• Mən işdən imtina edərəm, amma açıq geyimlərimdən əsla!


    Admin

    Əgər istədiyim hər gün səhər yuxudan duran kimi  mənə zəng etmirsə, hədiyyələr yollamırsa, 3-4 gündən bir gül hədiyyə etmirsə mən onun istəyindən şübhələnərəm. İlk aylar o mənə istəyini göstərib, inamımı qazanmalıdır. Demirəm ki, gəl pəncərəmin altında səhərə kimi senrenada oxu. Əgər mən yox deyirəmsə, o getməməlidir, bəlkə mən onu sınayıram? 

    - Səni nə vaxt görürəm, gözlərin gülür.


    - Hə, həmişə mənə deyirlər Mələk, gözlərin gülür. Əvvəllər anlamırdım o nə deməkdi, ancaq indi başa düşürəm. Aynada baxanda görürəm gözlərim işıldayır, gülür. Pis olan anlarım da olub. Hətta təzəlikcə depressiyadan çıxmışam. Mən pis olmuram-olmuram, olanda da uzun müddət çəkir.


    - Nəyə görə depressiyada idin?


    - Verilişdən aralandım, Tv-dən uzaqlaşdım. Yeni idim deyə, sonradan çox şeyin fərqinə vardım. 70 faizi işlə bağlı idi.


    - Bəs 30 faiz? 30 faiz də şəxsi həyatla bağlı idi?


    - Şəxsi həyatım elə də yoxdur, gəlirlər-gedirlər.


    - Niyə şou əhli həmişə belə deyir? Niyə şəxsi həyatını gizlədirsən? Belə gözəl xanımın sevgilisi guya yoxdur?


    - Ad çəksən, gərək nöqtə qoyasan, başqalarının da o zaman şansı azalır. Birdən bir aydan sonra ayrıldım, çıxım deyim ki, sevgilimdən ayrıldım?! O, düz deyil axı.


    - O zaman de ki, sınayıram, nə bilim şans vermişəm, demə ki, yoxdur da.


    - Yox, sınamaq demək də düz çıxmır. Hə, mən hər kəsə şans verirəm, hər kəs özünü mənə sevdirə bilər. Əldə oluna bilməyəcək nə qız, nə də oğlan var. Sadəcə bunu ürəkdən istəmək lazımdır.


    - Tutaq ki, bir oğlanın səndən xoşu gəlir. O nə etməlidir ki, özünü sənə sevdirə bilsin?


    - Yalnız diqqət.. Əgər istədiyim hər gün səhər yuxudan duran kimi mənə zəng etmirsə, hədiyyələr yollamırsa, 3-4 gündən bir gül hədiyyə etmirsə mən onun istəyindən şübhələnərəm. İlk aylar o mənə istəyini göstərib, inamımı qazanmalıdır. Demirəm ki, gəl pəncərəmin altında səhərə kimi senrenada oxu. Əgər mən yox deyirəmsə, o getməməlidir bəlkə mən onu sınayıram? Bir sözlə o məni hiss etməlidi.

    - Bəs qısqanclıqla aran necədir?


    - Əla. Ölürəm kişi məni qısqansın da...


    - Ay Mələk, qısqananda da bezəcəksən.


    - Onsuz da insan hər şeydən bezir.


    - Birdən qısqanıb, sənə desə ki, daha mini geyinmə.


    - Yox, mən yenə geyinəcəm. Qoy o qısqansın, amma mən yenə də öz bildiyimi edəcəm. (gülür-red)


    - O zaman da çıxıb gedəcək, ayrılacaqsınız.


    - Yox, ayrılmaz. Mən onun könlünü almağı bacararam.


    - Yaxşı Mələk, keçək başqa suala... Nə kefini poza bilər?


    - Ac qalanda. Mən ac qalanda, səsim evi basır, kefim də pozulur.


    - Yemək bişirməyi bacarırsan?


    - Yox. Anam bişirir. Evdarlığı bacarmıram. Yerimi yığmaram, çay içdiyim fincanı yumaram, hətta çantama baxan kəs həmin dəqiqə bilər ki, mən necə səliqəsizəm.


    - Bilirsən də, bu çox mənfi cəhətdi.


    - Xeyr, əksinə çox müsbət cəhətdi. Çünki mən belə rahatam. Psixologiyada da var ki, sən həddindən çox təmizliyə riayət edirsənsə, demək başında problem var. (gülür-red)

    - Bir az da kitablardan danışaq. Son oxuduğun kitab hansı olub?


