Admin

Администратор
  • Публикации

    8 388 607
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Admin

  1. "Rabitə işi" üzrə axtarışa verilmiş "Caspian Telecommunication LTD" şirkətinin rəhbəri və "AKEY" MMC-nin direktoru Ayaz Elxan oğlu Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki və dostudur. "Report"un əldə etdiyi məlumata görə, məhkəmə A.Kərimovun mülkiyyətində olan 10-A-378 nömrəli “Harley Devidson” markalı motosikletinə, ona məxsus olan "AKEY" MMC-nin mülkiyyətində olan 10-PB-378 nömrəli “Maserati Quatroporte S Q4” markalı avtomobilinə, 90-AA-378 nömrəli “Jaguar XJ” markalı avtomobillər və Abşeron rayonu, 3 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 1 hektar torpaq sahəsi üzərinə həbs qoyub. Yaranmış zərurətlə əlaqədar olaraq “AKEY” MMC-nin işçilərinin “Aztelekom” MMC-də, “Azercell Telecom” MMC-də, “Bakcell” MMC-də quraşdırıb xidmət göstərdikləri avadanlıqlara baxış keçirilib. “Aztelekom” MMC-də olan avadanlıqların “Cartburg NC” şirkətinə, digər müəssisələrdə olan avadanlıqların isə ləğv edilmiş MTN-ə məxsus olması müəyyən edilib. Həmçinin “Cartburg NC” şirkətinin “Aztelekom” MMC-nin “S-12” beynəlxalq stansiyasında quraşdırılmış avadanlıqların qiymətləndirilməsi aparılıb, həmin avadanlıqların amartizasiya xərcləri nəzərə alınmaqla və avadanlığa yüklənilmiş proqram təminatı qiymətləndirilmədən dəyərinin 112.826 ABŞ dolları olduğu müəyyən olunub. Yaranmış zərurətlə əlaqədar olaraq Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli qərarı ilə həmin avadanlıqlar üzərinə həbs qoyulub. İstintaq zamanı A.Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin (CM) 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin sonuncu cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən A.Kərimovun törətmiş olduğu cinayət əməli CM-in 179.3.1 (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələrinə tövsif edilib. Onun barəsində CM-nın həmin maddələri ilə yenidən ittiham elan edilməsi haqqında 10 avqust 2016-cı il tarixdə qərar qəbul edilib. İttiham aktında göstərilib ki, iş materiallarına əlavə olunan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin 22 dekabr 2015-ci il tarixli və 21 yanvar 2016-cı il tarixli xidməti məktublarından görünür ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Caspian Telecommunication LTD” şirkətinin faktiki olaraq, ləğv edilmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun dostu ilə A.Kərimovun müştərək şirkətləri olması müəyyən edilib. Həmin şəxslər “Cartburg NC” şirkətinin Azərbaycanda fəaliyyətinə A.Kərimov rəhbərlik edib. “Cartburg NC” şirkəti tərəfindən əldə olunan aylıq külli miqdarda gəlirin qeyri-qanuni yolla “Azəriqazbank” ASC-nin Mişa adlı işçisində toplanması, onun tərəfindən əvvəlcədən müəyyən olunub.
  2. Dubayda iki həmyerlisi tərəfindən zorlanan britaniyalı turist qadın zina etdiyinə görə həbs olunub. İndi 25 yaşlı qadını uzunmüddətli həbsxana həyatı gözləyir. Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, adı açıqlanmayan qadına qarşı oktyabr ayında təcavüz edilib. O bu barədə Dubay polisinə məlumat verib. Polis isə qadını özünü həbs edərək, onu nikahsız cinsi əlaqədə olmaqda ittiham edib. Sonradan britaniyalı turist girov müqabilində azadlığa buraxılıb, lakin ona BƏƏ-ni tərk etmək qadağan olunub. Bundan əlavə o vəkil xidmətinə görə 30 min dollar ödəməlidir. İlkin məlumata əsasən, britaniyalı qadının əri də var, lakin onlar bir yerdə yaşamırlar. Qadına hücum edənlər isə heç bir çətinlik çəkmədən evlərinə, İngiltərənin Birminqem şəhərinə qayıdıblar.
