• Объявления

  • Последние новости


    Nazir oğlunun radiosu bağlandı - Azərbaycanda

    Azərbaycanda fəaliyyət göstərən Avto FM radiosu fəaliyyətini dayandırıb.
    Azforum.az qafqazinfo.az -a istinadən xəbər verir ki, bu haqda radionun əməkdaşları sosial şəbəkədə məlumat yayıblar. Məlumata görə radio bu gecədən yayımını dayandırıb. Radionun fəaliyyətinin dayanmasının səbəbləri haqda heç bir açıqlama verilməyib.
     Xatırladaq ki, Avto FM radiosunun ilk rəhbəri hazırda xaricdə olan jurnalist Elnur Baimov idi. Radio rəsmi olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məxsus idi. 2013-cü ildə fəaliyyətə başlayan bu radionun Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olması haqda xəbərlər yayılsa də, bu E. Baimov tərəfindən təkzib olunurdu.
     


     
    123

    Vladimir Putin ABŞ-da saxlanılıb- Şok xəbər

    Rusiya Dövlət başçısı ilə eyni adı daşıması beynəlxalq mətbuatda müzakirələrə səbəb olub
    ABŞ-ın Florida ştatının Palm Beach şəhərinin sakini Vladimir Putin həbs edilib. 

    Azforum.az İnterAz-ə istinadla verdiyi xəbərə görə, Rusiya Dövlət başçısı Vladimir Putinin adaşı olan Pitin ərzaq almaq üçün getdiyi marketin işçiləri ilə dalaşıb. Polis tərəfindən saxlanılan Putin bir gün sonra 1000 dollar müqabilində şərti azadlığa buraxılıb. 

    Rusiya Dövlət başçısı ilə eyni adı daşıması beynəlxalq mətbuatda müzakirələrə səbəb olub. 

    Bəzi mətbuat orqanları fikrincə prezidentin adaşı olan Putinə diplomatik toxunulmazlıq verilməlidir.
       