    - 5 kitabı eyni vaxtda oxuyuram. Herman Hessedən oxumuşam "Yalquzaq". Daha çox psixoloji kitablara üstünlük verirəm. Mən harasa gedəndə özümlə kitab aparıram. Kitab insanı sakitləşdirir. İki səhifə oxuyanda, artıq sakitləşirsən. Son iki ildə psixolojı kitabları oxuyuram.


    - Ancaq mənə qəribə gəldi 5 kitabı eyni zamanda oxumaq.


    - Beşi də sırf psixologiyaya aid olduğu üçün mənfi təsiri olmur.


    - İnternetdən oxumaq səninçün kitabı əvəz edir?


    - Yox, kitabı əlimə almasam, rahat ola bilmərəm.


    - Bəs gənclərin kitaba meylini necə qiymətləndirirsən?


    - Əvvəllər heç televizor da yox idi. Ancaq indi televizor, telefon, internet, kinolar və s kimi alternativ variantlar var ki, insan asudə vaxtını keçirə bilir. Amma o vaxtlar şam işığında belə insanlar yığışıb kitab oxuyurdular.


    - Hansı kitabı oxuyub, təsirindən çox gec çıxmısan?


    - Uşaqlıqdan kitab oxumağa çox ağır kitabla başladım. Viktor Hüqonun “Səfillər” kitabı ilə... O kitab mənə çox pis təsir etmişdi. Onu mən o yaşda oxumamalıydım. 14 yaşında qəbul edə bilmirdim. “Palçıqlı aşırım” əsərini rus dilində oxumuşdum. O kitab da mənə pis təsir etmişdi. Vişnovskinin də əsərlərini sevirəm. Amma son zamanlar pozitiv kitablar oxuyuram.

    - Oxucularımıza hansı kitabları məsləhət görərdin ki, oxusunlar ?

    - Markesi oxuyun. O, dəhşətdi. Riçard Baxın çox maraqlı bir hekayəsi var, bax, onu hər kəsə məsləhət bilərdim, oxusun. Hətta uşaqlara da... Hekayədə adi bir quşun- Qağayının həyata necə bağlanmasından danışılır.


    - Hər gün kitab oxuyursan?


    - Hə, hər gün. Kitab oxumasam bir gecə belə yata bilmərəm. Artıq öyrəşmişəm. Yorğun olan zaman heç olmasa iki səhifə oxuyub, sonra yatmalıyam.

    - Olub ki, hansısa kitabı dayanmadan oxumusan?

    - Den Braunun iki kitabını oxudum. Hərəsinə 3 gün sərf etdim. Çox maraqlı kitablar idi. Başqa bir aləmə apardı məni...

    - Özümüzkülərdən kimi oxuyursan?

    - Hüseyn Cavidi sevirəm. Hüseyn Cavid həyatda olsaydı ona ərə gedərdim. Ramiz Rövşənin şeirlərini çox bəyənirəm.

    - Romantik insansan?

    - Mən romantik olmayım, mənə qarşı olsunlar. Amma özüm də yazıram arada...

    - Məsələn, Füzulinin bir qəzəlini sənə desələr, nə reaksiya verərsən?

    - Çox gözəl. Qəzəli sevirəm. Xoşlayıram mənə aid şeirlər yazsınlar, qəzəllər desinlər, bir sözlə vəsf etsinlər məni...(gülür-red)

    - Vəsf et məni, şair (gülürük-red). Eqoistsən, Mələk, mənim kimi, nə bürcüsən?

    - Qoç bürcündənəm. Yox, eqoistlik deyil ki bu... (gülür-red) Sonda qiymətləndirəcəm də o diqqəti. Mən itirən adam deyiləm. Qadını əldə etmək asan iş deyil. Sosial şəbəkədə “salam” yazmaqla qadını əldə etmək olar?!

    - Televiziyaya qayıdacaqsanmı?

    - Hə, inşallah. Düşünürəm ki, olacaq. İndi güclüyəm və düşünürəm ki, işlərim uğurlu alınacaq. Mən aparıcı kimi özümü tapdım və bu işdən zövq aldığımı anladım. Efirə qayıtmağa tam hazıram.

    - Dedin ki, güclüyəm. Mələyə güclü olmaq üçün nə lazımdı?

    - Valideynlərim mənə güc verir. Bacım dayaqdı mənə...Dostlarım güc verir mənə... Gecə 3-4-də mənim zəng edib, dərdimi bölüşə biləcək dostlarım var. Mən əslində uşaqlıqdan güclüyəm. Məncə güc xarakterdir.

    - Məncə isə, insan güclü doğulmalıdır. Artıq o sənin zatında varsa, sən sınmayacaqsan, həmişə güclü qalacaqsan.

