• Объявления

  • Последние новости


    Rövşəni sağ qolu öldürüb - “Qanuni oğru” adı almaq üçün

    Türkiyə mediası İstanbulda öldürülən “qanuni oğru” Rövşən Lənkəranskinin qatili ilə bağlı maraqlı məlumat yayıb.
    AZFORUM.AZ  “Qafqazinfo” -a istinadən xəbər   bildirir ki, məlumata görə, Rövşənin ölümü ilə bağlı planı, oteldəki toplantını onun sağ qolu olan Hacıbaba T. qurub. Otel çıxışı Hacıbaba Lənkəranskiyə hücum edən silahlı şəxslərə atəş açsa da, onları qəsdən vurmayıb. “Hadisə ilə əlaqəm yoxdur, mən də atəş açmışdım” desə də, bu ifadə polisə inandırıcı gəlməyib. Müşahidə kamerasındakı görüntülər də onun əleyhinə olub. Məhkəməyə çıxarılan şübhəli haqda həbs qərarı verilib.
    Rus mafiyasının Lənkəranskini öldürəcəyi təqdirdə Hacıbabaya “qanuni oğru” statusu verəcəyi iddia edilir.
    Qeyd edək ki, daha əvvəl Türkiyə mətbuatı Rövşənin qətli ilə bağlı 3 şahidin dindirildiyini yazmışdı. Daha sonra məlum olub ki, şahidlərdən biri, Hacıbaba T. polis tərəfindən axtarışda olub. Artıq şübhəli durumuna düşən Hacıbabanın 18 avqust 2013-cü ildə azərbaycanlı iş adamı Əli Həmidovun qətlində də şübhəli olduğu ortaya çıxıb. Həmin cinayətdə Lənkəranskinin də adı keçib.
     
    AZFORUM.AZ
    246

    Dollar krediti olanlara PİS XƏBƏR

    AZFORUM.AZ  qaynarinfo. az -a istinadən xəbər   bildirir ki "Mərkəzi Bankın təqsiri ucbatından yaranmış dollar qıtlığı dollar kreditlərinin ödənilməsində də problemlər yaradıb. Belə ki, son müraciətlərə əsasən bəzi banklar borclulardan dollar kreditlərini manat ekvivlentində (hətta həmin bankın öz məzənnəsi ilə belə) qəbul etmir və ödənişin mütləq dollarla həyata keçirilməsini tələb edir. Səbəb məlumdur: manat faktiki olaraq artıq növbəti kəskin devalvasiyaya məruz qaldığı üçün dollar ödənişini rəsmi məzənnəyə nisbətdə 4 faizlik marja çərçivəsində manatla qəbul etmək banklara sərf etmir".   Bunu bank üzrə ekspert Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, bankların bu hərəkəti qanuna və bütün dünyada qəbul edilmiş milli valyutanın qanuni ödəniş vasitəsi ("legal tender”) olması prinsipinə ziddir. Belə ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 36.3-cü maddəsində deyilir: "Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir”.   Qanunu pozaraq bank ödənişi qəbul etmirsə, borclu nə edə bilər?   Əvvəla, Maliyyə Bazarlarına Nəzarət Palatasına və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, habelə məhkəməyə şikayət edə bilər.   Eyni zamanda borclu bankın qəbul etmədiyi manat məbləğini notariusun depozit hesabına qoyaraq öhdəliyini icra bilər. Belə ki, Mülki Məcəllənin 532.1-ci maddəsinə əsasən əgər kreditor icranın qəbulunu yubandırırsa, borclu icra predmeti olan pulu notariusun depozit hesabına qoya bilər (və bu barədə ləngimədən kreditora bildiriş göndərməlidir). Məcəllənin 532.3-cü maddəsinə görə pulu depozitə qoymaqla borclu öz öhdəliyindən azad edilir, çünki bu halda depozitə qoyma öhdəliyin kreditora icra edilməsinə bərabər tutulur.   Sadəcə bu halda "Notariat haqqında” Qanunun 74-cü maddəsini də nəzərə almaq lazımdır. Həmin maddəyə əsasən pul hər hansı deyil, öhdəliyin icrası yerinin notariusunun depozit hesabına qoyulmalıdır. Başqa sözlə, bankın baş ofisinə və bütün filial və şöbələrinə ərazi baxımından ən yaxın notariuslardan biri olmalıdır. Kreditin hansı filialdan alınması və ödənildiyi önəmli deyil. Çünki kredit bankın hər hansı filial və şöbəsində ödənilə bilər. Buna görə də sözügedən notariuslardan birini seçmək borclunun hüququdur. Məsələn, tutaq ki, krediti bankın Gəncə filialında alsa belə, manatla ödəmək istədiyi pulu bankın Quba filialına yaxın notariusun depozit hesabına da qoya bilər.
    238

    Özündən çox arxası ilə tanınan 5 məşhur qadın - FOTO

    AZFORUM.AZ  Milli. Az -a istinadən xəbər   bildirir ki, Türkiyə mətbuatı özündən çox arxası ilə tanınan 5 məşhur qadın haqqında fotosessiya hazırlayıb. Onlar arasında erməni pornoulduz Kim Kardaşyanın da adı var.
    Sözügedən ulduzların fotolarını təqdim edir:
    Cennifer Lopez

    Niki Minaj

    Kim Kardaşyan

    İqi Azalea

    Beyons

    304

    Dollar satan banklar – SİYAHI + MƏBLƏĞLƏR

    Sentyabrın 5-də ölkədə cəmi 6 bank dollar satdığını açıqlayıb. Dollar və avro satışı üzrə limit 100 dollar təşkil edir. 
    Azforum.az   Oxu. az - a istinadən xəbər verir ki  xəbər verir ki, “Azər-Türk Bank”dan fins.az-a verilən məlumata görə,  filialdan  aslı olaraq satış həcmi də dəyişir. Yəni, alınan dolların həcmində satış həyata keçirilir.
    Lakin satış üçün bank tərəfindən hər hansı limit müəyyən edilməyib. “PAŞA Bank” isə yalnız müştərilərinə 500 dollar həcmində satış həyata keçirir. Bu məbləğ eyni zamanda avro alışı üçün də keçərlidir.
     