    157

    İpoteka alan evini də, pulunu da itirir

    Nazirlər Kabineti Bakının 9 rayonunda köhnə binaların sökülməsi ilə bağlı bu ilin mart aylında qərar verib. Baş nazir Artur Rəsizadənin imzaladığı qərara əsasən, 5 il müddətinə öz ərazilərində qəzalı, şəhərin görünüşünə xələl gətirən binaların sökülməsi nəzərdə tutulub. Sənəddə hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması nəzərdə tutulub. Həmçinin qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkət bina tikilənədək köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün pul ödəməlidir. Bina hazır olduqdan sonra isə həmin sakinlərə yeni tikilən binada müvafiq mənzillər verilməldiir.    Bəs bu zaman ipotekada olan mənzillərin taleyi necə olacaq? Kreditlə mənzil almış sakinlər bu prosesdə onları nə gözlədiyindən narahatdırlar.    “7 ilə 30 min ödəmişəm, əsas borcdan cəmi 5 min manat silinib”   Azforum.az Bizimyol.info-a istinadən xəbər verir ki Bizimyol.info saytına müraciət edən Bakı şəhər sakini Elvin Rəhimov (ad şərtidir) bildirir ki, 7 il əvvəl ipoteka ilə ev alıb. “Evin dəyərinin 10 min manatını ilkin ödənişlə vermişəm, 50 min manata yaxın məbləği isə 25 illik ipoteka ilə bankdan almışam. 7 ildir hər ay 380 manat pul ödəyirəm. Bu məbləğin 50-60 manatı əsas borc, yerdə qalanı isə illik faizg çıxılır. Bu müddət ərzində 30 min manatdan artıq vəsait ödəməyimə baxmayaraq, hələ də 42 min manat əsas borc qalır”.   Müsahibimiz deyir ki, ev aldığı ərazidə binaların sökülməsinə başlanılıb. “Ehtimal var ki, bizim bina da söküləcək. Söküntüyə görə veriləcək kompensasiya banka olan borcuma yönələcəksə, deməli mənə cəmi 7-8, uzağı 10 min manat civarında pul qalacaq. Bu məbləğə isə ev almaq mümkün deyil. Beləliklə, həm mənim ödədiyim ilkin ödəniş - 10 min manat, həm də 7 il ərzində ödədiyim 30 min manat havaya sovrulur” - deyə E.Rəhimov bildirir.   İpoteka məsələləri üzrə mütəxəssis Rafael Hacıyev Bizimyol.info saytının sorğusuna cavab olaraq bildirib ki, belə problemlər mövcuddur. Ekspertin sözlərinə görə, bu kimi digər məsələlər də təcrübədə problemlər yaradır.    “İpoteka krediti adətən alınan yaşayış sahəsinin ipotekası ilə bağlı olmalıdır. Amma buna baxmayaraq, sonradan yeni tikililərdən evlərin də alınmasına icazə verildi. Yeni binalarda rəsmi sənəd - Çıxarış olmadığına görə başqa bir əmlak gorov qoyulması şərtilə ipoteka krediti verilir. Qanunun pozulması da elə buradan başladı. Amma inşaat sektorunun inkişafı və s. məsələlərə görə buna göz yumdular”.   Rafael Hacıyev: “İpoteka predimeti məhv olarsa, 3 iş günü ərzində kredit bağlanmalıdır”   R.Hacıyev bildirir ki, istismar müddəti bitmiş binaların sökülməsi zamanı da problemli hallar ortaya çıxır. “Qanunda nəzərdə tutulub ki, ipoteka predimeti məhv olarsa, 3 iş günü ərzində kredit bağlanmalıdır. Təbii fəlakət, fors-major halla bağlı məhvolmadırsa, bu zaman pulu sığorta ödəyir. Son vaxtlar köhnə binaların sökülərək, yeri sahibkarlara verilərək yeni binaların tikilməsi nəzərdə tutulur.  Bununla bağlı biz dəfələrlə icra hakimiyyəti ilə danışıqlar aparmışıq ki, sahibkar mənizilin dəyərini ödəsin və kredit bağlanandan sonra artıq qalan hissə əmlakın sahibinə verilsin. Ancaq bu, praktik olaraq mümkün olmadı və bildirildi ki, pul yox, yeni tikiləcək binada mənizl veriləcək. Yeni tikililərin hazır olması və mülkiyyəti təsdiq edən sənədin verilməsi bir neçə il çəkir. Bu halda ipoteka kreditinin təminatı olmur. İpoteka vəsaitini verən İpoteka Fondu olduğu üçün risklərlə bağlı Fondla danışıqlar aparıldı. Fond da müəyyən müzakirələrdən sonra razılaşdı ki, kredit yeni bindakı mənzilə Çıxarış sənədi alana qədər təminatsız olsun”.   Sökülən binadakı mənzillərə kompensasiya veriləndə ipoteka götürən vətəndaşa sərf etmir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, kompensasiyanın böyük hissəsi ipoteka kreditinin qalan borcuna yönəlir, yerdə qalan məbləğə isə vətəndaş ev ala bilmir. R.Hacıyev bildirir ki, kompensasiya verilən zaman əmlakın hazırkı vəziyyətini müəyyənləşdirən “Forma 1” arayışına əsasən, əmlakın ipoteka kreditində girovda olması məlum olur. Ona görə də kompensasiyanı ödəyən pulun hansı şəkildə ödənilməsini təşkil etmək üçün banka müraciət edir. “Bank da yazır ki, bu günə müştərinin borcu bu qədərdir, əsas borc filan məbləğ, faiz borcu filan məbləğ. Vətəndaşla kompensasiya ödəyən arasında alqı-satqı edilən zaman bankın məktubu əsas götürülür. Tutaq ki, evin qiyməti 70 min manatdır, müştərinin də banka 40 min manat borcu var. Bu zaman bank yazır ki, 40 min manat müştərinin bankdakı cari hesabına köçürülərək kreditin bağlanması şərtilə alqı-satqıya etiraz etmirik”.   