• Объявления

  • Последние новости


    Bayrama az qalıb — 5 gün iş olmayacaq

    Azforum.az xəbər verir ki, tətil günləri artıq gələn həftədən başlayır. Belə ki, bu il Ramazan bayramı və Silahlı Qüvvələri Günü üst-üstə düşdüyünə görə, qeyri-iş günlərinin sayı artacaq. 
    Nazirlər Kabinetinin təqviminə əsasən, iki bayram eyni günə təsadüf etdiyindən, iyunun 28-i, yəni çərşənbə günü də istirahət günüdür.
    Beləliklə, hər iki bayram münasibəti ilə şənbə və bazar günləri də daxil olmaqla 5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü olacaq. 
    70

    Bikinidə gəzən aparıcının alnını yardılar - FOTOLAR

    Tanınmış aparıcı Canan Tuğanerin alnı yarılıb.
     
    Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcı bikinidə sahildə gəzərkən naməlum şəxs tərəfindən videoya çəkildiyini görüb. Həmin şəxsə yaxınlaşan Canan onun iranlı olduğunu öyrənib və görüntüsünü silməsini tələb edib. Tərəflər arasında mübahisə əlbəyaxa davaya çevrilib.
     
    İranəsilli B.J. Canan Tuğanerin alnını yarıb. 36 yaşlı teleaparıcı polisə şikayət etdikdən sonra həmin şəxs saxlanılıb və onun telefonundan, həqiqətən də, Cananın görüntüləri tapılıb. 

    İranlı B.J. haqqında cinayət işi qaldırılıb. 
     

    34

    Prezidentlər nə qədər maaş alır? – SİYAHI

    Görəsən dövlət və hökumət başçıları nə qədər maaş alır? Bu sual, yəqin ki, çoxları üçün maraqlıdır. 
    Oxu.Az dünyanın bir sıra ölkələrində prezidentlərin və baş nazirlərin aylıq əməkhaqlarını təqdim edir:
    Sinqapurun baş naziri Li Syan Lun — 146600
    İsveçrə prezidenti Doris Loythard — 36415 dollar
    Avstraliyanın baş naziri Malkolm Ternbull — 33000 dollar
    Avstriya prezidenti Aleksandr Van der Bellen — 26165 dollar
    Lüksemburqun baş naziri Ksavye Bettel — 21250 dollar
    Kanadanın baş naziri Castin Tryudo — 21080 dollar
    Almaniya kansleri Angela Merkel — 20330 dollar
    Belçikanın baş naziri Şarli Mişel     — 19915 dollar 
    İsveçin baş naziri Stefan Leven — 19580 dollar
    Qvatemala prezidenti Cimmi Morales — 19330 dollar
    Rusiya prezidenti Vladimir Putin — 12750 dollar
    ABŞ prezidenti Donald Tramp — 1 dollar (əməkhaqqından imtina edib)
    28

