• Последние новости


    Övladını görməyə gəldi, qızılla getdi

    Bakıda mənzildən qızıl-zinət əşyaları oğurlanıb. Lent.az xəbər verir ki, polisə müraciət edən 1984-cü il təvəllüdlü Alışova Gülnarə Telman qızı polisə müraciət edərək bildirib ki, keçmiş həyat yoldaşı onun evindən oğurluq edib.   Qadın qeyd edib ki, bir müddət əvvəl boşandığı Elçin Şirəliyev övladını görmək bəhanəsi ilə evə gəlib və gizli yolla qızıl üzüklə 2 cüt sırğanı götürərək gedib.    Müraciət əsasında araşdırma aparılır.
    7

    Azərbaycanlı aktrisa “striptiz” oynadı – VİDEO

    Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin maraqlı videosu yayılıb.
    Oxu.Az BAKU.WS-ə istinadla xəbər verir ki, videonu aktrisa “Instagram” səhifəsində paylaşıb. Nəsrin Cavadzadənin “Striptiz” rəqsi izləyiciləri tərəfindən bəyənilib. Aktrisa bu video ilə yeni oynayacağı səhnənin anonsunu verib. Bu tamaşa isə “Ucuz həyəcanlar” adlanır.
    Məlumat üçün bildirək ki, Nəsrin Cavadzadə 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçərək orada yaşamağa başlayıb.
    O, Mərmərə Universiteti Kino və Televiziya fakültəsinin məzunudur. 2007-də Türkiyənin ATV televiziyasının “Yersiz-yurdsuz” adlı serialında, Hüseyn Qarabəyin “Getmək: Mənim Marlon və Brandom” və Camal Şanın “Dilbərin səkkiz günü” adlı filmlərində rol alıb. 2014-cü ildə çəkildiyi “Quzu” adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının “Ən yaxşı qadın aktrisa” mükafatına layiq görülüb.
     
    239

    İslamiadanın açılış mərasimindəki qızcığazı siz də tanıyın – FOTO

    Məlum olduğu kimi, ötən gün Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi baş tutub.
    Azforum.az Qafqazinfo-ya istinadla xəbər verir ki, möhtəşəm gecədə yadda qalan əsas məqam Mina və onun babası obrazı olub. 
    Baba obrazını Xalq artisti, aktyor Nurəddin Mehdixanlı canlandırıb. Minanın səhnədə canlandırdığı obraz sosial şəbəkələrdə onun kim olması barədə maraq doğurub.
    Əsas qəhrəman Minanın əsl adı Eleonora Yusifovadır. Onun hazırda 13 yaşı var. Eleonora 6 yaş yarımından etibarən bədii gimnastika ilə məşğul olur.
    Özündən başqa bir bacısı olan Eleonora Gimnastika Məktəbinin 6-cı sinif şagirdidir.
     
                 
    12

    Gizli kamera görüntüləri ananı dəhşətə gətirdi -VİDEO

    Türkiyədə evə gizli kamera qoyan ana dəhşətə gəlib.   Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, İstanbulda tanınmış iş adamının uşağı döyülüb. Uşağı onların evə gətirdikləri ukraynalı dayə döyüb.   Valideynlər uşağın bədənində göyərmələr gördükdə dayədən şübhələniblər və evə gizli kamera qoyublar.    Kameranı iş adamının həyat yoldaşı evə yerləşdirib. O, görüntüləri izlədikdə dəhşətə gəlib. Belə ki, dayənin uşağı döyməsi kameraya əks olunub.   Valideynlər məsələ ilə bağlı polisə şikayət ediblər.   Araşdırma aparılır.
    15

    DİN əməliyyat keçirtdi: Qızılı rəngli “Mercedes”i saxladı

    Bakıda polis daha bir avtomobil oğurluğu faktını üzə çıxarıb.    Avtosfer.az-ın məlumatına görə, mayın 11-də saat 12:20 radələrində DİN-in “Təhlükəsiz şəhər” xidmətinin, 102 zəng mərkəzinin və Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı 5 ay əvvəl qaçırılmış avtomaşın tapılıb.    Belə ki, Bakı şəhər sakini Vüqar Vaqif oğlu Babayevə məxsus qızılı rəngli “Mercedes E-220” markalı 10-LA-833 dövlət nömrə nişanlı avtomaşın Səbail rayonu Salyan yolu, 24 ünvanında saxlanılıb.    Avtomaşının sahibi Vüqar Babayev bildirib ki, ona məxsus olan avtomaşını ötən il dekabrın 12-də Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində nömrəsiz ünvanın qarşısında saxlayaraq gedib və bir daha tapa bilməyib.     Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işi açılıb.
    57