50 minə görə 115 min pul ödənilir   Vətəndaşın indiyədək ödədiyi məbləğin “”batmasına” gəlincə, ekspert məsələni belə izah edir: “İpoteka kreditləri uzunmüddətli olur. Kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən, kreditin məblıği nə qədər uzun olursa, ilkin illərdə ödənişlərin əsas hissəsi faizlərə gedir. Ona görə də sual yaranır ki, bəs vətəndaş bu qədər pul ödəyib, o məbləğ hara getdi?  Amma ödənilən kreditin faizləridir”.    R.Hacıyevin sözlərinə görə, bu faizlər indiyədək olan müddətin faizləridir. “Məsələn, 8 faizlə 50 minlik kredit verəndə, 25 ilə 300 ay edir və hər ay ödənişi 385 manat 91 qəpikdir. Bu məbləğin ilkin aydakı ödənişin 53 manatı əsas borcdur, 332 manatı faizdir. 25 il ərzində tam ödənilən məbləğ 115 min 738 manat edir. Bunun 65 mini 25 il ərzində ödədiyin faizdir, yerdə qalanı isə 50 mini isə əsas borcdur. Ancaq burada müəyyən məqamlar da var. Məsələn, artıq pul ödəməklə qrafikdə irəliləmə mümkündür. Bu zaman 25 ilin yekununda 115 min deyil, daha az məbləğ ödənilir. Çünki məsələn əsas bprcdan 10 min ödəsən, əsas borcun 40 min olacaq və faiz də 40 minə uyğun olaraq hesablanacaq”.   Beləliklə, ortaya çıxan odur ki, vətəndaş illik 8 faiz - 300 manatdan artıq məbləği ona görə ödəyir ki, 25 ildən sonra mənzilə sahib olacaq. Ancaq onun özündən asılı olmayan səbəbdən - binanın sökülməsi nəticəsində kredit müqaviləsi sona çata bilmir və ödənilən kompensasiyanın böyük hissəsi də borcun əvəzinə banka çatır. Vətəndaş isə bu qədər ödədiyi pula rəğmən yenə də evsiz qalır. Ödədiyi pullar isə “havada qalır”.   “Yaranmış fərq evlərin ucuzlaşması ilə bağlıdır”   Eksper bildirir ki, burada vətəndaşın belə bir vəziyyətə düşməsində iqtisadi amillər də rol oynayır. “Maliyyə bazarında son vəziyyətlə bağlı əmlakların qiyməti kəskin şəkildə aşağı düşüb. Ona görə də belə bir məsələ ortaya çıxanda vətəndaş ciddi maliyyə itkisi ilə üzləşir. Məsələn, ipoteka götürən zaman alınan mənzilin qiyməti 80 min idisə, indi həmin mənzil 60 min manatdır. Hətta bəzi əmlaklar var ki, o vaxt alınan qiyməti ilə indiki qiymət arasında az qala iki dəfə ucuzlaşma var.  Bu səbəbdən, kompensasiya ödənilən zaman məbləğ vətəndaşı qane etmir. Amma bu heç birimizdən asılı olmayan məsələlərdir. 2008-ci ildə dünyada baş verən iqtisadi böhran ABŞ-dan başlamışdı. Səbəbi də o idi ki, ipoteka kreditlərini əmlakın qiymətini şişirtmiş şəkildə verdilər. Bu da bütün dünyada böhrana səbəb oldu. Axırda ABŞ dövləti məcbur qalaraq, fondları dirçəltmək məqsədilə vəsait ayırdı, amma müştərilərin aldıqları evlərin qiyməti heç nə oldu. Ona görə də kompensasiya məqsədilə dövlət dayaq durdu”.   R.Hacıyev bildirir ki, ötən il ərzində iki devalvasiya ilə üzləşmiş ölkəmizdə yeni iqtisadi şərait yaranır, sağlamlaşdırma ilə bağlı islahatlar aparılsa da, hələlik nəticəsini göstərmir.  O vurğulayır ki, bu kimi problemlər də həmin islahatlar çərçivəsində həll edilməldir.   Əkrəm Həsənov: «Müştəri hesablanmanın yenidən aparılmasını tələb edə bilər»   Bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm HəsənovBizimyol.info saytına açıqlamasında deyib ki, ipoteka müqaviləsinin şərtlərinə əsasən, sökülən mənzilə görə kompensasiya ilk növbədə bankın borcuna yonəldilir. “Əgər artıq məbləğ qalarsa, bu, müştəriyə qaytarılır”.    Ekspertin sözlərinə görə, belə bir sutuasiya yaranarsa, bank müştəridən yalnız indiyədək olan borcun fazilərini ala bilər. “Belə olan halda, vətəndaş tələb edə bilər ki, hesablama bütünlükdə yenidən aparılsın. Çünki Mülki Məcəllənin 741-ci maddəsinə əsasən faizlər vətəndaşdan ildə bir dəfə tutulmalıdır. Buna görə də vətəndaş yenidən hesablanmanı tələb edərək, qalan borcunu müəyyənləşdirə bilər”. Əkrəm Həsənov bildirir ki, məsələnin hüquq tərəfi budur.   Ekspert qeyd edir ki, məsələnin kökündə iqtisadi amil durur. “Azərbaycanda bir neçə il əvvəl evlərin qiyməti həddindən artıq şişirdilmiş idi. Hazırda isə xeyli ucuzlaşma var. Ona görə də ev söküləndə kompensasiya çox böyük məbləğ verilmir. 
    86