  3. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan keçmiş yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə hazırkı nazir müavini İltimas Məmmədov da dindirilib. virtualaz.org istintaq materiallarına istinadən xəbər verir ki, o, nazirlikdə hökm sürən korrupsiya və mənimsəmə əməliyyatlarından xəbərdar olduğunu təsdiqləyib. Xatırladaq ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) keçmiş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində nazirliyin stukturlarından korrupsiya və xərclərin şişirdilməsi yolu ilə “obşy katyol”a toplanan pullardan nazir müavini İltimas Məmmədovun özünə villa tikmək üçün bir dəfəyə 1.5 milyon manat götürdüyünü bildirib. İltimas Məmmədov isə mətbuata açıqlamasında “bu barədə danışmaq istəmədiyini” deyib. Hazırda nazirin birinci müavini olan İltimas Əhməd oğlu Məmmədov istintaqa ifadəsind göstərib ki, 23 dekabr 2005-ci il tarixdən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini, 22.06.2014-cü il tarixdən hazırkı vaxta kimi isə nazirin birinci müavini vəzifəsində işləyir. İltimas Məmmədov ifadəsində bildirib ki, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov tərəfindən nazirliyin ayrı-ayrı qurumlarından aylıq olaraq pulların yığılmasından məlumatı olmayıb. O, nazirliyin strukturlarından aylıq haqqın yığılması barədə istər keçmiş nazir Əli Abbasovla və ya Aparat rəhbəri Vidadi Zeynalovla aralarında hər hansı söhbətin olduğunu inkar edib. Bununla belə İltimas Məmmədov deyib ki, nazirliyin işçilərinə «paket» şəklində aylıq pullar verilməsindən məlumatlı idi. Belə ki, Vidadi Zeynalov tərəfindən onun özünə əvvəllər “paket” şəklində ayda 15 min manat, daha sonra qısa müddət ərzində 20 min manat manat, son bir ildə isə 30 min manat pul verilib. Lakin nazir müavini “həmin pulların konkret olaraq hansı mənbələrdən daxil olmasından məlumatı olmadığını” deyib. İltimas Məmmədovun dediyinə görə, o, bir dəfə nazir Əli Abbasovdan bu haqda soruşub. Nazir isə ona belə cavab verib ki, işçilərə aylıq “paket” verilməsi razılaşdırılmış məsələdir, yəni narahat olmağa dəyməz. İ.Məmmədov iddia edir ki, nazirliyin digər işçilərinə verilən aylıq “paket”dən xəbərsiz idi. Göründüyü kimi nazirin birinci müavini rabitə sistemində hökm sürən korrupsiyadan qidalananlardan biri olub, ancaq o, hələ də vəzifədədir. Bəli, ola bilər ki, İltimas Məmmədov nazirliyin strukturlarında dövlətə çatacaq gəlirlərin mənimsənilməsi, xərclərin şişirdilməsi və pulların “katyol”a toplanıb bölüşdürülməsi işinə birbaşa rəhbərlik etməyib. Amma həmin “katyol”dan ona da pay çatıb və üstəlik özünə ev tikmək üçün bir dəfəyə 1.5 milyon manat da götürüb. Virtualaz.org
  4. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun və şəriki Ayaz Kərimovun şirkəti "Caspian Telecommunication LTD”-nin xarici ölkələrdəki bank hesablarına həbs qoyulub. Adıçəkilən şəxslər arasında mesajlaşmalardan və istintaqın araşdırmasından şirkətin faktiki olaraq A. Mahmudova aid olması, A. Kərimovun isə onu idarə etməsi bəlli olur. Latviya Respublikasından istintaqa göndərilmiş bank sənədlərindən görünür ki, "Caspian Telecommunication LTD” şirkətinin təsisçisi, səhmdarı və direktoru A. Kərimov "Rietumu Banka” JSC-də hesab açıb. Şirkətin bank hesabı üzrə 121 milyon 372 min ABŞ dolları, 413 min 737 euro, 35 min 135 İsveçrə frankı və 1 milyon 816 min 110 Kanada dolları məbləğində dövriyyəsi olub. 05 aprel 2016-cı il tarixə hesabda 331 min 721 ABŞ dolları və 2 min 169 euro qalıq qalıb, həmin vəsait üzərinə həbs qoyulub. Belə ki, "Caspian Telecommunication LTD” 81 milyon 534 min ABŞ dollarını özlərinə məxsus "Cartburg Netvorks corp” şirkəti vasitəsilə "AzInTelecom” MMC-nin hesabına köçürülüb. Digər pullar isə rəsmi olaraq A. Kərimovun adına olan və Mahmudovların nəzarət etdiyi şirkətlərə köçürülüb. Mahmudovların digər şirkəti olan "Cartburg NC” ilə bağlı Latviya Respublikasından daxil olmuş sənədlərdən görünür ki, şirkətinin rəhbəri Manti Effrosyni olub və onun tərəfindən "Rietumu Banka” JSC-yə göndərilən məktubda şirkətin adından Ayaz Kərimovun çıxış edəcəyi bildirilib. "Cartburg NC” şirkətinin