• Объявления

  • Последние новости


    “Formula 1” çempionu Bakıda nasaz “Jiquli”ni təmir etmək istədi

    Formula 1” çempionu Bakıda nasaz “Jiquli”ni təmir etmək istədi
     
    Məşhur ingilis “Formula 1” pilotu, 90-cı illərin ən nüfuzlu yarışçılarından olan və 1996-cı ildə Dünya çempionu adını qazanan Deymon Hill Bakıda keçirilən “Formula-1” yarışları günlərində nasaz “Jiquli” ilə qarşılaşıb və onu təmir etmək istəyib.
    Azforum.az Virtualaz.org-a istinadən xəbər verir ki, Deymon Hill “Sky Sports F1”dan olan həmkarı Ted Kravitslə birlikdə yarış günlərinin birində paytaxtın mərkəzi küçələri ilə gecə gəzintisi zamanı nasaz “Jiquli”ni təmir etməyə çalışan sürücünü görüb .
    “Bu kasıb oğlan qız tanışını şəhərdə gecə gəzintisinə çıxarmışdı, ancaq onun “Lada”sı xarab olmuşdu. Bax belə nasazlıq. Mən ona köməyimi təklif etdim, ancaq qorxuram ki, qadını qarşısında onun kişiliyini təhqir elədim. Ona görə də nə qədər ki, sürücü əlindəki qayka açarı ilə hücum etməyib, mən bu məşğuliyyəti bir kənara qoyub kütlənin arasında itməyə tələsdim”- Hill “Drivertribe”də yazır.
    Pilot həmçinin “Jiquli”nin və onu təmir etməyə çalışan sürücünün fotosunu da paylaşıb.
    17

    Mənzili əxlaqsızlıq yuvasına çevirənlərə – YENİ CƏZA

    Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə yeni cərimələr müəyyən edilib.
    Azforum.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə məsələ Cinayət Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.
    Dəyişikliyə əsasən, bu əməlləri törədən şəxslərə 2500 manatdan 3500 manatadək miqdarda cərimə müəyyən edilir.
    Qeyd edək ki, bundan əvvəl Cinayət Məcəlləsində bu əmələ görə pul cəriməsi nəzərdə tutulmurdu. Əxlaqsızlıq yuvaları təşkil edənlər, saxlayanlar və ya bu məqsədlər üçün mənzil sahələri verənlər 400 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Lakin yeni dəyişikliyə əsasən qeyd olunan cəzalarla yanaşı, pul cəriməsi də tətbiq ediləcək.
    27

    Model Leylanın ölümündə təqsirləndirilən həkimdən AÇIQLAMA: "Günahım yoxdur"

    Xəbər verdiyimiz Bakıda model qız estetik əməliyyatı zamanı ölüb. Əməliyyat həkim Siruz Qoçxani tərəfindən icra olunub. Hadisə "Zəfəran Hospital"da baş verib.
    Milli.Az xəbər verir ki, Siruz Qoçxani unikal.org-a açıqlamasında deyib ki, Leyla Oruclu pioemboliya diaqnozundan dünyasını dəyişib: "Leyla başqa xəstəxanada analizlər vermişdi. Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı. İyunun 22-də 16:00-da əməliyyata alındı. Əməliyyat saat 18:00-da yekunlaşdı və palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürüldü. Orada da lazımı tibbi yardım göstərildi. Mən də həmin anda özümü xəstəxanaya çatdırmışam. Leyla 25 iyun tarxində saat 11-də pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdi".
     
