• Объявления

  • Последние новости


    В Азербайджане изменились цены на бензин марки АИ-92

    В пятницу решением Тарифного (ценового) совета Азербайджана розничная цена на бензин марки AИ-92 повышена на 0,20 маната, передает Day.Az со ссылкой на Trend.
    Об этом говорится в сообщении совета, опубликованном на его сайте в пятницу.
      Согласно решению совета, с 15 июля бензин марки АИ-92 будет стоить 0,90 маната.
    Официальный курс на 14 июля составляет 1,7022 AZN/USD
    28

    SAYT VƏ DOMENLƏR SATILIR

    SAYT VƏ DOMEN SATILIR 24XEBER.COM - http://24xeber.com/
    http://24xeber.com/    QİYMƏTİ 2500 USD
    http://mycareer.az/    QİYMƏTİ 3000 USD
    http://yenimulk.az/    QİYMƏTİ 2000 USD
    http://azforum.az/     QİYMƏTİ 2000 USD
    http://autobaku.az/    QİYMƏTİ 1000 USD
    http://bakuelan.com/   QİYMƏTİ 1500 USD
    ƏLAGƏ NÖMRƏ -055 228 93 99
    AYRİCA İSTƏYƏNƏ İSTƏNİLƏN DİZAYINDA SAYT YIXILIR
    Yalniz bizde yığılan saytlara Tam zemanet veririk ve texniki destek her zaman xidmetinizdedir. 
    Sayt sizin istediyiniz dizaynda yığılır ve istediyiniz her bir funksiya elave edilir 
    Qeyd: Bizde Kredit Tamamile Faizsizdir.
    055 228 93 99


    40

    TƏCİLİ: Sabah benzinin qiyməti qalxır?

    Sabahdan etibarən benzinin qiyməti qalxa bilər.
    Yenicag.az-a bu barədə etibarlı mənbədən məlumat daxil olub.
    Söhbət “Aİ-92” markalı benzindən gedir. Mənbə bildirir ki, sözügedən markalı benzinin qiyməti 0,90 AZN olacaq.
    Qeyd edək ki, hazırda “Aİ-92” markalı benzinin qiyməti 0,70 AZN təşkil edir.
    Yenicag.az
     
    36

    Oğlu həbs olunan general işdən çıxarıldı – SƏRƏNCAM

    Azərbaycan prezidenti İlham Əliyev Novruzəli Hüseyn oğlu Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
    APA  məlumatına görə, sərəncam imzalandığı gündən qüvvəyə minir.
    35

    Ferrari krossover buraxacaq

    Ferrari-nin krossoveri 2021-ci ildə satışa çıxarılacaq.
    2021-ci ildə Ferrari-nin tarixində ilk krossover təqdim olunacaq.
     
    Avtomobil kupe-krossover kimi dizayn alacaq, lakin 5 qapılı olacaq. Avtomobil Ferrari F16X adlanacaq. Yeni krossover atmosferli V12 mühərrikinə sahib olacaq. Start qiyməti 300 min avro olacaq. 



    33

    Repetitorluqla məşğul olanlara bəd xəbər

    “Fərdi repetitorluq sahibkarlıq fəaliyyəti hesab edilir və bu fəaliyyətlə məşğul olanlar fiziki şəxslər kimi sahibkarlıq fəaliyyətinə başladıqları günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdırlar”.
    AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib.
    Məlumatda qeyd edilir ki, vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.
    Həmin şəxslər vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərlər. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan İmza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır. Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.
    Vergi uçotuna alınarkən təqdim edilən ərizədə seçilən vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilərlər.
    36

    Azərbaycanda yeni “ailə avtomobili”nin satışı başladı

    “Avtolux Azərbaycan” MMC avtomobil həvəskarlarını daha yeni bir modellə – Fiat Tipo sedanı ilə tanış etdi.
     