bank hesabının ümumi dövriyyəsi 89 milyon 110 min 980 ABŞ dolları olub. Pul vəsaitləri hesaba 5 mənbədən daxil olub. Belə ki, "Caspian Telecommunication LTD” şirkətindən 72 milyon 42 min 919 dollar, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyindən 9 milyon 803 min 212 dollar dollar pul şirkətin hesabına köçürülüb. Qalan pullar isə "Deutsche Telekom”, "Beltelekom” və "Megafon” operatorlarından daxil olub. Şirkət özü isə 9 mənbəyə pul göndərib. Rabitə Nazirliyinin Mərkəz rəhbəri, hazırda həbsdə olan Cəlil Cəfərovun direktor olduğu "AzInTelecom” MMC-yə 81 milyon 534 min ABŞ dolları köçürülüb. 2 milyon 872 min dollar isə İsrailin "Allot Communications” firmasının hesabına göndərilib. Buna səbəb isə Milli Təhlükəsizlik Nazirliyinin "Avropa Oyunları” öncəsi Azərbaycandakı operatorlarla danışıqlar, Facebook, Viber və Whatsapp yazışmalarını izləmək üçün İsraildən gətirtdiyi avadanlıqların alınması olub. Yəni, MTN-nin şifarişi ilə A. Kərimov və MTN işçisi Riyad İsrailə gedərək bu şirkətlə görüşüblər. A.Kərimov rəhbəri olduğu "AKEY” MMC vasitəsilə bu işləri görüb. Həmin şirkətin texniki direktoru Cəmil Abdulayev istintaqa ifadəsində bu barədə məlumat verib və bildirib ki, İsraldəki görüşdə o da iştirak edib. Həmin avadanlıqlar alınıb ölkəyə gətirildikdən sonra Azərbaycanda "Delta Telecom”, "Azərtelecom”, "Azercell”, "Bakcell” və "Azerfon” şirkətlərində MTN avadanlıqları üçün ayrılmış ayrıca otaqda quraşdırılıb. Şirkətin hesabından 1 milyon dollar dolları A. Kərimovun adına olan "Fonfon LTD” şirkətinə, 143 min dollar "AKEY” MMc-yə, 187 min dollar Maskolev Yevgeni adlı şəxsin 12 min dollar Amerind Universal LTD şirkətinə köçürülüb. "Caspian Telecommunication LTD” şirkətindən göndərilən 81 milyondan 1 milyon 257 min dolları geri qaytarılıb. ///"Qafqazinfo
  5. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digər vəzifəli şəxslərinin cinayət işi üzrə maraqlı məqamlar ortaya çıxmaqdadır. Cinayət işininin araşdırılması nəticəsində "Azərpoçt” MMC-də görülən işlərin dəyərindən daha artıq qiymətləndirilməsi faktı ortaya çıxıb. İttiham aktında bildirilir ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin müfəttişləri tərəfindən tərtib edilmiş aktın göstəricilərinə əsasən 01 yanvar 2009-cu il tarixdən 29 oktyabr 2015-ci il tarixədək olan dövr ərzində "Azərpoçt” MMC və onun struktur qurumlarında rəsmiləşdirilmiş tikinti-quraşdırma və təmir işlərinin həcmlərinin dəyərinin ümumilikdə 22 milyon 525 min 989 manat məbləğində artırıldığı müəyyən edilib. Qeyd edək ki, cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom” MMC, "AzİnTelekom” MMC, "Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
  6. Uzun zamandır ANS kanalı ətrafında baş verən hadisələr ölkə gündəmini məşğul edir Kanalın bağlanmasından sonra onun yaradıcıları məhkəmə instansiyalarına müraciət etsələr də, müsbət nəticəyə nail ola bilməyiblər. Qaynarinfo.Az faktor.az-a istinadən xəbər verir ki, bundan sonra əlaqədar şəxslərin başqa bir sahədə iş quracaqları, yaxud ölkəni tərk edib, yaşamağa xarici dövlətlərdən birini seçəcəkləri də ehtimal edilirdi. Bu saatlarda ANS kanalının ən məşhur siması Mirşahinin ölkəni tərk etdiyi görüntülənib. Onu da əlavə edək ki, Mirşahinin aprel döyüşlərində geyindiyi gödəkçəsi də əynində olub, O, Qarabağ savaşı müddətində bu geyimi üstündə daşıyıb. Qaynarinfo
  7. Ləğv edilmiş MTN-nin genaralı, hazırda həbsdə olan Akif Çovdarovun istintaqa ifadəsi məlum olub. Çovdarov istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını və ondan şikayətçi olan əksər şəxsləri tanımadığını deyib. Musavat.com Akif Çovdarovun istintaqa verdiyi ifadəsini əldə edib. Çovdarov ifadəsində qalmaqallı "Vosmoy” bazarından, iş adamlarından, sahibkarlardan danışıb, onların ittihamlarına cavab verib. İstintaq materiallarında qeyd edilir ki, Çovdarov özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməyib. Ancaq onu ifşa edən çoxsaylı dəlillər qarşısında törətdiyi əməllərin faktiki tərəfini və xidməti səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmasını etiraf edib. Çovdarov ifadəsində göstərib ki, 2004-cü ilə qədər daxili işlər orqanlarında müxtəlif vəzifələr tutub. 