• Последние новости


    Bir qadının sizdən xoşu gəlirsə, bunları mütləq edəcək – Kişilərin bilmədiyi FAKTLAR – FOTOLAR

    Qadınların kişilərə olan münasibətini çözmək çox da rahat deyil. Bəzi kişilər düşünür ki, qadınlar xoşlandığı kişilərə naz edir, onların istəklərinə etiraz etməklə əslində razılıqlarını ifadə edir.

    Təsadüfi deyil ki, avstriyalı alim, psixoanaliz elminin banisi Ziqmun Freyd deyirdi: "Ömrümün 35 ilini qadınların psixikasını araşdırmağa sərf etdim. Hələ də bu sualın cavabını tapmamışam: Qadınlar nə istəyir?”
    A24.Az alimlərin qənaətlərinə və sosioloqların araşdırmalarına istinad edərək qadınların kişilərdən xoşlanarkən etdiyi 10 hərəkəti təqdim edir:
    1. Qadınları xoşlandığı kişilərə min bir bəhanə ilə toxunmaq istəyirlər.
    Məsələn, guya kişinin paltarında ləkə var, onu təmizləyir. Və ya kişinin saçı düz durmayıb, onu formaya salır. Guya dodağınızda yemək qalıb, onu götürür. Əgər sizdən xoşlanırsa, istənilən düşük zarafatınızdan sonra da sizi dürtmələyəcək. Axı toxunmalıdır… Ən son addım isə müvazinətini itirdiyini bəhanə gətirərək kişinin harasındansa yapışmaqdır. Yetər ki, əli kişinin bədəninə toxunsun…
    2. Bir qadın sizdən xoşlanırsa, sizə yaxın oturmaq üçün bəhanələr axtaracaq…
    Kollektiv şəkildə çıxdığınız səyahətdə, istirahət zamanı, lap elə iş şəraitində sizin yaxınlığınızda oturmaq istəyən bir xanım varsa, onunla bağlı düşünə bilərsiz.
    3. Yaxın oturmaq…
    Əgər mehriban görüşmək ortamı yaranıbsa, bir qadının sizi nə qədər istədiyini yoxlamaq daha rahatdır. Digər dostlarla əlini şappıldadaraq, kürəyinə yüngülcə vurmaqla yetinib sizi sinəsinə sıxır, isticanlı sarılırsa, demək ürəyində nəsə var.
    4. Sizin söhbətlərinizə gülürsə…
    Əgər bir qadın sizin əksər söhbətlərinizə gülürsə, hətta qəhqəhə çəkirsə, elə bilməyin ki, komik adamsız. Sadəcə həmin qadının gözündə yüksəkdəsiz.
    5. Əgər bir qadın sizə çox vaxt ayırırsa, sizin əksər görüş təkliflərinizi müsbət cavablamağa çalışırsa…
    Başa düşün artıq.
    6. Bir qadın sizdən sevgilinizin olub olmamasını soruşur?
    Qadın sizdən sevgilinizin olub-olmamasını soruşursa, demək sizin haqqınızda ciddi fikirlər qurmağa başlayıb. Təbii ki, bunu birbaşa soruşan deyil. Əgər birbaşa soruşursa, bu başqa, amma dolayısı yolla sevgiliniz barədə öyrənməyə çalışırsa, ürəyinə girmisiz. Örnəyininiz: "Qız tanışlarınız belə paltarlar geyinirmi?”
    7. Danışdığınız bütün ifadələrə son dərəcə vacib məsələlər kimi reaksiya verirsə…
    Ağzınızı açıb sözə başlayan kimi sizə son dərəcə maraqlı mövzudan söz açan adama baxan kimi baxırsa, çox düşünməyə dəyməz, qəlbini fəth etmisiz. Fərqi yoxdur, istər qütb yapalağından, istər Real Madriddən, istər Eynşteyndən danışırsız – o sadəcə sizi dinləyir… Yox əgər sizə bir dost kimi baxırsa, sizin söhbətinizi … deyib işinə davam edəcək.
    8. Mesajlarınıza uzun-uzadı cavablar yazdığı zaman…
    Yazdığınız bütün mesajlara cavab olaraq "poema” yazırsa, o qadına vaxt ayırmağa dəyər. Düşünün, bu qədər rəngarəng dünyanı qoyub balaca bir ekrana min dəfə toxunmağın başqa adı varmı?
    Əks halda "Neynəyirsən?” sualınıza "Heç” cavabı yaza bilərdi, ya da cavabı "twk” olardı. (Siz də heç vaxt "Neynəyisən?” qədər qısa mesajlar yazmayın)
    9. Əsas məsələ; gözlərinizə baxır…
    Bir qadın gözlərinizin içinə baxırsa, baxırsa, baxırsa… Artıq sizə vurulub. Hətta ürəyindən öpülmək də keçir. Yox əgər siz danışanda nəsə yeyirsə, alnına ovuşdurusa, telefonla oynayırsa, siz cütlük yox "qardaşsız”.  
    215

