• Объявления

  • Elektron ticarət edərkən çaşqınlıq yaşamamaq üçün - MÜTLƏQ BAXIN!


    Admin

    Elektron ticarətə verginin tətbiqi ilə bağlı qaydalar artıq demək olar ki, dəqiqləşmək üzrədir. Artıq elektron ticarətin hansı istiqamətlərinə əlavə dəyər vergisinin tətbiqi bəllidir. Elektron ticarət edərkən çaşqınlıq yaşamamaq üçün mütləq oxuyun.

    Vergilər Məcəlləsinə son dəyişikliklərə əsasən elektron ticarətə əlavə dəyər vergisi tətbiq olunacaq. Ancaq vergi tutulacaq iş və xidmətlərin siyahısı tam hazırlanmadığından bu yenilik hələlik tətbiq olunmur.

    Bəs bu verginin necə və hansı sahələrə tətbiq olunması gözlənilir? Nazirlikdən verilən məlumata görə vergi hansısa məhsulu alarkən yox, əsasən xaricdən elektron yolla cəlb olunacaq xidmətlərə və işə görə tətbiq olunacaq. Məsələn elektron yolla xaricdəki onlayn kurslara ödəniş zamanı əlavə dəyər vergisi tutulacaq.

    Ekspertlər isə bildirir ki, Vergilər Nazirliyi əlavə dəyər vergisinin tətbiq olunacağı siyahısını müəyyənləşdirərkən daha çox Azərbaycanda alternativi olan xidmət və işləri bu siyahıya salmalıdır. Bu, daxili bazarda həmin sektorun inkişafına da dəstək olar.

    Alternativi olmayan onlayn xidmət və işlərə əlavə dəyər vergisinin tətbiqi isə mənfi nəticələrə səbəb ola bilər. Xüsusilə də İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində.

    Rəşad Həsənov deyir ki, bəzi elektron xidmətlərə əlavə dəyər vergisinin tətbiqi zamanın tələbidir. Bunlar əsasən lüks xidmət sferası ilə bağlıdır. Ekspert əhəmiyyət dərəcəsindən asılı olaraq elektron ticarətdə diferensiallaşdırılmış əlavə dəyər vergisinin tətbiqini də mümkün sayır.

    Vergilər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə əlavə dəyər vergisi tətbiq olunacaq elektron xidmətlərin siyahısına aviabiletlər və otel xidmətləri daxil deyil. Konkret hansı xidmət və hansı işlərə əlavə dəyər vergisinin tətbiq edilməsi ilə bağlı isə nazirlik hazırda hazırlıq işləri aparır. Qısa zamanda bu siyahı ictimaiyyətə təqdim ediləcək.

    Qaynarinfo.Az

    0




    Отзывы пользователей


    Нет комментариев для отображения



    Создайте аккаунт или войдите для комментирования

    Вы должны быть пользователем, чтобы оставить комментарий

    Создать аккаунт

    Зарегистрируйтесь для получения аккаунта. Это просто!


    Зарегистрировать аккаунт

    Войти

    Уже зарегистрированы? Войдите здесь.


    Войти сейчас