2004-cü ildə isə MTN-nin Kadrlar idarəsindən ona zəng edilərək həmin nazirlikdə işləmək təklif edilib. O da həmin təklifi qəbul edərək Antiterror mərkəzində şöbə rəisi kimi xidmətə başlayıb. 2009-cu ilin mart ayından 2015-ci ilin noyabr ayının 7-nə qədər Nazirliyin 6-cı Baş idarəsinin rəisi vəzifələrində xidmət edib. 7 noyabr 2015-ci il tarixdə isə general-mayor rütbəsində sərəncama götürülüb və elə həmin ayda da ehtiyata buraxılıb. Eldar Mahmudov vəzifədən uzaqlaşdırılandan bir müddət sonra. General deyib ki, rəhbərlik etdiyi baş idarə energetika və nəqliyyat sahələrində, o cümlədən neft-boru kəmərləri, metro, dəmir yolu, su yolu, bütün energetika və nəqliyyata aid olan digər sahələrdə təhlükəsizliyin təminatını həyata keçirib və öz fəaliyyətini milli təhlükəsizlik naziri tərəfindən təsdiq olunmuş Əsasnamə əsasında qurub. "Mən nazirə şifahi qaydada məruzə edirdim” "Hər bir sahə üzrə daxil olmuş məlumatlar barədə işçilər öz rəhbərlərinə, ən sonda isə mənə məruzə edib, hansı məlumatlar əhəmiyyət kəsb edirdisə, bu məlumatlara dair siqnal işi açılıb, iş açılandan sonra tədbirin keçirilməsi ilə əlaqədar əvvəlcədən mən milli təhlükəsizlik nazirinə şifahi qaydada məruzə edirdim. Məhkəmə qərarı alındıqdan sonra müvafiq tədbirlər keçirilib və tədbirin nəticəsi barədə də şifahi qaydada milli təhlükəsizlik nazirinə məruzə olunub”- deyə Çovdarov ifadəsinə əlavə edib. Çovdarov icazəsiz dinləmələr apardığını etiraf edib Çovdarov deyib ki, icraatda olan əməliyyat işləri, araşdırma materialları üzrə telefon danışıqlarına qulaq asma, insanların güdülməsi və s. əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əksər hallarda məhkəmə qərarları alınıb, bəzi təxirəsalınmaz hallarda isə həmin tədbirlər nazirin tapşırığı əsasında məhkəmə qərarı olmadan həyata keçirilib. Məhkəmə qərarı olmadan keçirdikləri əməliyyat tədbirləri barədə heç vaxt ibtidai araşdırmaya, prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə məlumat verilmədiyini deyən Çovdarov bunun səbəbini qanunun bu tələbinə fikir verməmələri ilə izah edib. 8-ci kilometr bazarı ("Vosmoy”) epizodu üzrə ona qarşı irəli sürülən ittihamlara cavab verən Çovdarov deyib ki, 2005-ci ilin sonlarında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin çoxlu obyektlər almasına dair MTN-ə müraciətlər daxil olub. Bu müraciətlərdən ikisinin araşdırılması ona həvalə edilib. "Vosmoy” bazarının sahibi Çingiz Əsədovun şikayətini şəxsən özü araşdırıb. Eldar Mahmudov halallıq alınmasını istəyib General deyib ki, Ç.Əsədovun şiakyətçi olduğu Cəfər Səfərov MTN-ə dəvət olunaraq izahatları alınıb. A.Çovdarov şəxsən özü Çingiz Əsədova və Cəfər Səfərova barışmalarını, bu məsələni öz aralarında həll etmələrini təklif etdiyini söyləyib: "Uzun mübahisələrdən sonra Çingiz Cəfərdən bazarı 300 min dollara satın almağa razılaşıb, şikayətindən imtina etdi. Çingiz Əsədovun müraciəti MTN-də qeydiyata alınmadı. Araşdırma qeyri-rəsmi aparılıb. Çingizin 300 mini olmadığı və bazarı ala bilmədiyinə görə məsələ MTN rəhbərliyinə məruzə olundu. Həmin bazar əslində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin bazarı olduğundan rəhbərlik (Eldar Mahmudovu nəzərdə tutur) tərəfindən bazarı tərəflərin, yəni Çingiz Əsədov və Cəfər Səfərovun hər ikisinin halallığı alınmaqla onun və milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov tərəfindən pulu ödənilməklə satın alınması tövsiyə olundu”. A.Çovdarov deyib ki, sonradan bazarın 50 faizi qızı Aida Qasımovanın, digər 50 faizi isə Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın adına səndləşdirilib. O, Cəfər və Qəhrəman Səfərov qardaşlarının ifadələrində göstərdiklərinin həqiqətə uyğun olmadığını, onlara qarşı tərəfindən təzyiq və hədə olmadığını, bazarı onların razılığı ilə aldığını bildirib. General həmçinin onları iynə vurdurub iflic etməklə hədələmədiyini də deyib. General zərgərlik fəaliyyəti ilə məşğul olan Şahmar Qurbanov epizodu ilə bağlı deyilənləri də təkzib edib. O, Şahmar Qurbanovun MTN gətirilmədiyini, ondan 500 min dollar və 380 min dollar dəyərində brilyant daş-qaşlar almadığını deyib. Çovdarov Bakıda bina inşası ilə məşğul olan "Real” MTK-nın rəhbəri olmuş İlham Qasımovun ittihamları ilə də razılaşmayıb. Hazırda bəhsə olan İlham Qasımovun Rauf adlı şəxsə pul borclu olması və qaytarmaması ilə bağlı araşdırma aparılması ilə bağlı Eldar Mahmudovdan göstəriş almadığını deyən Akif Çovdarov adı çəkilən şəxslə öz otağında görüşmədiyini deyib. A.