• Объявления

  • Последние новости


    Plastik əməliyyatla tanınmaz dərəcədə gözəlləşmiş 9 məşhur qadın (Fotolar)

    Plastik əməliyyatların heç də həmişə uğurlu alınmadığı hər kəsə bəllidir. Bəzən ümumiyyətlə, belə əməliyyatlar faciə səviyyəsində uğursuz alınır.
    Amma əməliyyatların qeyri-adi dərəcədə uğurlu alındığı hallar da çoxdur. Aşağıda plastik burun əməliyyatını uğurla keçirmiş və öz görkəmini yaxşılığıa doğru radikal tərzdə dəyişmiş 9 məşhurun əməliyyatdan əvvəlki və sonrakı fotoları verilib. Baxın və qiymətləndirin. Xəbəri dostlarınızla paylaşmağı da unutmayın.
    Kristina Orbakayte

    Ancelina Coli

    Viktoriya Bonya

    Natalya Podolskaya

    Keti Topuriya

    Viktoriya Lopıryova

    Meqan Foks

    Nita Kuzmina

    Viktoriya Bekhem

    41

    Arvadından şübhələnən hərbçi dostunu evinə göndərdi: yataq otağında çəkilən FOTO XƏYANƏTİ AŞKARA ÇIXARDI

    Hərbçi ərini aldadan ABŞ-lı qadın yataq otağında basqına məruz qalıb. 
    Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Əfqanıstanda xidmət edən şəxs həyat yoldaşının ona xəyanət etdiyindən şübhələnərək dostundan evlərinə getməyi xahiş edib. Qadının ərinin dostu evə gəlincə qaradərili sevgilisi yatağın altında gizlənib. Ancaq sevgilisinin əli yatağın altından kənara sürüşüncə xəyanət ortaya çıxıb.

    Hərbçinin dostu otağın fotosunu çəkərək dərhal ona göndərib. Gələn fotoya diqqətlə baxan hərbçi yatağın altından çıxan kişi əlini görüb və aldadıldığını anlayıb. Xəyanətə məruz qaldığını bilən şəxs həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

    22

    Su və işığın qiyməti qalxır? — Nazirdən açıqlama

    Su və işığın qiyməti qalxır? — Nazirdən açıqlama
     
    "Azərbaycan hökuməti "Azərişıq" ASC və "Azərsu" ASC-nin maliyyə vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə elektrik enerjisi və su tariflərini artırmayacaq". Ölkə.Az xəbər verir ki, bunu 2018-ci il dövlət və icmal büdcənin müzakirələri çərçivəsində beş parlament komitəsinin birgə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
     
    Onun sözlərinə görə, bu addım əhalinin narazılığına səbəb olar və onların maliyyə vəziyyətini pisləşdirə bilər.
     
    Məhz buna görə, hökumət gələn il "Azərişıq" ASC və "Azərsu" ASC üçün 55 milyon manat həcmində büdcə subsidiyaları ayıracaq: "Biz güzəştə getməliyik”.
    15

    Yatan ərinin barmaq iziylə telefonunu açdı: həyatının şokunu yaşadı

    Qətərin Doha şəhərindən İndoneziyanın Bali şəhərinə doğru istiqamətlənən təyyarədə bir qadın sərnişin yanında yatan ərinin barmaq iziylə telefonunu açıb.
    Telefonunu yoxlayan zaman ərinin xəyanət etdiyini aşkarlayan qadın həyat yoldaşını vurmağa başlayıb. Qəzəbli qadını sakitləşdirmək mümkün olmayıb, vəziyyətin daha da kritikləşdiyini görən səlahiyyətlilər təyyarəni təcili Hindistanın Çennay şəhərində endirmək məcburiyyətində qalıblar.
    İranlı cütlük və uşaqları təyyarədən düşürüldükdən sonra təyyarə İndoneziyaya doğru yola davam edib.
    Cütlük Hindistan vizası olmadığı üçün bu ölkədə nəzarət məntəqəsində saxlanılıb.
      Qadın sakitləşdikdən sonra ailə Qətərə geri qayıdan bir təyyarəyə minib.
    15