    Həkim Leylanın əməliyyata girməsinin səbəblərini açıqlayıb: "21 yaşlı Leyla model idi. Buna baxmayaraq onun qarın və bel nahiyyəsində piylənmə gedirdi. Bundan narahat idi. Ancaq o kök deyildi. Bu piylənmə modelliyinə görə ona artıqlıq edirdi. Kompleksinə görə işini müvəqqəti dayandırmışdı. İşinə başlamaq üçün əməliyyatı özünə vacib bilirdi. Mən ona dedim ki, "qızım, bu sənə lazım olan əməliyyat deyil". Ancaq mənimlə razılaşmadı. Çox xahiş etdiyi üçün əməliyyatı etməli oldum. O, əməliyyatdan qabaq təəssüflər olsun ki, yaxınları ilə məsləhətləşməyib. Mən də onun yetkinlik yaşını nəzərə alıb bu barədə sorğu-sual aparmamışam. Bu cür xəstələrin 20-30 faizi dünyasını dəyişir. Əməliyyat öncəsi Leyla ilə söhbət aparıb müvafiq sənədləri imzalatmışıq".
     
    S.Qoçxani deyib ki, ölüm hadisəsi ilə bağlı prokurorluqda izahat verib: "Bütün lazımı sənədlər prokurorluğa təqdim olunub. Hazırda öz işimin başındayam. Qeyd olunan ölüm hadisəsində mənim günahım yoxdur. Bu cərrahi əməliyyatdır və hər zaman belə hallara hazır olmalıyıq. Təəssüflər olsun ki, Azərbaycan reallığında bu cür hadisələrdə həkimlər günahlandırılır".
    19

    15 aylıq qızın qarnından görün nə çıxdı - ŞOK FOTOLAR

    Hindistanda cərrahlar unikal əməliyyatı uğurla başa vurublar.
    Day.Az Daily Mail-ə istinadən bildirir ki, 15 aylıq Nişanın qarnından 3,5 kq ağırlığında əkizi çıxarılıb.
    Nişanın anası, 28 yaşlı Sumathinin dediyinə görə, qızında aylardan bəri kəskin qarın ağrıları müşahidə olunurdu və bu ağrılar səngimirdi.
    Həkimlər uşağı müayinə edəndə onun qarnında doğulmamış əkizinin olduğunu təsbit ediblər. İndiyədək dünyada 200 belə fakt qeydə alınıb.
      Cərrahiyyə əməliyyatı zamanı Nişanın qarnından 3,5 kq ağırlığında sümük, ət və saçdan ibarət kütlə çıxarılıb.
    Balaca Nişa qarnındakı parazitar əkizi ilə göbək bağı vasitəsilə bağlandığından həmin əkiz böyüməyə davam edirdi.
    18

    Meraya Keri məşhur jurnalisti Bakıda pərt etdi - FOTO

    Bakı çox gözəl şəhər, buranın sakinləri modern, səmimi və maraqlı insanlardır.
    Amerikalı müğənni, 47 yaşlı Merayya Keri Bakıdakı konsertindən sonra belə deyib.
    Day.Az Daily Mail-ə istinadən bildirir ki, M.Keri beynəlxalq "Formula-1" avtoçempionatının Azərbaycan Qran-Prisinin əsas yarışı başa çatandan sonra Bakıda, "Formula-1" şəhərciyində konsert vermişdi.
    5 oktavalı vokal diapazona məxsus amerikalı müğənni Bakıya 6 yaşlı əkiz övladlarını - Monro və Marokkonu da gətirmişdi.
    Dünən əsas yarış başlamazdan əvvəl M.Kerri "Red Bull Racing" komandasının pilotları, avstraliyalı  Deniel Rikkiardo və hollandiyalı Maks Verstappenlə görüşüb.
        The video could not be loaded, either because the server or network failed or because the format is not supported. Bu arada Sky Sports-un reportyoru Martin Brandl müsahibə almaq üçün müğənniyə yaxınlaşsa da, M.Kerri rədd cavabı verib.
    O, "Formula-1" radiostansiyasının aparıcısını da pərt edib.
    Aparıcı müğənnidən açıqlama almaq istəsə də, niyyəti puç olub. Pərt olmuş aparıcı efirdə deyib: "Hə, nə etməli, bu, mənim həyatımı korlayan əhvalat deyil. Ümid edirəm ki, sizə də pis təsir etməz. Ondan bir-iki suala cavab almaq istəyirdim. İndiyədək Merayya ilə görüşməsəm də, onun mahnılarını sevirəm. Amma nə etməli, gəlin başqa musiqiyə qulaq asaq. Himni dinləyək".
    Daha sonra M.Keri "Mercedes AMG Petronas" komandasının pilotu Lüis Hemiltonla söhbətləşib.
    Bakıya gəlməzdən əvvəl Merayya Kerri Parisdə idi.
    21

