• Объявления

  • Последние новости


    Форум - AZFORUM.AZ 

    Форум - AZFORUM.AZ 
    Дайте вашей аудитории возможность общаться с помощью форума AZFORUM.AZ. Любой посетитель сможет открыть новую тему, поделиться своими мыслями, получить ответы и комментарии. Используйте AZFORUM.AZ  как форум поддержки, форум фанатов или просто форум для общения на самые разные темы — сделайте ваш сайт динамичным и оживленным.
     
    Приложение оптимизировано для мобильных устройств и отлично выглядит на любых экранах, а наши мгновенные уведомления о появлении новых комментариев, позволяют пользователям вести живую беседу, практически как в чате.
     
    И, конечно же, весь контент форума — под вашим контролем. Используйте продвинутую систему модерирования с автоматическим распознаванием спама и другими удобными функциями.
     
    Линк на форум - http://azforum.az/index.php?/forums/
     
    Продажа автомобилей,квартир,моб телефонов и т.д-http://azforum.az/index.php?/forums/forum/36-частные-объявления/
    Мужской форум - http://azforum.az/index.php?/forums/forum/42-мужской-форум/
    Женский форум - http://azforum.az/index.php?/forums/forum/46-пенелопа-women-forum/
    Автомобильный форум -http://azforum.az/index.php?/forums/forum/13-автомобильный-форум/
    277

    Zirəddin Rzayev həyatını dəyişdi... - Son dəqiqə

    Öz istedadı ilə çoxsaylı tamaşaçıların qəlbinə yol tapan ekstrasens Zirəddin Rzayev həyatında böyük dəyişiklik edib. O, bundan sonra ekranlarda görünəcək.

    Azforum.az    Aktual.az -a istinadən xəbər verir ki, o, bu dəfə proqram iştirakçısı deyil, “Dom 2“ verilişinin model iştirakçısı Alyona Vodonayeva ilə veriliş aparacaq. “Layf” nəşrinin yaydığı məlumata görə, yeni layihə “Paranormal” adlanır. Bu proqram çərçivəsində aparıcılar qonaqlarla baş verən qeyri-adi, sirli hadisələri müzakirə edəcək, Rusiya şou-biznesinin məşhurlarının həyatındakı qaranlıq məqamları aydınlaşdıracaq.

    “Çox şadam ki Alyona kimi parlaq bir xanımın şirkətinin vasitəçiliyi ilə yenidən efirə qayıdıram. Bizim proqramın üstün cəhəti ondan ibarətdir ki, bu veriliş mistika ilə bağlı olan və müsbət ab-hava ilə yüklənən birinci veriliş olacaq. Hər kəs paranormal hadisələrin qara, mənfi tərəflərini görür, müzakirə edir. Bizdə qeyri-adi şeylərdən, mistikadan simamızda təbəssümlə, müsbət tərəflərindən danışacağıq” – deyə Zirəddin veriliş haqda rəy verib.

    Verilişin yayımı sentyabr ayının sonu, oktyabr ayının əvvəllərində, Rusiyanın məşhur kanallarından birində planlaşdırılır. Verişilin çəkilişləri artıq start götürüb. Proqramın ilk buraxılışı lentə alınıb.
    249

    Azərbaycanda “iPhone 7” satışa çıxarıldı – QİYMƏTLƏR

    Azərbaycanda “iPhone 7” smartfonu satışa çıxarılıb.   Azərbaycanlıların böyük maraqla gözlədiyi “iPhone”ların satış qiymətini təqdim edirik:   “iPhone 7” 32GB - 1250$ (2046 AZN)   “iPhone 7” 128GB - 1500$ (2455 AZN)   “iPhone 7” 256GB - 1750$ (2864 AZN)   “iPhone 7 Plus” 32GB - 1550$ (2537 AZN)   “iPhone 7 Plus” 128GB - 1700$ (2782 AZN)   “iPhone 7 Plus” 256GB - 1800$ (2946 AZN)
    250

    Azərbaycan üçün xəbərdarlıq - Təhlükə var

    "Azərbaycanda daşqın təhlükəsi var".   Azforum.az qaynarinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya deyib ki, ölkə ərazisində intensiv yağışlar davam edərsə, daşqınlar qaçılmazdır. Onun sözlərinə görə, daşqınlar əsasən, Böyük Qafqazın cənub yamacındakı Kişçay, Şinçay, Gümrükçay, Dəmiraparançay, Göyçay, Girdimançay, Qudyalçay, Vəlvələçay və Lənkəranın xırda çaylarında olacaq.   E.Əlizadə qeyd edib ki, bundan sonra sellərin olma ehtimalı azdır: “Çaylarda da hazırda gursululuq dövrüdür. Yağışlar uzun müddətli olsa, daşqınlar ola bilər”.
    210