    Erməni əsgərinə yazılan məktub yayıldı: - "Bacardığın qədər tez..."

    106.3 FM-nin efirində yayımlanan "Bumeranq" səhər şousunun "Əvvala salam" rubrikasında bu dəfə şəhidimz Fərid Əhmoduvun erməni əsgərinə yazdığı məktub oxunub. Məktubun müəllifi isə Elçin Alıoğludur.
    “Savaşa başlamaq üçün bəzən bir həyat yetər. Savaşı dayandırmaq üçün də bəzən on minlərlə həyat bəs etmir. Bunu anlayırsanmı, erməni əsgər? Ermənistanda dilimizi bilənlər həddən ziyadədir. Onların arasında yüzlərlə erməni əsgər də indi Dağlıq Qarabağdadır. Onlardan biri də sənsən. Adını bilmədiyim, yəqin ki, heç vaxt da bilmədiyim, erməni əsgər! Ermənistan Müdafiə Nazirliyinin Azərbaycana erməni işgalında olan ərazilərə yollandığı minlərlə biçarədən biri...
    Sən çarəsizsən, çünki əmir qulusan. Amma bilirsən ki, indi ayaqladığın, yeridiyin torpaq sənin dövlətinin, millətinin deyil. Bəşər övladının uzun tarixində heç vaxt işğal doğmalaşmayla bitməyib. İndi özünü dırnaqarası qalib sayırsan. Özün də bilirsən ki, günlərin birində qaçacaqsan. Mümkün qədər sürətlə, bacardığın qədər tez”
    Məktubu səsləndirən isə aparıcı Raqif Raufoğludur.
    193

    Azərbaycanda gəlin evdə çılpaq gəzən qayınatasını rüsvay etdi – VİDEO

    Lider” TV-də yayımlanan “Çıxış yolu” verilişinə evdə çılpaq gəzən qayınatadan şikayət edən gəlin müraciət edib.
    Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, Şirvan şəhərindən “Çıxış Yolu”na gələn Esmira qayınatasının qeyri-etik hərəkətlərindən bezdiyini canlı efirdə açıqlayıb.
    Qayınata gəlinin evdən bezib getməsi üçün özünəməxsus metod fikirləşib. Belə ki, o, evdə çılpaq gəzir. Onu da qeyd edək ki, evdə 8 yaşlı nəvə də var!
    “Qayınatam evdə çox pis bir formada gəzir və pis söyüşlər söyür. Uşaq gəlib məndən babasının söydüyü söyüşlərin mənasını soruşur və mən uşağa nə deyəcəyimi bilmirəm. 70 yaşlı kişi ona heç yaraşmayan hərəkətlər edir”.
         
    257

    Məşhur gözəllər çimərlik geyimində - FOTO

    İnstaqramda son günlər məşhur modellərin eyni məkandan paylaşdıqları fotolar diqqət çəkir.
    Azforum.az Milli.Az -a istinadən bildirir ki, Baham adalarında çəkilən fotolarda gözəllər məşhur çimərlik geyimi markasının reklamına çəkilirmişlər.
      Onlar arasında Nataşa Poli, Elza Hosk, Cordan Dann, Jozefin Skriver, Karolin Merfi və digərləri var.