Çovdarov nə İ.Qasımovdan nə də onun övladlarından pul tələb etmədiyini qeyd edib. Çovdrovun dostları ilə balıq işi Kürdəmir rayonunda torpaq sahələrinin icarəyə götürülməsi, fiziki şəxslərin məcburi öz ərazilərindən çıxarılması, hüquqlarının pozulması epizodu haqda da eyni məzmunlu ifadə verən Çovdarov deyilənlərin yalan olduğunu söyləyib. Sabiq MTN əməkdaşı İlqar Aşurbəyovda külli miqdarda pul alması ittihamına da cavab verən Çovdarov qeyd edib ki, zərərçəkmiş şəxs yalan danışır. O, kürəkəni Rəşad Əmircanovun MTN-in Hava Limanında Təhlükəsizlik İdarəsinə əməliyyat müvəkkili vəzifəsinə təyin olunduğunu, rəisinin isə İlqar Aşurbəyov olduğunu deyib. Çovdarov İlqar Aşurbəyovla düşmənçiliyi və ya ədavətinin olmadığını, sadəcə olaraq münasibətlərinin soyuq olduğunu qeyd edib. Akif Çovdarov "Baktel LTD” MMC-nin sahibi Zaur İbrahimovdan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Neman Kərimovdan, əntiq malların satışının həyata keçirildiyi "Moda” mağazasının sahibi Əbil Vəzirovdan, "Yeni Yasamal” və digər mənzil-tikinti kooperativlərinin həmtəsisçiləri Nəsib Əliyev və Cahangir Alışovdan, "Karvansaray-2010” MMC-nin həmtəsisçisi Nizami Quliyevdən, sahibkar Elçin Hacıyevdən, "Süleyman Transport” MMC-nin sədri Fikrət İbrahimovdan, taxta-şalban ticarəti ilə məşğul olan Qədim Ədilovdan, Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilovdan, Binəqədi Bələdiyyəsinin sədri Elman Salmanovdan və Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədovdan külli miqdarda pul vəsaitlərinin hədə-qorxu yolu ilə ələ keçirməsi ilə bağlı deyilənləri də qəbul etməyib. Təqsirləndirilən Akif Çovdarov özünə məxsus evdən 3 ədəd dəyənəyin aşkar edilməsi, "Bəhrə-2010”, "Aqua Agro”, "RAF-2006”, "Nəzrin-E”, "Bozalt” MMC-lərinin fəaliyyəti, idarəçiliyində iştirakı, rəsmi gəlir mənbələrinə uyğun olmayan çoxsaylı daşınmaz əmlaklara, qızıl-zinət məmulatlarına malik olması, plastik bank kartları ilə xarici ölkələrdə külli miqdarda pul vəsaiti xərcləməsi xüsusatları üzrə ifadə verməkdən və sualları cavablandırmaqlan imtina edib.
  8. еченцы - народ численностью около 1,7 миллионов человек, из которых 1,4 млн. живут в России, в том числе 1,2 млн. - в Чечне. Чеченки всегда славились своей скромностью, примерным воспитанием, и, конечно, красотой.Day.Az собрал самых красивых на наш взгляд известных чеченок. Асет Абубакарова - чеченская певица. Линда Идрисова - чеченская певица.Эльбика Джамалдинова (род. 29 ноября 1996, Хасавюрт, Дагестан) - певица.Тамила Сагаипова (род. 2 декабря 1993, Грозный) - чеченская певица. Тамила - младшая (сводная) сестра другой чеченской певицы - Макки Сагаиповой.Илона Бисултанова - чеченская модель.Замира Джабраилова (род. 8 февраля 1992) - победительница конкурсов красоты "Краса Чечни 2006" и "Краса Северного Кавказа 2006", обладательница приза зрительских симпатий на конкурсе "Краса России 2006". Хеда Хамзатова - чеченская певица.Зарема Ирзаханова - чеченская певица.Дилара Сурхаева - чеченская блюзовая певица. В 2013 году получила премию вайнахской музыки АССА в номинации "Проект года".Тамила Эльдарханова (род. 27 июля 1995) - чеченская танцовщица и модель.Амина Хакишева (род. 4 сентября 1990, Грозный) - телеведущая на канале "Россия 24", Заслуженный журналист Чеченской республики.Макка Сагаипова (род. 14 февраля 1987, Грозный) - чеченская певица и танцовщица ансамбля "Ловзар". Макка Сагаипова выпустила два альбома "Я дочь твоя - Чечня" (2004) и "Безам / Любовь" (2005), однако после замужества из-за неодобрения родственников мужа вынуждена была на время прекратить творческую деятельность. В конце 2011 года Макка Сагаипова вновь вернулась к пению.