    Ölümlə hədələndiyini deyən aktrisanın alim “sevgilisi” danışdı

    Xəbər verdiyimiz kimi, aktrisa-model Əfsanə Qasımova keçmiş sevgilisi, memar Cahid Həsənovun onu ölümlə hədələdiyi barədə açıqlama verib.
    Oxu.Az-ın məlumatına görə, Avropa Elmlər Akademiyasının və Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, BMT tərəfindən mədəniyyətə xidmət medalı ilə təltif olunmuş Cahid Həsənov “Ölkə.az” saytının redaksiyasına zəng edərək haqqında səsləndirilən fikirlərə münasibət bildirib. 
    O, öz növbəsində aktrisa-model Ə.Qasımovanın ünvanına ittihamlar səsləndirib:
    “Dünən haqqımda şikayət edən qadın onun sevgilisi olduğumu və ondan əl çəkməyərək hədələdiyimi iddia edib. İlk öncə qeyd edim ki, təqribən bir il öncə Lider TV-də “Həyat tərzi” verilişində yayımda olarkən bu şəxs də bir qadın salonunun siması kimi iştirak edirdi. O, daha sonra mənə zəng vuraraq  50-100 manatlıq sima olmaqdan bezdiyini bildirdi və məndən mütəxəssis kimi kömək istədi. Həmçinin başqa modellər kimi pis yola düşmək istəmədiyini dedikdən sonra, mən ona brendini elə formalaşdıracağımı və heç kimə minnətsiz, halal pul sahibi olacağını vurğuladım. 
    Bu sahənin peşəkarı kimi, mən bu müddət ərzində əlimdən gələn dəstəyi ona vermişəm. Adam verdiyini, etdiyini dilə gətirməz, ancaq seriallara çəkilişdən verilişlərə çıxmağa qədər ona şərait yaratmışam. Hətta daha sonra ona təklif etdim ki, maddi dəstəyi mən göstərməklə bir qadın salonu açsın. Reklam və marketinq işi də mənim tərəfimdən olmaqla, halallıqla pulumuzu qazanaq. Razılıq oldu. 
    Bir neçə aydır ki, mənim investisiyamla açdığımız salon fəaliyyət göstərir. Danışığımız belə olmuşdu ki, gəlirin 60%-i onun, 40%-i mənim olacaqdı. Bu razılıq əsasında bir neçə ərazidə iri ölçülü reklam lövhələri yerləşdirdim. Ancaq açılışa yaxın gördüm ki, bu xanım faiz məsələsində söhbətdən yayınır və üstəlik əlavə işlərə görə də vəsait istəyir. Ona əlavə vəsait verə bilməyəcəyimi dedikdə, özünü büruzə verməyə başladı. Nə qədər izah etməyə çalışdım ki, bu iş mən dediyim strategiya ilə davam etməlidir, xeyri olmadı. Hətta mən onu məhkəməyə verəcəyimi dedim və o, “qara məni basınca, qoy qaranı mən basım” taktikasına keçərək böhtan atmağa başladı. Mənə zəng vuraraq əlavə pul verməsəm şantaj edəcəyini bildirdi. Ona artıq heç bir ödəniş etməyəcəyimi və biznes şərikliyimizin bitdiyini bildirdim. Məni biabır etməklə və ailəmi dağıtmaqla hədələdi. Mən də əlindən gələni etməyini dedim”.
    C.Həsənov aralarındakı davanın pula görə yarandığını qeyd edib:
    “Bəli, bu dava olub və biznes davası idi. Məni təəccübləndirən isə çörək verdiyim, dəstək verdiyim şəxsin iftirasına məruz qalmağımdır. Guya, mən demişəm ki, gedib onu güllələyərəm. Mənim güllələrim mənim yaratdığım memarlıq əsərləridir. Onun kimi böhtançı adamlar isə uzun illərdir ki, pul çəkmək üçün bu kimi variantlardan istifadə ediblər. Yazıq belələrinə ki, pula görə hər cür iyrəncliyə əl atırlar”.
    34

    Yol polisinin tanınmış ziyalının qızı ilə rüşvət qalmaqalı: Məsələ ictimailəşdi

    Keçmiş deputat Xeyrəddin Qoca yol polisinin qızından rüşvət almasını ictimailəşdirib.
    Oxu.Az-ın məlumatına görə, tanınmış ziyalı yol polisinin qanunsuz hərəkəti ilə bağlı sosial şəbəkədə status paylaşıb:
    “Qızım maşını ilə yol qaydasını pozduğu üçün Yasamal rayonunda polis əməkdaşları onu saxlayıb. Maşının texniki pasportunu və sürücülük vəsiqəsini alıblar ki, maşına həbs qoyulub, düş aşağı, maşını cərimə meydançasına aparmalıyıq. Qızım müfəttişlərə bildirib ki, elə indi işdən icazə almışam (iş yerində təsdiq edə bilərlər), cəriməni ödəməyə gedirəm, çünki bir neçə dəfə poçta getmişəm, hələ kompüterə salmadıqlarını bildiriblər.
     
    Müfəttişlər deyiblər ki, get, Yasamal Polis İdarəsində ödə! Sənədlərini də oradan götürərsən!. Qızım məcbur olub, ora gedib, qapısında “E.Seyidov” yazılmış polis kapitanı qızıma deyib: “Get, cəriməni ödə, 100 manat da mənə ver, məhkəmədə işini həll edim”.
     