    Azərbaycanlı müğənninin özündən gözəl qızları - FOTOLAR

    Azforum.az qaynarinfo.az-a istinadən xəbər verir ki,Əməkdar artist Almaz Ələsgərlinin yaradıcılığı ilə yanaşı, şəxsi həyatı da hər zaman diqqət mərkəzində olub.   Sənətçi məhz buna görə mütəmadi olaraq istifadəçisi olduğu sosial şəbəkələrdə cazibədar qızları Əminə və Mədinənin fotolarını paylaşır.   Müğənni qızlarının yeni fotolarını "İnstagram” bloqunda paylaşıb.   Həmin fotoları oxuculara təqdim edirik.
    139

    Bakıda dərsdə şagirdi müəllimin nəvəsi döydü - YENİLƏNİB

    Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 127 saylı məktəbdə yaşanan insidentlə bağlı açıqlama verilib.
    Məktəbin direktoru Məmmədov Mərhəmət Allahverdi oğlu modern.az-a açıqlamasında faktı təsdiq edib. O bildirib ki, dava 11-ci sinif şagirdləri arasında baş verib:
    "Düzdür, dalaşanlardan biri müəllim nəvəsidir. Dava dərsdən sonra qeydə alınıb. Hadisə zamanı təcili yardım maşını çağırılıb. Bu məlumatı da təcili yardımdan mətbuata sızdırıblar. Şagirdlərin sadəcə sözləri çəp gəlib, güclü dava baş verməyib. Daha sonra biri digərindən üzr istəməsini tələb edib. Beləcə söhbət uzanıb.
     
    Hər ikisi 11a sinfinin şagirdləridir, sinif yoldaşıdırlar. Döyülən Muradov Mustafa Fazil oğludur, hadisədən sonra xəstəxanaya çatdırılıb. Döyən şagird isə İsmayılov Azad Vüsal oğludur. Hazırda həmin sinfin rəhbəri İsamalıyeva Nəzakət müəllimdir".
     
    Direktor valideynlərlə söhbət aparılacağını qeyd edib:
    "Musatafa hazırda dərsdə deyil, valideynini çağırtdırmışam məktəbə, gəlsin, söhbət edəcəyəm. Azadın valideynlərilə də söhbət aparmışıq.
     
    Məlumatda bildirilir ki, guya müəllim öz oğluna digər şagirdi döyməsini tapşırıb. Birincisi, müəllim Azadın anası yox, nənəsidir. İkincisi də, heç valideyn öz övladına deyərmi ki, get kimi isə döy?"
    --------
    07:55
    Qaradağ rayonunun Ələt qəsəbəsində məktəbli uşaq döyülüb.
    Milli.Az "Report"a istinadən bildirir ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, 16 yaşlı Muradov Mustafa Fazil oğlu kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
    Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, 127 saylı məktəbin şagirdi Mustafa Muradovu müəlliminin oğlu döyüb. Hadisə Mustafanın müəllimin dərsində nadinclik etməsi üstündə baş verib.
    Faktla bağlı araşdırma aparılır.
    Azforum.az
    334

    “Balaca Heydəri prezident seçək” – İlham Əliyevin müşavirəsində maraqlı anlar

    Xəbər veriyimiz kimi Prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafına dair müşavirə keçirib.
    Azforum.az azxeber.com -a istinadən xəbər verir ki, müşavirədə veteran pambıqçılar Prezidentin övladı Heydər Əliyevi prezident kimi görmək istədiklərinə dair təkliflər səsləndiriblər. Həmin hissəni yazılı və video olaraq təqdim edirik.
    Çıxış edən Kamilxan Rüstəmova: “…Mən Sizə minnətdaram. Mən Heydər Əliyev ailəsindən başqa dövlət başçısı görmürəm, görmək istəmirəm. Yaşım 70-ə çatıb, bəlkə əcəl macal vermədi. Arzum budur ki, İlham Əliyev bu ölkəni daha da çiçəkləndirsin, 90 il Prezident olsun, balaca Heydəri Prezident seçək.
    Diqqətinizə görə minnətdaram. Hamınızı öpürəm”
    Fatma Hüseynova:“…O gün olsun, Allah mənə ömür versin ki, balaca Heydəri prezident görüm. Mən onu Heydər Əliyev deyib çağıranda bəlkə də yaşım azalacaq. Vicdan haqqı, ürəkdən deyirəm.”
    160

    Bakıda 1 milyon manatlıq maşın sürən tələbə var - Foto

    Bu gün Dövlət İqtisad Universitetinin yaxınlığında görünən bir avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib. Qaynarinfo.az-ın criminal.az-a istinadla verdiyi xəbərə görə, yaxınlıqda olan şəxslər bu maşının universitet tələbələrindən birinə aid olduğunu bildiriblər.   Azforum.az aynarinfo.az-a istinadən xəbər verir ki, "Lamborghini Aventador LP-740" markalı bu avtomobilin qiymətinin 650 min ABŞ dolları (1 milyon manatdan baha) olduğu bildirilir. Maşının isə "Şərur" MTK-nın sədri "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı, İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsus olduğu bildirilir.   Lakin iş adamı hələ 2 il bundan öncə  mətbuata açıqlamasında həmin maşının oğluna aid olduğunu inkar etmişdi.   Bu avtomobilin qiyməti doğru olmaya bilər, rəsmi hər hansı bir dəqiq məlumat yoxdur.
    164
  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com