  9. 2 sual - Oglan taksiye minir deyir filan yere sur.gedib o yere catirlar. Oglan deyri. Nece manat verecem? Surucu deyir. Hec ne qeder cunki sen menim atamin yegane oglusan. Sizce surucu kimdi?
  10. Bir qiz alma agacinda oturur kim alma dermey istese qiza muraciet edir sual verir.coxlarida bele deyir... Alma dermey olar? Qiz ancaq YOX deyir.hec kim dere bilmir. Bir oglan gelir qiza ele muraciet edir ele sual verirki qiz YOX deyir amma oglan almani derir. Oglan qiza ne dediki qiz icaze verdi?????? UNUTMAYIN QIZ ANCAQ YOX DEYIR....
  11. Diş ağrısını kəsmək üçün bir sıra dərmanlar var. Ancaq həkimə gedənə kimi ağrını azaltmaq üçün təbii üsullar da mövcuddur. Gecənin yarısı diş ağrısı ilə üzləşmisinizsə, bu üsullar köməyinizə gələ bilər. Diş ağrısını ən qısa zamanda aradan qaldıran təbii üsulları təqdim edirik: 1 . Sirkəli su və duzla edilən qarqara diş ağrısını qısa müddətdə aradan qaldırır. Sirkəli su ilə duz dişi bakteriyalardan təzmiləyir. Diş ətinin infeksiyasının qarşısını alır. 2. Dişə mixək yağı çəkmək də təsirli üsuldur. Quru mixəyi çeynəmək də eyni effekti verir. Mixəkdəki "eugenol" maddəsi bakteriyaları öldürdüyü üçün diş məcunlarının tərkibində də olur. 3. Gecə diş ağrısı ilə üzləşmisinizsə, iki yastıqda yatmağınız məsləhətdir. Başınızın hündürdə olması diş ağrısını azaldacaq. 4. Ağrıyan bölgəyə çöldən buzla kompres edə bilərsiniz. Soyuq su ilə ağzı yaxalmaq da qısa müddətli təsir edə bilər. Soyuq su bəzən xəstə dişin irinləməsinə səbəb ola bilir. Ona görə də soyuq su əvəzinə isti sudan da istifadə edə bilərsiniz. 5. Dişinizi fırçalayaraq diş ağrısından xilas ola bilərsiniz. Bu zaman ağıza təravət verən diş məcunundan istifadə edin. Diş ipi ilə dişləri təmziləmək də diş ağrısını azlada bilər
  12. Dönər aparatının üzərində ət yerinə siçanlar — Bakıda ŞOK VİDEO Ətraflı burada Просмотреть полную новость
  13. Dönər aparatının üzərində ət yerinə siçanlar var. Aparatın üzərinə çıxan siçanlar ət qırıntılarını yeyir. Daha sonra dönərin hazırlandığı stolun üzərində o yana, bu yana qaçır. Görüntülər o qədər ürəkbulandırıcıdır ki, şam yeməyinin vaxtı olduğundan həmin kadrların üzərini bağlayaraq təqdim edirik. “Ölkə.Az” xəbər verir ki, şok yaradan və ürəkbulandırıcı bu kadrlar paytaxtın Nəsimi rayonu, Səməd Vurğun və Puşkin küçələrinin kəsişməsində yerləşən dönərxanlardan birində çəkilib. Bu barədə Xəzər TV xəbər yayıb. Elə bu görüntülər əsasında biz də sözügedən dönərxanaya getdik. Hansı səbəbdən getdiyimizi biləndən sonra, oranın sahibi və işçilər suallarımızı cavablandırmayaraq qaçdılar. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, sözügedən dönərxana sanitar-texniki tələblərə cavab vermir. Bu isə bu tipli dönərxanalardan bir sıra qarşısı alınmaz yolxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Ziyəddin Kazımov əlavə etdi ki, bu kimi müəssisələrdə yoxlamalar vətəndaşlar tərəfindən edilən müraciətlərdən sonra aparıla bilər. Əgər konkret bu müəssisə haqqında müraciət edilərsə, qurum tərəfindən həmin dönərxananın fəaliyyəti yoxlanacaq. O ki, qaldı belə hallara yol verən şəxslərin cərimələnməsinə, Ziyəddin Kazımov deyir ki, İnzibati Xətalar Məcəlləsinə görə, sahibkarları 100-200 manat məbləğində cərimə gözləyir. https://www.youtube.com/watch?time_continue=7&v=GQq_v-Fnl3o
  14. Hindistanda “Padmavati” filminin rejissoru Sancay Lila Bhansali və lentdə şahzadə Rani Padminini oynayan Bollivud aktrisası Dipiki Padukonun başına 1,5 milyon dollar mükafat vəd verilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə “Channel News Asia” nəşri yazır. Nəşrin məlumatına əsasən, belə bir təkliflə Hindistanın “Bharatiya canata parti” partiyasının üzvü Surac Pal Amu çıxışı edib. Hindistanda bir çox tanınmış siyasətçilər tarixi təhrif edən filmi qınayıblar. Filmdə müsəlman sərkərdə Ələuddin Çircinin şahzadənin sevgilisi olması tənqidçilərin xoşuna gəlməyib. Belə ki, “Padmavati” əsərinə əsasən 1303-cü ildə müsəlman sərkərdə şahzadə Padminin ələ almaq üçün Çittor şəhərini mühasirəyə alıb. Əfsanəyə görə, işğalçıya təslim olmamaq üçün şahzadə özünü yandırıb. Qeyd olunur ki, filmin premyerası dekabrın 1-nə planlaşdırılıb. Просмотреть полную новость
