Alyaskada yaşamaq sizin üçün unudulmaz həzz ola bilər. ABŞ-dan xüsusi olaraq dövlət proqramı var ki, şimal regionun həyatında professional şəkildə iştirak edənlərə ödəniş edir. Yeganə tələb olunan şərt Alyaskada bir il qalmaqdır. 
    Saskaçevan vilayəti, Kanada 

    Bu Kanada vilayəti yeni məzun olan şəxslərə (2010-cu ildən yuxarı) yaxşı təklif verir. Belə ki, sonrakı həyatı və karyerası barədə aydın təsəvvürə malik olmayan gənclərə yeddi il ərzində şəhərdə yaşamaları və işləmələri üçün 20 min dollar ödənilir. 
    Niaqara şəlaləsi, Nyu-York ştatı, ABŞ

    Qeyri-real səslənə biləcək daha bir təklif - dünyanın ən gözəl və həyəcanverici yerlərindən birində yaşamaq və pul qazanmaq. Hökumət iki il ərzində şəlalə yaxınlığında yerləşən yerli müəssisələrdə işləmələri üçün universitet məzunlarına 7 min dollar ödəyir. 
    Ponqa, Asturiya, İspaniya 

    Ponqa İspaniyanın şimal-şərqində, qoruq ərazində yerləşən kənddir. Gənc insanları cəlb etmək və yerli iqtisadiyyatı dirçəltmək üçün hökumət bu kəndə köçən hər ailəyə üç min avro təklif edir. Bundan əlavə ailədə doğulan hər bir körpə üçün də üç min avronun ödənilməsi nəzərdə tutulub. Ekoloji cəhətdən təmiz və gözəl ərazidə yaşamaq istəyənlər üçün bu kənd olduqca sərfəlidir.
    Utrext, Hollandiya

    Hollandiya humanitar alimlər və sosial eksperimentlərlə olduqca zəngin ölkədir. Onlardan biri belədir: Hər bir şəhər sakininə 1000 dollar versək, bu, onların həyatına necə təsir edər? Belə bir eksperiment. 
    Kertis, Nebraska ştatı, ABŞ

    Bu balaca ABŞ şəhəri yerli infrastruktur və mədəniyyətin inkişafına töhfə verəcək yaxşı ideya müqabilində ev tikintisi üçün torpaq sahəsi verir. 
    Azforum.az
    78

    Dollar sürətlə ucuzlaşır

    ABŞ dolları avroya nisbətdə sürətlə ucuzlaşmağa başlayıb.
    Azforum.az “Oxu.Az”ə istinadən xəbər verir ki, buna II rübdə ABŞ iqtisadiyyatının proqnozlaşdırılandan daha az artması səbəb olub. 
    ABŞ-ın Ticarət Nazirliyinin bu gün açıqladığı statistikaya əsasən, II rübdə ÜDM illik müqayisədə 1,2% artıb. “Bloomberg” agentliyinin ekspertləri isə bu rəqəmin 2,5% olacağını proqnozlaşdırıb.
    Yenidən baxılan göstəricilərə əsasən, ABŞ iqtisadiyyatı 1,1% deyil, 0,8% artıb. Bu isə 2 illik minimum göstəricidir.
    Bu statistika açıqlandıqdan sonra avro 1,1058 dollardan 1,1152 dollaradək bahalaşıb.
    Bununla yanaşı, dollar Yaponiya yeninə qarşı 105,4 səviyyəsindən 102,88-dək enib.
    Yenin bahalaşmasına həmçinin Yaponiya Bankının monetar siyasətin bir qədər yumşaltması barədə qəbul etdiyi qərar olub. Bununla Mərkəzi Bank iqtisadi artımı və inflyasiyanın 2%-lik səviyyəyə çıxmasını dəstəkləmək niyyətindədir.
    Qeyd edək ki, Azərbaycanda avqustun 1-nə USD/AZN rəsmi məzənnəsi 1,5851 səviyyəsində müəyyən olunub.
    139

    Доллар стремительно дешевеет

    Курс доллара в пятницу вечером стремительно снижается к основным мировым валютам после выхода слабой статистики по динамике ВВП США во втором квартале, свидетельствуют данные торгов.
    Как передает Azforum.az.Az со ссылкой на Day.Az, по состоянию на 19.23 по Баку курс доллара к иене опускался до 102,29 иены со 105,27 иены за доллар на предыдущем закрытии. Курс евро к доллару рос до 1,1174 евро за доллар с 1,1078 на предыдущем закрытии. Индекс доллара (курс доллара к корзине валют шести стран - основных торговых партнеров США) снижался на 1,22%, до 95,48 пункта.
    Ранее Бюро экономического анализа министерства торговли США сообщило, что реальный рост ВВП США во втором квартале, согласно первой оценке, составил 1,2% в годовом выражении. При этом аналитики ожидали роста на 2,6%.
      "Эти данные не так плохи, чтобы сигнализировать о том, что экономика США разваливается, но они еще больше снижают вероятность повышения ставки ФРС США в сентябре", - приводит агентство Рейтер мнение главного валютного стратега Citigroup Стивена Энгландера (Steven Englander).
    Поддержку иене продолжают оказывать итоги заседания Банка Японии. Японский регулятор сохранил процентную ставку на отрицательном уровне - минус 0,1%, а также подтвердил намерение сохранить курс на увеличение денежной базы в пределах 80 триллионов иен ежегодно (примерно 763,75 миллиарда долларов) и поддерживать количество корпоративных облигаций в обращении на уровне 2,2-3,2 триллиона иен.
    Что касается новых мер, то было принято решение увеличить объем выкупа бумаг биржевых инвестиционных фондов (exchange traded funds - ETF) примерно до 6 триллионов иен с 3,3 триллиона иен и программу кредитования в долларах до 24 миллиардов с 12 миллиардов долларов. При этом рынки ожидали более решительных мер стимулирования, что оказывало давление на курс японской валюты.
     
     
    Azforum.az.
    84