    Təcili yardıma zəng etdi, sonra bir neçə nəfərlə xəstəxanaya gəldi və…

    Tovuz Rayon Mərkəzi Xəstəxanasında baş verən hadisənin təfərrüatları məlum olub.
    “Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisəni xəstəxananın Təcili tibbi yardım şöbəsinə mütəmadi olaraq zəng edən şəxs törədib.
    Hazırda adı məlum olmayan şəxs çağırış zənginə gec cavab verildiyinə görə bir neçə nəfərlə xəstəxanaya gəlib və orada dava salıb. Nəticədə şöbənin həkimi, 1956-cı il təvəllüdlü Əliyev Eldəniz İbrahim oğlu və tibb bacısı Əjdərova Məkanə yumruq və sillə xəsarətləri alıb.
    Bildirilir ki, bu şəxs mütəmadi olaraq müxtəlif səbəblərə görə “103” xidmətinə zəng edərək “təcili yardım” çağırır, əksər hallarda telefonlara cavab verən dispetçeri və hadisə yerinə gedən tibb işçilərini təhqir edir, hətta onlara qarşı zor tətbiq edir. Növbəti zəng zamanı dispetçer Qovlar kəndindən çağırış qəbul etdiyi üçün ikinci telefona gec cavab verib və həmin şəxs telefonda xəstəxana əməkdaşını söyüb. O, bir qədər sonra bir neçə nəfərlə əlində çomaq xəstəxanaya gələrək dispetçerlə mübahisəyə başlayıb. Bu zaman həkim E.Əliyev onları ayırmaq üçün araya girib. Lakin sözügedən şəxs həkimin üz nahiyəsinə bir neçə yumruq zərbəsi vurub. O, daha sonra tibbi bacısı M.Əjdərovaya hücum edərək ona bir neçə sillə vurub. İnsident nəticəsində həkim üz və qol nahiyələrindən xəsarət alıb.
    Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.
    46

    Bakıda 22 yaşlı model qız tanınmış klinikada estetik əməliyyatdan sonra öldü - FOTOLAR

    "Zəfəran Hospital"da əməliyyat olunan Leyla adlı 22 yaşlı qız 2 gün sonra vəfat edib.    AZXEBER.COM xəbər verir ki, modelliklə məşğul olan qız 21 iyun tarixində ailəsinə xəbər vermədən liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyata girən qız rəfiqəsinə mesaj yazıb və onu hospitala çağırıb.  İddialara görə əməliyyatı cərrah Sirus Qoçqani həyata keçirib.    Əməliyyatdan iki gün sonra - 25 iyun tarixində isə gənc qız vəfat edib. Ölümün hansı səbəbdən baş verdiyi bəlli olmasa da, müxtəlif versiyalar səslənir.            


       
    50

    46 грузинских красавиц на Гран-при Азербайджана – ФОТО

    Формула 1 – это не только большие деньги, невероятные скорости, эмоции, это еще и самые красивые девушки.
    Гран-при Азербайджана не стало исключением в этом случае.
    46 грузинских моделей, прибывших в Азербайджан, стали настоящим украшением бакинской гонки.
    Текст и ФОТО: Теймур Максутов (1news.az)




    23

    Bakıda Formula-1 bolidi yandı – FOTOO

    “Formula 1” üzrə Azərbaycan Qran Prisinin üçüncü sərbəst yürüşü zamanı qəza baş verib.
    Azforum.az xəbər verir ki, “Renault”un pilotu Colion Palmerin idarə etdiyi bolidin mühərriki yanmağa başlayıb. Daha sonra marşalların köməyi ilə alov söndürülüb.
    Qəza nəticəsində britaniyalı sürücü çıxışını dayandırıb.


    23