  15. Hindistanda “Padmavati” filminin rejissoru Sancay Lila Bhansali və lentdə şahzadə Rani Padminini oynayan Bollivud aktrisası Dipiki Padukonun başına 1,5 milyon dollar mükafat vəd verilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə “Channel News Asia” nəşri yazır. Nəşrin məlumatına əsasən, belə bir təkliflə Hindistanın “Bharatiya canata parti” partiyasının üzvü Surac Pal Amu çıxışı edib. Hindistanda bir çox tanınmış siyasətçilər tarixi təhrif edən filmi qınayıblar. Filmdə müsəlman sərkərdə Ələuddin Çircinin şahzadənin sevgilisi olması tənqidçilərin xoşuna gəlməyib. Belə ki, “Padmavati” əsərinə əsasən 1303-cü ildə müsəlman sərkərdə şahzadə Padminin ələ almaq üçün Çittor şəhərini mühasirəyə alıb. Əfsanəyə görə, işğalçıya təslim olmamaq üçün şahzadə özünü yandırıb. Qeyd olunur ki, filmin premyerası dekabrın 1-nə planlaşdırılıb.
  16. Könüllü sıralarımıza SİZ də qatıl! AZƏRBAYCAN KÖNÜLLÜLÜK SAYTI Burada təcrübənizi artırmaq məqsədi ilə,Azərbaycandali şirkətlər tərəfindən təklif olunan elanlar tapmanız daha rahatdır. MƏQSƏD Şirkətlər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirmək; Azərbaycanda könüllülük fəlsəfəsinin inkişafına təkan vermək; Könüllü sıralarımıza qoşulmaq istəyən gənclər aşağıdakı emaildən istifadə edə bilərlər.
  17. 1. Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi üçün materialların hazırlanması üzrə mütəxəssislər Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi üçün materialların hazırlanması üzrə mütəxəssislərin funksiyaları: Dövlət qulluğuna qəbul imtahanlarında istifadə edilən bilik sahələri (qanunvericilik, Azərbaycan dili, informasiya texnologiyaları və məntiqi təfəkkür) üzrə aşağıdakı bacarıqlara malik olmalıdır: test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarının tərtibinin təşkili; test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasının təşkili. İxtisas tələbləri və digər şərtlər: Aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır: – hüquqşünaslıq; – dövlət və bələdiyyə idarəetməsi; – İKT sahəsi üzrə. Azərbaycan dilini mükəmməl bilməlidir; Mircrosoft Office proqramlarında yüksək səviyyədə işləməyi bacarmalı, ingilis və rus dillərini yaxşı bilməlidır; Test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının məxfiliyini qorumağı öhdəsinə götürməlidir. 2. Proqram təminatı üzrə mütəxəssislər Proqram təminatı üzrə mütəxəssislərin funksiyaları: Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətləri ilə əlaqədar müvafiq proqram təminatının hazırlanması bacarığına malik omalıdır. İxtisas tələbləri və digər şərtlər: Kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi və ya onlara ekvivalent olan ixtisaslar üzrə ali təhsil, verilənlər bazasının yaradılması və idarə edilməsi üçün proqram təminatının yaradılması sahəsində bilik və bacarıqlar ( VBİS üzrə: Oracle, MS SQL Server. Proqramlaşdırma dilləri: C, C#, Java). Müvafiq sahədə iş təcrübəsi və beynəlxalq sertifikatları olan şəxslərə üstünlük verilir. İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur. Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2017-ci il noyabr ayının 25-dək magistratura@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar./dim.gov.az