    Bundan əlavə model daha 2 versiyada buraxılır - Fiat Tipo hetçbek və Fiat Tipo Universal . Yaxın gələcəkdə “Avtolux Azərbaycan” MMC satış nümayəndəliyində digər iki versiya ilə də tanış olmaq mümkün olacaq.
     
    Türkiyə istehsalı olan bu model Türkiyə bazarında Egea, Avropa bazarında isə Tipo adı ilə tanınır . Bu modelin satış həcmi 1988 – 1995-ci illərdə 2 milyondan artıq olub və hətta 1989-ci ildəTipo “ ilin avtomobili ” adına layiq görülmüşdür.
     
    C seqmentinə aid olan kompakt, funksional Tipo sedan 1,6 litr həcmli mühərrik və 6 pilləli sürət qutusu ilə təchiz olunub.
     
    “Avtolux Azərbaycan” MMC şirkətinin nümayəndələri yeni Tipo modelinin Azərbaycan bazarında populyar “ailə avtomobili” olacağına inandıqlarını bildiriblər.
     
    Qeyd edək ki, Fiat Tipo modeli və Avtolux Azərbaycan MMC-də satışda olan digər modellər müştərilərə sərfəli kredit şərtləri ilə təklif olunur. Şərtlər 5 ilədək kredit müddətindən , ilkin ödəniş 20% və illik 17% -dən ibarətdir.
     
    Kredit şərtləri və avtomobil haqqında daha ətraflı məlumatı 983 qısa nömrəsinə zəng etməklə və ya Ü. Hacıbəyli, 57 C ünvanında yerləşən satış nümayəndəliyinə yaxınlaşıb əldə edə bilərsiniz.
     
    Qiymət komplektasiyalardan asılıdır: “Hazırda salonumuzda qalan 1 avtomobil 33500 AZN-dır. Digərləri gələn kimi satılıb. Salonda yalnız 1 ədəd qalıb. Yaxın gələcəkdə yenə gələcək bu avtomobillər və daha ucuz olanları da olacaq”.
     
    28

    53 yaşlı aktrisa gənc qızları belə qısqandırdı- foto

    Müğənni və aktrisa Hülya Avşar İnstaqramda paylaşdığı yeni fotosu ilə gündəm olub.

    Azforum.az axşam.az-a istinadən məlumat verir ki, yaşına rəğmən illərə meydan oxuduğu nümayiş etdirən 53 yaşlı Hülyanın bu fotosu 3 saatda 30 mindən adam tərəfindən bəyənilib.

    Qeyd edək ki, Hülya yeni mövsümdə aparıcı olduğu "Bir Hülya Avşar söhbəti" proqramı ilə yanaşı "Yetemek sizsiniz"də münsif kimi görünəcək.
     
    43

    "Volvo" şirkəti şok qərara imza atdı

    Benzin mühərrikləri tarixə çevrilir.
    Azforum.az Ölkə.Az-a istinadən xəbər verir ki, Çinin "Geely Holding" şirkətinə məxsus "Volvo" bildirib ki, 2019-cu ildən şirkətin bütün yeni avtomobilləri elektrik mühərriki ilə təchiz ediləcək.
    Şirkətin bəyanatında deyilir: "Bu tarixi qərardır. Çünki biz artıq təkcə daxili yanma mühərriki olan avtomobillər istehsal etməyəcəyik".
    2019-cu ildən şirkətin bütün yeni modelləri elektrik mühərriki ilə təchiz ediləcək. Onlardan bəziləri tam elektrik mühərriki ilə təchiz ediləcək. Digərlərində isə hibrid variantı nəzərdə tutulub. Şirkətdən bildirirlər ki, sadəcə daxili yanma mühərriki olan avtomobillər zaman keçdikcə assortimentdən yoxa çıxacaq.
    "Volvo Cars" şirkətinin prezidenti Hokan Samuelson deyib: "Alıcılar daha çox elektromobil soruşurlar. Biz isə yaxın müddətdə müştəriləri məmnun etmək istəyirik".
    58