    Bakıda qızlar oğlan üstündə saçyolduya çıxdılar

    Sağlamlığa xəsarət yetirməkdə ittiham olunan Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Samirə Vəliyevanın (ad və soyad şərti verilib) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Azforum.az day.az-a istinadən bildirir ki, Samirə Vəliyeva Yasamal rayonunda rəfiqəsi Sevda ilə kirayədə yaşayıb. Samirə ilə Sevdanın Sadiq adında ortaq tanışları olub. Sevda həmin oğlanla internet vasitəsi ilə tanış olub. Sadiq hər gün Samirə və Sevdanın yaşadığı evə gəlib-gedib. Ötən il noyabrın 1-də, gecə yarısı Samirə ilə Sevdanın arasında oğlan üstündə mübahisə yaranıb. Mübahisəyə səbəb isə Samirənin Sadiq ilə cinsi əlaqədə olması olub. Sevda tanış olduğu oğlanın rəfiqəsi ilə cinsi əlaqədə olmasından şübhələnib. Onda şübhə belə yaranıb ki, həmin gün evdə olmadığı vaxt Sadiq oraya gəlib. Sevda rəfiqəsinin Sadiqlə cinsi əlaqədə olub-olmaması barədə onu sorğu-sual edib. Bu zaman rəfiqəsinin sorğularından əsəbləşən Samirə onu döyərək, bədənini müxtəlif nahiyələrinə xəsarət yetirib. Samirə Vəliyeva Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Yasamal Rayon Məhkəməsinin hökmü ilə Samirə Vəliyeva 3 ay müddətinə azadlıqdan məhrum edilib. Samirə Vəliyevanın barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs edilib. Hökmə görə, onun cəzasının əvvəli 2016-cı ilin aprelin 7-dən hesablanıb. Hökmdən narazı qalan Samirə Vəliyeva apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib. Onun şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Samirə Vəliyevanın cəzası 300 manat cərimə cəzası ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
    206

    Dövlət xəstəxanasına giriş üçün pul tələb olunur - Yeni rektorun qaydaları

    Tibb Universitetinin Stomatoloji Klinikasına giriş üçün pasiyentlərdən ödəniş tələb olunur.
    Azforum.az Milli.az -a istinadən xəbər verir ki, bu barədə aznews.az-a klinikada bu halla üzləşən pasiyentlərdən biri məlumat verib. Onun sözlərinə görə, klinikaya giriş üçün xəstələrdən 2 manat tələb olunur. Məlumata görə, bu qayda Tibb Universitetinin yeni rektoru Gəray Gəraybəylinin təyinatından sonra tətbiq olunub. 
    Bu isə klinikaya müraciət edən xəstələrin narazılığına səbəb olub. 
    Belə ki, xəstələr dəfələrlə həkimlərə etirazlarını bildirsələr də, şikayətlərini eşidən olmayıb.
    Tibb Universitetinin Stomatoloji klinikasının baş həkimi, tibb elmlər namizədi Alqış Səfərov məsələ ilə bağlı AzNews.az-a açıqlamasında faktı təsdiqləyib: "Heç bir həkimin və vətəndaşın ixtiyarı yoxdur ki, xəstəlik vəsiqəsi olmadan həkimə müraciət etsin. 2 manat onun xidmət haqqıdır. Bütün dünyada olduğu kimi bu, Azərbaycanda da var. Bizim klinika Səhiyyə Nazirliyinin nəzdindədir. Nazirlər Kabinetinin qərarı ilə bütün xidmətlər pulludur".
    164

    "Oğrular" Lənkəranskinin qatillərinə ölüm hökmü çıxardılar

    Dünən gecə Türkiyənin Antalya şəhərində keçmiş SSRİ respublikalarından olan "oğruların" iştirakı ilə "sxodka" keçirilib.
    Azforum.az Qadınlar.Biz -a istinadən xəbər verir ki,Kriminal "sxodkada əsasən Rövşən Lənkəranskiyə yaxınlığı ilə bilinən gürcü avtoritetləri iştirak ediblər. 
    Kriminal yığıncaq Lənkəranskinin yaxın dostu Merab Canqveladzenin (Merab Suxumski) rəhbərliyi altında keçirilib.
    "Sxodkada" tanınmış "oğrulardan" Merab Baxiya, Roin Uqlava, İrakliy Kaliçava, Koba Axvlediani, Zurab Dqebuadze iştirak ediblər.
    "Sxodka" zamanı Rövşən Lənkəranskinin ölümünün təşkilatçıları və icraçılarına ölüm hökmü çıxarılıb.
    312