    229

    “ATV Səhər”in yayımı dayandırıldı - SƏBƏB

    ATV kanalında yayımlanan “ATV Səhər” informasiya proqramı bu mövsümlük fəaliyyətini dayandırır.
    Bu barədə “ATV Səhər” verilişinin müəllifi və aparıcısı Turan İbrahimov məlumat verib.
    Turan İbrahimov qeyd edib ki, mövsümün bitməsinə onsuz da bir ay qalmışdı, rəhbərlik qərar verdi ki, elə may ayından etibarən yayımı dayandıraq.
    "Ümumiyyətlə ATV kanalındakı fəaliyyətinizi davam etdirəcəksinizmi?" sualına isə aparıcı belə cavab verib:
    "Bəli, ATV-də fəaliyyətimi davam etdirirəm. Yalnız “ATV Səhər” yayımını dayandırır. “ATV Səhər”in yaradıcı heyəti də iş başındadır və kanalda öz fəaliyyətlərini davam etdirəcəklər."
    Turan İbrahimov həmçinin əlavə edib:
    "Bilirəm ki, bu qərar müxtəlif söz-söhbətlərə, şayiələrə səbəb olacaq. Təbii ki, insanların fantaziyalarına sədd qoya bilmərəm. Hər kəs istədiyini düşünməkdə azaddır. Amma təklif edirəm ki, yalnız bu açıqlamamı nəzərə alsınlar və özlərini yormasınlar..." 
    139

    66 yaşlı kişini döyərək öldürdülər

    əncə şəhərində ölüm faktı qeydə alınıb.   APA xəbər verir ki, şəhər sakini, 1951-ci il təvəllüdlü Qurbanov Sədrəddin Zeynalabdin oğlu yaşadığı evdə ölüb. Məlumata görə, S.Qurbanovla hələlik adları məlum olmayan şəxslər arasında dava olub və həmin şəxslər onu döyərək müxtəlif xəsarətlər yetiriblər.   Evinə gələn S.Qurbanov özünü pis hiss edib. Evə təcili tibbi yardım çağırılsa da, onun öldüyü məlum olub.   Onun başında və bədəninin müxtəlif hissələrində xəsarət izləri aşkarlanıb.   Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
    8

    Evdən oğurluq edib Bakıya gələn qıza təcavüz olundu – TƏFƏRRÜAT

    Dələduzluq və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Şahin Quliyev 23 noyabr 2015-ci il tarixdə 2000-ci il təvəllüdlü Vəfa Əliyevaya (ad və soyad şərti verilib – H. Z.) ailə quracağı barədə yalan vədlər verərək, etibarını qazanıb.
    Bu etibardan istifadə edən Şahin Quliyev Vəfaya özünə və ailəsinə məxsus qızıl-zinət əşyalarını götürüb, Bakı şəhərində birgə kirayişin yaşamağı təklif edib.
    Vəfa Şahinin vədlərinə inanıb. O, yaşadığı Quba şəhəri, Ə.Nərimanov küçəsindəki evdən nənəsi Tükəzbanın (ad və soyad şərti verilib –red.) bağışladığı ümumilikdə dəyəri 6000 manat olan “Kardinal” markalı qızıl boyunbağını və qolbağını, 1 ədəd “Tross” formalı boyunbağını, 1 ədəd kəpənək formalı nişan üzüyünü, 1 ədəd nazik boyunbağını, 1 ədəd yaşıl qaşları olan qızıl üzüyünü, 1 cüt qızıl sırğanı və 2 ədəd gümüşdən olan komplektləri götürüb.
    Qızılları götürən Vəfa Şahinlə birgə Bakı şəhərinə gəlib. Ş.Quliyev metronun “Neftçilər” stansiyasının qarşısında V. Əliyevanın özü ilə gətirdiyi zinət əşyaları ələ keçirib və elə Nizami rayonu, Q.Qarayev prospekti 15/29 ünvanında yerləşən qızıl qəbulu mağazasında Firudin İbrahimova 1646 manata satıb.
    Daha sonra Ş.Quliyev V.Əliyeva ilə Xətai rayonu, Babək prospekti şərq qurtaracağı 106 “D” ünvanında yerləşən “Günəş” hotelinə gəliblər. Şahin Quliyev hoteldə Vəfa Əliyeva ilə cinsi əlaqədə olub. Ona qarşı seksual xarakterli hərəkətlər edib. Sonra isə qızı hoteldə qoyub və oranı tərk edib. Yetkinlik yaşına çatmayan qız valideynlərinə məlumat verib və Bakı şəhərinə evlənmək məqsədi ilə gəldiyini, burada hoteldə təcavüzə məruz qaldığını deyib.
    Qızın valideynləri hüquq-mühafizə orqanlarına məlumat veriblər. Keçirilən əməliyyat nəticəsində cinayəti törədən Şahin Quliyev həbs edilib.
    O, Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib.
    Xətai rayon Məhkəməsinin hökmü ilə Şahin Quliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şahin Quliyev apelyasiya şikayəti verib.
    Şahin Quliyev şikayətində bildirib ki, Vəfa Əliyeva ilə məcbur cinsi əlaqədə olmayıb. Ona qarşı dələduzluq da etmədiyini deyən Şahin Quliyev barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
    Həmçinin hökmdən narazı qalan zərərçəkmişin qanuni nümayəndəsi də apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
    Tərəflərin şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
    Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, tərəflərin apelyasiya şikayətləri təmin edilməyib və Xətai rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
    9