    Dəbdəbəli Jeep Renegade artıq Bakida – FOTOSESSİYA

    Bu gün “Autolux Azərbaycan” şirkəti daha yeni bir modelin təqdimatını keçirib. Bu – “Jeep” markasının Bakıda ilk dəfə görünən “Renegade Trailhawk” modelidir.
    Şirkətdən 24xeber.com dən verilən məlumata görə, ənənəvi yeddi bölməli radiator barmaqlığından tutmuş əzəmətli görünüşə qədər, “Renegade” modelinin bir “Jeep” markalı avtomobil olduğu tamamilə aydındır. Fərqli yolları kəşf etmək üçün və ya şəhərdə əyləncəli gəzintiyə çıxmaq üçün tamamilə yeni “Jeep Renegade” modeli istismara hazırdır, işləmək əzmindədir və işləməyə qadirdir.
    Öz sinfində ən yaxşı salon həcmi və oturacaq vəziyyətlərinin çeşidi, о cümlədən yastı şəkildə qatlanan ön sərnişin oturacağı sayəsində “Renegade” modeli sizə öz dostlarınızı və əşyalarınızı istədiyiniz yerə aparmaq imkanı yaradır.
    Sizin bir Jeep markalı avtomobildə görmək istədiyiniz bütün cəhətlər bu modeldə cəmləşib. 2.4 I həcimli mühərrikli və 9 pilləli avtomatik transmissiya ilə təchiz olunmuş “Renegade Trailhawk” avtomobili özündə Jeep markasının ənənəvi üslubunu eləcə də yüksək texnologiyanı birləşdirir. Bütün bunlar şəhər üçün münasib olan nisbətən kiçik gövdəyə sığışır.
    “Renegade” modelində fəal və passiv texniki və fiziki təhlükəsizlik cəhətlərinin silsiləsi, о cümlədən tam uzunluqda yan pərdə ilə birlikdə yeddi standart hava yastığı və toqquşma əsasında dizləri qoruyan hava yastığı təklif olunur.
    “Renegade” və “Jeep” markasının digər modellərini görmək və onlar haqqında ətraflı məlumat almaq üçün markanm rəsmi distribütoru olan “Autolux Azərbaycan” şirkətinə müraciət edə bilərsiniz. Ünvan: Ü.Hacıbəyli, 57
    Onu da qeyd edək ki, tezliklə “Autolux Azərbaycan” kreditlə satışlara başlayacaq. Kredit şərtləri haqqında ətraflı məlumat almaq üçün 983 qısa nömrəsinə müraciət edə bilərsiniz.
    Avtomobilin satiş qiyməti 53 000 Azn təşkil edir









    470

    Axşam saat 5-dən bu yollar bağlanır - Xəbərdarlıq

    Bu gün saat 17:00-dan etibarən Bakıda bir sıra yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, istiqaməti dəyişdiriləcək.    Bu barədə Movqe.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.    V. Əsədov deyib ki, bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin keçirilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin edilməsi məqsədilə mərkəzə doğru avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, istiqamətləri dəyişdiriləcək. V. Əsədov bildirib ki,"Azneft" meydanı, Neftçilər prospekti, Y. Səfərov küçəsi, Heydər Əliyev prospektindən Sabunçu dairəsinədək olan hissə, eləcə də bu əraziyə bitişik, kəsişən, paralel yollar üzrə hərəkət məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək: "Qismən və fasilələrlə Bakı Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar yol istiqamətində, 20 yanvar dairəsi adlanan ərazidə də hərəkət istiqaməti dəyişdiriləcək. Hava limanı istiqamətinə, Bakının kənd və qəsəbələrə hərəkət edənlər isə bu gün Bakı- Hövsan, Balaxanı-Zabrat- Maştağa istiqaməti üzrə hərəkət edə bilərlər.        IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı tamaşaçılar saat 18.00-dan 21.00-dək, bağlanma mərasimi zamanı isə tamaşaçılar saat 17.00-dan 20.00-dək 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən - metronun "20 Yanvar", "Gəncllik", "Qara Qarayev" stansiyalarından Bakı Olimpiada stadionuna çatdırılacaq. Mərasim bitdikdən sonra isə stadiondan tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdə - metronun "20 Yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyalarına daşınacaq. Metronun "Qara Qaryev" stansiyasından X1, "Gənclik" stansiyasından X2 və "20 Yanvar" stansiyasından X3 ekspress avtobusları Bakı Olimpiada stadionuna tamaşaçıları daşıyacaq. Biz paytaxt sürücülərinə İslamiadanın açılış mərasiminin keçirilməsi ilə əlaqədar  təhlükəsizliyin təmin edilməsi məqsədilə bir sıra küçə və prospektlərdə hərəkətin məhdudlaşdırılması, eləcə də istiqamətinin dəyişdirilməsini nəzərə alaraq şəxsi avtomobillərdən istifadə etməmələrini tövsiyyə edirik”.
    84