    Beləliklə, E.Seyidov qızımdan 100 manat rüşvət alıb. Əlbəttə, mən Polis İdarəsinin rəhbərliyini telefonla axtardım, cavab verən olmadı. Sonra daxili işlər nazirinin əlaqədar müavininə zəng vurdum, məşğul olduğu üçün danışa bilmədim. İndi bu Emil Seyidovdan soruşuram: Sən 100 manata məhkəmədə nə iş görəcəksən? Və sən polis orqanında işləyə-işləyə bilmirsən ki, bir ucdan hamıdan rüşvət almaq olmaz? Bu yazını əllərim əsə-əsə, yüksək təzyiqim ola-ola yazdım! Bu quldurluq nə vaxt bitəcək?”
     
    X.Qoca bir qədər əvvəl yazdığı statusda yol polisi zabitinin 100 manatı geri qaytardığını qeyd edib: “Məlumunuz olsun ki, qızımdan 100 manat rüşvət alan Yasamal DYP kapitanı Emil Seyidov 100 manatı bu gün geri qaytardı. O, qızımın axırıncı pulunu aldığından, qız ağlaya-ağlaya çörək pulu üçün mənim yanıma gəlmişdi...”
     
    Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında, məsələdən jurnalistlərin zəngilə xəbər tutduğunu bildirdi: “Hazırda bu məsələni araşdırırıq. Araşdırmamız başa çatdıqdan sonra ictimaiyyətə açıqlama verəcəyik”.


    http://oxu.az/auto-moto
    75

    64 yaşlı ulduz sərində yatdı

    Məşhur aktyor Pirs Brosnan və xanımı Kili Şay Smit İtaliyanın Sardiniya adasında istirahət edirlər.
    Milli.Az TMZ-yə istinadən bildirir ki, 64 yaşlı irlandiyalı aktyor və 53 yaşlı amerikalı jurnalist, yazar Kili Şay Smit 16 il əvvlə ailə qurublar.
    "Ceyms Bond" rolu ilə tanına aktyor qara rəngli, üzərində "Juice Junkie Kauai Juice Co" yazılmış beysbolkası ilə diqqəti cəlb edib.




    86

    Keçmiş sevgilisi azərbaycanlı aktrisanı ölümlə hədələyir – FOTO

    Aktrisa-model Əfsanə Qasımova təhdid edilir.
    Oxu.Az-ın məlumatına görə, bu barədə Qasımova ölkə.az-a danışıb.
    Onun sözlərinə görə, keçmiş sevgilisi, memar Cahid Həsənov onu ölümlə hədələyir: “Mənə deyir ki, səni güllələyərəm. Gah deyir ki, məhəllənizə basqın edəcəyəm. Heç cür məndən əl çəkmir. Bir müddət öncə sevgili olmuşuq və sonra ayrılmışıq. Amma indi mənim yaxamı buraxmır. Danışanda deyir ki, aliməm, akademikəm. Qoy millət bunun əsl üzünü görsün”.
    Qeyd edək ki, Cahid Həsənov Avropa Elmlər Akademiyasının və Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, BMT tərəfindən mədəniyyətə xidmət medalı ilə təltif olunub.
    Ə.Qasımova isə bir sıra seriallarda və kliplərdə rol alıb.

    82

    “Təhminə”nin qızı ailə həyatı qurdu – FOTO

    “Təhminə”nin qızı ailə həyatı qurdu – FOTO
     
    Azərbaycan istehsalı olan “Təhminə” filmindəki obrazı ilə ölkəmizdə populyarlıq qazanan türkiyəli aktrisa Meral Konratın qızı Selen Sarı ailə həyatı qurub.
    Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, o, 2008-ci ildə “Benim annem dans edemez” adlı yarışma proqramında tanış olduğu Bertan Arınla evlənib.
    Ötən gün Sarıyerdə təşkil edilən toy mərasiminə M.Konratın sənət dostları da qatılıb. 
     
         
    49

    Prior Design McLaren 570S-i yeniləyib

    Prior Design şirkətinin tünerləri McLaren 570S üçün öz yeni PD1 tüninq komplektini təqdim ediblər.
    Paketdə yeni ön bamper və splitter, yenilənmiş yan ətəklər, böyük diffuzor və arxa qanadlar mövcuddur. Bu yeniliklər avtomobilin görünüşünü daha da aqressiv edib. Bundan əlavə, yeniliklərin sırasında yeni lehimli disklər və aşağı profilli şinlər də var.




    70