    Bu qız dodaqları ilə insanları təəccübləndirir - FOTOLAR

    25 yaşlı Jasminə  bəd xassəli beyin şişi diaqnozu qoyulduqdan sona o, xəstəxanada darıxmamaq üçün özünə yeni hobbi tapıb.    Qz həyatdan küsüb,  ah-vah etmək əvəzinə dərdini unutmaq üçün rəsmlər çəkməyə başlayıb.    Onun rəsmlərinin  fərqli cəhəti isə dodaqlarında yaradılmasındadır. Jasmin hər yeni əl işini sosial şəbəkələrdə paylaşmağa başladıqdan sonra izləyicilərin sevgisini qazanıb və bu ona yüksək əhval- ruhiyyə bəxş edir.                      
    184

    Bakıda prezidenti qəzəbləndirən şirkət rəhbəri həbs edildi

    Bakının Yasamal rayonunda yaşıllıqların məhv edilməsinə görə prezidentin qəzəbinə gəlmiş tikinti şirkətinin sədri həbs edilib.    criminal.az xəbər verir ki, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində “Böyük Plaza” yaşayış və ticarət mərkəzini tikən "A-3 Sənaye Tikinti Korporasiyası" MMC-nin sədri Azər İsmayılovun barəsində Xətai rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.   Mətbuatda həmin tikintinin mailiyyə naziri Samir Şərifova məxsus olması yazılsa da, criminal.az saytına daxil olan məlumata görə, əsl rəhbərin başqa biri olduğu üzə çıxıb. Həmin tikintinin sahibi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” kimi tanınan Akif Mustafayev 'sağ əli' Aydəm İsmayılovdur. Həbs edilən sədr isə Azər İsmayılov isə Aydəmin qardaşıdır. Aydəm İsmayılovun həyat yoldaşı Dilşad İsmayılova isə həmin MTK-nın direktorudur.   Xatırladaq ki, ki, Aydəm İsmayılovun adı bundan əvvəl də tikinti şirkətləri ilə münaqişədə hallanıb. Aydəm İsmayılov başqa bir tikinti şirkətin əmlakını ələ keçirmək üçün üçün ZAZ MTK təsis etmişdi. Həmin MTK-nın təsisçiləri Aydəmin dostu AKULA Akif ləqəbli Akif Mustafayev, Aydəmin qardaşı İsmayılov Azər və mühasibi Həsən Bayramovdur.    Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl həmin ərazidə aparılan tikinti ilə əlaqədar olaraq xeyli ağac kəsilərək məhv edilməsi ilə bağlı xəbərlər ölkə gündəmini zəbt etmişdi. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərmiş, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.   Yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb. 

    127