    'Arvadım mənə oğlumun sinif yoldaşı ilə xəyanət edib' - Milyarder Fərhad Əhmədov

    Britaniya məhkəməsinin qərarına əsasən, azərbaycanlı oliqarx keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq (təxminən 600 milyon ABŞ dolları) həcmində təzminat ödəməlidir. Yerli nəşrlərin yazdığına görə, bu boşanma prosesi Birləşmiş Krallıq tarixinin ən bahalı boşanmalarından biri olacaq.   Ər təkidlə bildirirdi ki, ailənin rifahında məxsusi payı olub, lakin məhkəmə həyat yoldaşlarının paylarının bərabər olduğu qərarına gəlib. Nəticədə, təzminatın məbləği ailə aktivlərinin 41,5%-i həcmində dəyərləndirilib.   27 yanvar 2017-ci il tarixində baş tutan Britaniya məhkəməsində Fərhad Əhmədovun gizli ərizəsi oxunub. Ərizədə azərbaycanlı oliqarx keçmiş həyat yoldaşını oğulunun sinif yoldaşıyla xəyanətdə ittiham edib.   Rusiyada boşanma prosesi Tatyana Əhmədovanın xəyanəti etiraf etməsindən sonra baş tutub. Tatyana bildirib ki, dəfələrlə gənc oğlanlarla ərinə xəyanət edib. Hətta qadın oğlu evdə olduğu zaman əri ilə yatdığı yorğan-döşəkdə öz məşuqları ilə münasibətdə olub.    Hakim həmçinin boşananların adlarının açıqlanmaması barədə qərar verib. BBC yalnız onu bildirir ki, söhbət Qafqaz əsilli 61 yaşlı keçmiş treyderdən və onun 41 yaşlı, Şərqi Avropa doğumlu arvadından gedir. Cütlük Moskvada evlənib və Britaniyanın Surrey qraflığına köçüb. Bundan əlavə, məlumdur ki, təxminən 5 il əvvəl boşanan kişi Rusiya şirkətindəki payını 1,3 milyard dollara satıb.   RBK yazır ki, bu təsvirə "Nortqaz” şirkətinin 61 yaşlı keçmiş sahibi, "Forbes” jurnalının Rusiya reytinqində 67-ci olan Fərhad Əhmədov uyğun gəlir. Jurnal onun varidatını 1,3 milyard dollar həcmində qiymətləndirir. Bakıda anadan olmuş Əhmədov 1986-cı ildə Böyük Britaniyaya köçüb və London xəz birjasında treyder olub. 1987-ci ildə SSRİ-nin qaz müəssisələırinə avadanlıq satan "Tansley Trading” şirkətini təsis edib. 2012-ci ilin sonlarında Əhmədov "Nortqaz” şirkətindəki payını 1,38 milyard dollara "NOVATEK”ə satıb.
    146

    Məşqçisindən hamilə qalan azərbaycanlı atletlə bağlı iddialara rəsmi CAVAB

    Azərbaycan Ağır Atletika Federasiyası İslam Oyunlarına hazırlaşan atlet Xumar Məmmədovanın 8 aylıq hamilə olması ilə bağlı mətbuatda yayılan qalmaqallı məlumatlara aydınlıq gətirib. AZXEBER.COM-un məlumatına görə, Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev azvision.az-a bildirib ki, bu məlumatlar tamamilə yalnışdır.
     
    "Biz çox çətinliklə komanda yaradırıq. Sonra da kimlərinsə böhtanına məruz qalırıq. Heç bilmirəm belə qarayaxma kimə lazımdır. Yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu federasiyamıza qarşı təxribatdır. Xanım hamilə olsa belə onu məşqçinin üzərinə yıxmaq, federasiyanın adından çıxış etmək biabırçılıqdır”. 

    Xumar Məmmədovanın yarışlarda iştirak edib-etməyəcəyinə gəlincə, K. Məstəliyev deyib:
    "Xumar xanım yarışlarda iştirak etməyəcək. Bunun səbəbi haqqında konkret məlumatım yoxdur. Bütün hallarda yazılanlar absurddur, etik qaydalara sığımır. İdmançı xanımın niyə hədəf götürülməsini bilmirəm”.

    Qeyd edək ki, KİV-də yayılan məlumatlara əsasən İslam Oyunlarına hazırlaşan atlet Xumar Məmmədova komandadan qovulub. Buna səbəb kimi onun hamilə olduğunu gizlədərək məşqlərə qatılması göstərilib. Uşağın atasının idmançının şəxsi məşqçisi olduğu iddia edilir.
    106