    Brilliant Dadaşova Mehriban Əliyevaya müraciət etdi - Fədayə Laçına görə

    Xalq artisti Brilliant Dadaşova Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.   AZXEBER.COM-un axsam.az-a istinadən məlumatına görə, sənətçi birinci xanımdan "Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun həbsdən qaçmasına kömək etdiyinə görə həbs olunan müğənni Fədayə Laçına dəstək olmasını xahiş edib:   "Əzizimiz, sevimli Mehriban xanım. Sizin sonsuz dərəcədə mehriban və qayğıkeş insan olduğunuzu bilirk və bu səbəbdən sizə müraciət edib, istedadlı müğənni, gənc qadın və ən əsası bir övlad anası Fədayə Laçına dəstək olmanızı, onu düşdüyü bəladan xilas etməyinizi xahiş edirik. Mən onu şəxsən tanımıram. Yalnız sizin ədalətli, xeyirxah və heç kəsin dərdinə indiyə kimi biganə qalmadığınızı bildiyim üçün Fədayə Laçına dəstək olacağınıza ümid edirəm. Biz uca tanrıdan cənab prezidentimizə, sizə, övladlarınıza can sağlığı, ailə səadəti diləyirik. Başımızın üstündə daim var olasınız!"
    15

    Kamran Ağayev qovuldu

    Futbol üzrə Çexiya çempionatında 13-cü turun oyunları keçirilib.
    Yenicag.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Banik Ostrava” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
    Kamran da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb. Lakin 75-ci dəqiqədə qırmızı vərəqə alaraq, komandasının azlıqda qoyub.
    Geridə qalan turlarda 17 xal toplayan “Mlada Boleslav” 16 klub arasında 7-ci pillədə qərarlaşıb.
    15

    Rusiyanın 5 rayonun qaytarılması üçün 3 şərti var - GÖRÜŞ ÖNCƏSİ İDDİA

    Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün növbəti 2 həftə ərzində rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirməyi planlaşdırır.
    Oxu.Az-ın “Qafqazinfo”ya  istinadən məlumatına görə, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu görüşlə bağlı etibarlı mənbədən aldığı məlumatı paylaşıb.
    O bildirib ki, Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var:
    “Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir”.
    Politoloq şərtləri şərh edib və çox ağır şərtlər olduğunu deyib:
    “Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür. Digər iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir”.
    E.Şahinoğlu deyib ki, bununla bağlı geniş təhlil hazırlanır.
    18

    Heydər Əliyev adına Hava Limanında silahlı kriminal qrupla atışma - TƏCİLİ

    Gecə saat 22: 30 radələrində Heydər Əliyev adına Hava Limanında polislə silahlı şəxslər arasında qarşıdurma baş verib. Şahidlərin redaksiyaya bildirdiyinə görə sərnişinlər ərazidən uzaqlaşdırılıb. Və sonda polis kriminal qrupun üzvləri olan silahlı şəxsləri tərksilah edib. Məlumatda silahlı şəxslərin kimliyinin araşdırıldığı bildirilir. İstintaq aparılır...
    nuh.az
    19

    Eldar Mahmudovun əmisi oğlu həbs edildi

    Ləğv edilmiş MTN-in əməkdaşları barəsində başlanmış cinayət işi üzrə aparılan operativ-istintaq tədbirləri nəticəsində MTN-in keçmiş başçısı Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov həbs edilib. 
    Oxu.Az-ın xəbərinə görə, bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı etibarlı mənbələrdən məlumat verilib.
    Vüqar Mahmudova qarşı konkret hansı maddələr üzrə ittiham irəli sürüldüyü barədə daha sonra məlumat veriləcək.
    45
  • Яндекс.Погода
  •  Valyuta məzənnəsi

  • FreeCurrencyRates.com