    Дорожная полиция: «Муж беременной женщины не имеет претензий к Рашадату Бабаеву» – ОБНОВЛЕНО

    Стали известны новые подробности разбирательства, проведенного в связи с распространенным в соцсетях видеороликом, на котором, по версии снявших его лиц, якобы запечатлено оскорбление беременной женщины и избиение ее супруга полковником Рашадатом Бабаевым.
    Как сообщили 1news.az вУправлении государственной дорожной полиции Баку, участник инцидента - водитель, являющийся мужем беременной женщины (имя по его же просьбе не сообщается), вместе с супругой приехал в управление и написал объяснительную.
    «В ней он подчеркнул, что не имеет претензий ни к полковнику Рашадату Бабаеву, ни к другим сотрудникам Дорожной полиции. Он также написал, что его жену и его самого никто не оскорблял и не бил, а ролик был распространен без его участия», - заявили в управлении.
    Как сообщил тогда в интервью 1news.az заведующий отделом по связям с общественностью Управления государственной дорожной полиции Баку, полковник полиции Вагиф Асадов, Р.Бабаев – командир Полка дорожно-патрульной службы управления, заслуженный сотрудник внутренних дел, и все, в чем его обвиняют – чистая и преднамеренная ложь.
    «Официально заявляю, что Дорожная полиция Баку планирует подать в суд на тех, кто распространил информацию об избиении полковником мужа беременной женщины. Рашадат Бабаев никого не бил и не оскорблял! Налицо явная и спланированная провокация, совершенная с целью опорочить дорожную полицию столицы и ее сотрудников», - подчеркнул В.Асадов.
    Также он выразил сожаление, что подавляющее большинство журналистов, даже не узнав позицию управления по поводу видеоролика, выдало его за сенсацию, не остановившись перед тем, чтобы ради рейтинга опорочить работу Дорожной полиции.
    «На самом же деле произошло вот что – сотрудники Дорожной полиции усилили борьбу с водителями, нарушающими правила остановки и стоянки. Одной из частей Баку, где эта проблема особенно актуальна, является северный выезд из столицы – Тбилисский проспект, круг у станции метро «20 Января», Московский проспект и круг на пересечении 1-го, 5-го и 4-го микрорайонов, более известный как «Шамахинка».
    Чтобы помешать навести тут порядок, и была совершена эта провокация. Раньше тут машины парковали в 2-3 ряда, невозможно было ехать. Но инспекторы стали строже следить за ситуацией, штрафовать нарушителей – вот они и подстроили все, чтобы попытаться опорочить Дорожную полицию. Но из этих попыток ничего не выйдет – нарушители будут все равно наказаны!
    Конкретно о водителе, заснятом на видеоролике, могу сказать, что он, нарушив правила, припарковал автомобиль на проезжей части дороги, а затем не подчинился законному требованию сотрудника полиции», - заявил В.Асадов, подчеркнув, что все виновные в нанесении урона репутации Дорожной полиции в ближайшее время ответят за свои деяния перед судом.
    В то же время, следует отметить, что принимая во внимание мировое соглашение между сторонами, вероятно судебного разбирательства уже не будет.
     
    117

    Жуткая история: девушку-подростка изнасиловали, убили и скормили крокодилам – ФОТО 

    31.08.2016 11:106
    Девочка-подросток, которая исчезла из города Миртл-Бич в Южной Каролине в 2009 году, была неоднократно изнасилована в тайном бандитском доме, после чего ее застрелили и скормили крокодилам, испугавшись шумихи в прессе вокруг пропажи девочки.
    Как пишет New York Post со ссылкой на Post and Courier, об этом сообщил офицер ФБР Геррик Мунос на прошлой неделе на заседании Федерального суда.
    Шокирующие новые подробности о таинственном исчезновении 17-летней Бриттани Дрексел (Brittanee Drexel) появились на основе тюремных показаний, которые впоследствии были подкреплены другими нюансами, а также информацией из вторичных источников, сказал Мунос.
    Заключенный, который дал признательные показания – Тагуан Браун (Taquan Brown), отбывающий 25-летний срок по другому делу, где признан виновным в непредумышленном убийстве. Браун заявил, что присутствовал при последних мучительных моментах жизни Дрексел.
    По словам Брауна, он видел девушку, когда наведывался в дом, где, как правило, держали оружие, наркотики и деньги. Это место расположено в Мак Клелланвиле – районе, где был в последний раз зафиксирован сигнал мобильного телефона девушки.
    Как рассказал Браун чиновникам, в этом доме он видел и 16-летнего Дашона Тейлора (Da’Shaun Taylor) и некоторых других мужчин, которые совершали над Британи сексуальное насилие. Он сказал, что в тот роковой день он вышел на задний двор дома, чтобы передать деньги отцу Дашона Тейлора – Шону Тейлору. Пока они говорили, девушка попыталась воспользоваться возможностью и сбежать.
    Однако попытка побега была напрасной. Один из похитителей ударил ее рукояткой от пистолета и занес обратно в дом. По словам Брауна, после этого он услышал два выстрела.
    Тело 17-летней Британи Дрексел так никогда и не было найдено. Однако, как сказал агент ФБР Геррик Мунос, «некоторые свидетели» заявили следователям, что тело девушки было выброшено в один из прудов в районе Мак Клелланвиль, который кишит крокодилами.