    209

    Lənkəranskinin əməliyyatdakı şəkili saxta çıxdı - O yaşayır? / FOTOFAKT

    Türkiyədə güllələnərək öldürülən azərbaycanlı avtoritet Rövşən Lənkəranski ilə bağlı sosial şəbəkələrdə maraqlı iddia ortaya atılıb.
    AZFORUM.AZ  Azxeber.com -a istinadən xəbər verir ki ,sosial şəbəkə istifadəçisi Aynur Zeynalova adlı istifadəçinin yaydığı məlumatda Lənkəranskinin xəstəxanadan yayılan fotosununona məxsus olmadığını iddia edib. O, bir neçə gündür ki, bu barədə araşdırma apardığını və Lənkəranskinin əməliyyat zamanı xəstəxanadan çəkilən fotosunun saxta olduğunu təsdiqləyəcək sübutlar tapdığını qeyd edib.
    Məlumata görə, Lənkəranskinin olduğu deyilən foto əslində, 2008-ci ilin 9 fevral tarixində Qəzzada yaralanmış bir nəfərin fotosudur.

    244

    Dünya bu qızın özəlliyindən danışır - FOTOLAR

    Yeni fenomen Sarah McDaniel
    AZFORUM.AZ  Day. az -a istinadən xəbər verir ki,  Sarahnın sağ gözü açıq qəhvərəngli, sol gözü isə mavidir. "İnstagram"da minlərlə izləyicisi olan gözəl model Sarah McDanielin bu özəlliyi əslində "Heterochromia iridum" adlı genetik bir pozğunluqdur.
    Gözdəki bu pozğunluq anadangəlmə olur və sonradan üzə çıxır.
    Həmin fotoları təqdim edirik:










    359

    200 min dollar tapsanız neyniyərsiz?

    Ankaranın Kazan bölgəsində qoyunları otaran çoban içində 200 min dollar olan çanta tapıb. 
    AZFORUM.AZ  Publika. az -a istinadən xəbər verir ki, məsələni sürünün sahibinə danışan çoban pulla dolu çantanı polisə təhvil verib.
     
    İlkin ehtimallara görə, çanta Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı qaçmağa çalışanlar tərəfindən atılıb. Çantada puldan başqa iki mobil telefon və yaddaş kartı olub.
    Azforum.az
    202

    Siqaret çəkənlərə bəd xəbər: qiymət yenə artdı

    Azərbaycanda siqaret qiyiətləri növbəti dəfə artıb. Qaynarinfo.Az xəbər verir ki, paytaxtın əksər marketlərində siqaretlər bir gün əvvələ nisbətən 30-35 faiz artıq qiymətə satılır.   Bəzi marketlər hətta siqaret satışını dayandırıb. Bunun səbəbini soruşan alıcılara bildirilir ki, mağazalara siqaret paylayan firmalar bazar ertəsi yeni qiymətlərin tətbiq ediləcəyini, qiymətlərin artacağını bildirib. Marketlər isə indidən qiymətləri artırıb.   Xatırladaq ki, sabah ölkələ kəskin devalvasiyanın olacağı deyilir. Hətta Dövlət Gömrük Komitəsi idxalı dayandırıb.
    185

    Dolların qiyməti durmadan artır - 3-cü devalvasiya qapıda

    Bakıda son bir həftədə yaranan dollar böhranı davam edir. Banklar satışı dayandırıb, "qara bazar" isə öz fəaliyyətini davam edirir.
    AZFORUM.AZ  Qaynarinfo.Az-a istinadən xəbər verir ki, Qaynarinfo.Az saytının əməkdaşı  Bu gün dollar alış-satışı ilə məşğul olan əməkdaşı xarici valyutanın satış qiymətini dəqiqləşdirib. Məlum olub ki, "qara bazar"da 1 dolların alışı 1.80, satışı 1.83 matandı. Amma bu sadəcə bəzi yerlərdə olan qiymətdi. Ölkənin əksər şəhər və rayonlarında dollar daha baha qiymətə alınıb-satılır.
    Xatırladaq ki, sonuncu dəfə cümə günü məzənnəni açıqlayan Mərkəzi Bank dolların kursunu 1.6362 manat səviyyəsində müəyyənləşdirib. Amma həmişəki kimi Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnəyə nə banklar, nə də "qara bazar" əməl edir.
    Onu da bildirək ki, sabah ölkədə dolların növbəti dəfə kəskin bahalaşacağı deyilir. Son bir həftədə ölkədə xarici valyuta çatışmamazlığının yaşanması, bankların dollar satışını dayandırması bunu deməyə əsas verir. Əksər ekspertlər də 3-cü devalvasiyanın qaçılmaz olduğunu bildirir. Artıq Dövlət Gömrük Komitəsi də ölkəyə məshul idxalını dayandırıb. Bunu isə mümkün qiymət artımı ilə əlaqələndirirlər.
     
     
    417