    - Tam razıyam, bəli, insan güclü doğulub sonra onu özündə aşkar edir.

    - Məncə, Mələk, sən sırf 26 yaşında olan, 26 yaşlı qızın düşüncələri ilə öz həyatını yaşayırsan.

    - Hə. Mən beləyəm. Həyata bircə dəfə gəlmişik. Niyə biz özümüzü qadağalara salaq, niyə pis şeylər düşünək, qəlbimizə qara salaq. Bəziləri var ki, 19 yaşlı qızdı elə danışır elə bil ki, 91 yaşı var. Məsələn, mən indi ev almaq istəyirəm. Amma niyə özümü əzaba salım. Edərəm də bunu. 35 yaşında, indi nə vacibdir ki, mən özümə zülm verə-verə ev alım. Mən 30 yaşında gecə saat 12-də dostlarımla çay içməyə gedə bilməyəcəm. Çünki buna halım olmayacaq. Mən indi bunları qoyum, dərdin-kədərin, əzabın arxasınca düşüm?!

    - Həyatın sənə ən böyük şansı?

    - Valideynlərim. Atam-anam mənə örnəkdilər. Dərd olsa belə, anam kənarda gözünün yaşını silib, gələn qonağın üzünə gülüb. Mən mərd olmağı onlardan öyrənmişəm.

    - Heç sənə qadağalar qoyublarmı?

    - Qoymayıblar. Mən gecə saat 5-də gəlim, anam iki dəfə zəng edəcək, deyəcəm ki, filan yerdəyəm, dostlarımlayam. İçmişəm də, içkili vəziyyətim olubsa da, heç nə deməyiblər. Vəssalam.

    - İndi deyəcəklər bu nə qızdı içki içir.

    - Qurban sənə indi hamı içir də, burada nə var ki?

    - Heç gülməli qadağa qoyulub sənə?

    - Hə, işlədiyim televiziyada dəhlizdə gülmək qadağan idi. Televiziyada geyimə qadağa qoyulub, bu da çox gülməli gəlib mənə.

    - Anladım, yəni sən hər yerə ürəyin istədiyi kimi geyinib, getmək istəyirsən.

    - Bəli. Mən açıq-saçıq geyinirəm. Sonradan görməmişəm bu geyimləri. 15 yaşından belə geyinirəm. Mən işdən imtina edərəm, amma açıq geyimlərimdən əsla! Niyə insan kiməsə görə nədənsə imtina etməlidir. Mən açıq geyinib kiməsə pis təsir göstərmirəm, fikirini başından almıram ki... Bir sözlə, insana qadağa qoymaq olmaz. Mən bu həyata azad gəlmişəm, belə də gedəcək. 26 yaşda azad adama qadağa qoyanın öz başında problem var. Mən belə insanam, dəyişilmək fikrim də yoxdu.

    - Açıq geyinən xanımlara adətən küçədə söz atırlar. Yəqin sənin də başına belə hallar gəlir. Reaksiyan necə olur?

    - Həmişə demişəm, əgər sənə söz atırlarsa, deməli sən baxımlı qadınsan. Vay o gündən ki, sənə söz atmasınlar. Hərdən pis oluram ki, 60 yaşında mənə söz atmayacaqlar, ağlamaq tutur məni.(gülür-red) Kimsə söz atır, bunu böyüdürlər, bıçaq davasına çıxırlar. Ay bala, sənə söz atıb da... Burda nə var ki? Gözəlsənsə istər çadra bağla çıx, yenə sənə söz atacaqlar.

    - Oxuculara nə deyərdin?

    - Rahat olun, həyatınızı yaşayın. Başqasının həyatını yaşamayın. Xoşbəxtlik - həyatı olduğu kimi yaşamaqdadır. (atv.az)

    16806.jpg16808.jpg 16811.jpg16813.jpg16815.jpg16816.jpg 16817.jpg16819.jpg16820.jpg 16821.jpg
    16806.jpg
    16808.jpg
    16811.jpg
    16813.jpg
    16815.jpg
    16816.jpg
    16817.jpg
    16819.jpg
    16820.jpg
    16821.jpg

    Mənbə aktual.az

    0




    Отзывы пользователей


    Нет комментариев для отображения



    Создайте аккаунт или войдите для комментирования

    Вы должны быть пользователем, чтобы оставить комментарий

    Создать аккаунт

    Зарегистрируйтесь для получения аккаунта. Это просто!


    Зарегистрировать аккаунт

    Войти

    Уже зарегистрированы? Войдите здесь.


    Войти сейчас