    Британи Дрексел (Brittanee Drexel)
    В последний раз девушка была заснята на видео 25 апреля 2009 года, когда покидала отель Blue Water в Миртл-Бич, где она находилась вопреки запрету родителей.
    Другой заключенный, отбывающий срок в Джорджтаунской тюрьме, сказал,  что знал о том, что о Дашон Тейлор забрал Дрексел из Миртл-Бич и перевез в Мак Клелланвиль.
    По словам агента Муноса, ФБР считает, что Тейлор «представил девушку некоторым своим друзьям, которые затем предложили ее кому-то из своих знакомых, оказавшись, таким образом, вовлеченными в трафикинг» (похищение человека и использование его в сексуальных целях или насильного труда).
    Мунос полагает, что от девушки избавились, когда вокруг тщетных усилий найти ее оказалось слишком пристальное внимание СМИ.

    Дашон Тейлор (Da’Shaun Taylor)
    Показания агента ФБР являются частью слушаний по делу против Дашона Тейлора, на сегодняшний день уже 25-летнего молодого человека, который уже отбыл наказание за ограбление Макдональдса в 2011 году.
    Он признался в соучастии, сотрудничал со следствием и завершил испытательный срок. Однако, если прокурору удастся доказать причастность Тейлора к похищению и убийству Британи Дрексел, ему грозит пожизненное заключение.
    Мать Дашона – 44-летняя Джоан Тейлор (Joan Taylor) заявляет, что правительство пытается навесить на ее сына преступления, которые он не совершал. Она описывает своего сына как положительного, трудолюбивого и внимательного молодого человека.

    Джоан Тейлор (Joan Taylor)
    Адвокат Тейлора утверждает, что федеральные обвинения против его подопечного – это открытая попытка «выдавить» из Тейлора информацию по делу Дрексел. На вопрос судьи Мэри Гордон Бейкер о «реальной причине» для выдвижения обвинения, и связаны ли они с исчезновением Дрексел, помощник генерального прокурора США Уинстон Холлидей отметил, что «это одна из причин».
    Тейлор был освобожден на время следствия под залог в $10 000.
    ФБР отказывается обсуждать показания агента Муноса или какой-либо аспект по делу Британи Дрексел с изданием Post and Courier. От комментариев отказываются также Дошон Тейлор и его отец.  
    476

    Bakının mərkəzində bu qız ərəb turistlərə görə görün hansı oyunlardan çıxdı - ŞOK FOTO

    Bakıda son aylar ərəb turislərin çoxalması insan alverinin artmasına səbəb olub. 

    Azforum.az Qadınlar.Biz -a istinadən xəbər verir ki, ərəb turislərə görə artıq bəzi xanımlar Bakının mərkəzi küçələrində açıq şəkildə insan alveri ilə məşğul olmağa başlayıblar. Sözügedən halla bağlı paytaxt sakinləri tərəfindən çoxlu sayda şikayətlər həm sosial şəbəkələrdə, həm də müxtəif informasiya resurslarında yayımlanır. 

    Bu cür mənzərəylə daha çox turistlərin ən sıx gəzişdiyi Nizami küçəsində rastlaşmaq mümkündür. Sosial şəbəkələrdə yayımlanan bu foto da bir qız Nizami küçəsində ərəb turistləri cəlb etmək üçün min-bir oyundan çıxdığı qeyd olunub. Hadisə şahidlərinin sözlərinə görə, həmin qız turistlərin gəzişdiyini görüb onların önünə keçərək müştəri "ovu"na çıxıb. 

    Sözügedən fotonu təqdim edirik:
     
    265