  18. Dubay Beynəlxalq İncəsənət Sərgisi könüllü vakansiya elan edir! YARAT müasir incəsənt təşkilatı Dubay Beynəlxalq Incəsənət Sərgisində iştirak üçün könüllü vakansiya elan edir. Könüllülük hazırlıq zamanı və sərgi müddətində tam ştat olması nəzərdə tutulub (10.03.2014 – 22.03.2014). İş qrafiki: Bazar ertəsi –Şənbə; 11:00 – 18:00. Bu təcrübə proqramı tələbələr və gənc rəssamlar üçün öz bilik səviyyələrini genişləndirmək, dünyaca məşhur rəssamlar, kuratorlar və qalereya sahibləri ilə işləmək, təcrübə əldə etmək üçün dəyərli fürsətdir. Dubay , Birləşmiş Ərəb Əmirliyindən olan gənclərin müraciət etməsi daha məqsədəuyğundur. Namizədə qoyulan tələblər: 16-26 yaş; İncəsənət sahəsində təhsil; Ünsiyyət və təqdimetmə bacarıqları; Səlis dil bilgisi (ingilis dili ); Gərgin iş rejimində işləmə bacarığı; Verilən tapşırığa məsuliyyətli yanaşma; İncəsənət sahəsinə xüsusi maraq. Könüllülərin vəzifə təsviri: Sərgi haqqında tam məlumat vermək ( layihə adları , konsepti və vəzifələr); Ziyarətçilərə rəhbərlik edilməsi; Yazılı və şifahi tərcümənin təmin edilməsi (ingilis-Ərəb, Rus –türk); Açılışdan əvvəl və sərgi müddətində lazımi texniki köməkliyin göstərilməsi. Hər bir könüllü sərgidə iştirak setifikatı və pavilyonlarda, filmlərin ekranlaşdırılmasında, tamaşalarda və digər tədbirlərdə ödənişsiz iştirak etmə fürsəti əldə edəcəklər. İş müddətində yaranan bütün xərclər (nəqliyyat xərcləri , qida xərcləri və s. ) YARAT tərəfindən qarşılanacaqdır. Nəzərinizə çatdıraq ki, könüllü xidmətin sonunda heç bir ödənişin edilməsi nəzərdə tutulmur. Maraqlanan şəxslər CV-ni, istək məktubunu və müraciət formasını aşağıda göstərilən ünvana göndərə bilərlər: info@yarat.az
  19. Bank of Baku-da könüllü ol, təcrübə qazan! Bank of Baku-da könüllü ol, təcrübə qazan! İş barədə məlumat Satış Kanallarının İdarə Edilməsi Departamentinin həyata keçirdiyi yeni layihələrə dəstək göstərmək məqsədilə könüllü gənclər dəvət edilir. Layihələrə cəlb olunmaqla, Siz yeni bilik və bacarıqlar əldə etməklə bərabər həm də gələcəkdə işlə təmin olunmaq imkanı qazana bilərsiniz. Fəaliyyətin təsviri: – Bankla partnyorluq münasibətləri qurmuş özəl və dövlət müəsissə, təşkilatların əməkdaşlarına bankın məhsulları, xidmətləri və cari kampaniyaları ilə bağlı təqdimatların keçirilməsi, onların banka cəlb edilməsi – Bankın partnyorları olan müəsissə və təşkilatların reyestrinin yenilənməsi Namizədə tələblər Tələb olunan kriteriyalar: – Ali təhsilli gənclər (və ya təhsilini bitirmək üzrə olan TƏLƏBƏLƏR) – Təcrübəyə tam və ya yarım gün cəlb olunmaq imkanı olan – Azərbaycan dilini əla bilən (rus dili biliklərinin olması arzuolunandır) – Əla ünsiyyətqurma və təqdimetmə bacarığına sahib olan – Dəqiq və məsuliyyətli – Hərbi xidməti bitirən və ya möhlət hüququ olan Yuxarıdakı tələblərə uyğun namizədlər “Subject” qrafasında “Könüllü” yazmaqla öz CV-lərini və ya bankın saytından (http://www.bankofbaku.com/az/hr-category/cv-forma.html) əldə edilmiş “İşə müraciət formu”nu (şəkillə birlikdə) Azərbaycan dilində hr@bankofbaku.com ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 15 Fevral 2014-cü ildir. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.
  20. Könüllü ol, təcrübə qazan! ACS Language Center-ə part time işləyə biləcək “Coordinator” sahəsi üzrə könüllü işçi tələb olunur. Təcrübə programı zamanı öyrənəcəkləri: – Satışın təşkili -Marketing sahəsində bacarıqlar -Müştəri xidmətləri sahəsində işin düzgün təşkili Tələblər : – Məsulliyətli, Bacarıqlı, Creativ – Əsas müştərilərlə işin təşkili – Reklam işlərinin görülməsi Maraqlanan şəxslər CV-lərinioffice.acslanguage.center@gmail.com ünvanına göndərsinlər. Ünvan: Nərimanov metrosu yaxınlığında, Ağa Nemetulla 40, Əlaqə: 055 965 69 19 ; 012 567 02 72
  21. Satış və satışdan sonrakı sənədləşmə işləri üzrə Təcrübəçi (Avto satış üzrə) Avtolux Azərbaycan MMC üçün Satış və satışdan sonrakı sənədləşmə işləri üzrə Təcrübəçi (Avto satış üzrə) tələb olunur. İş vaxtı qrafik üzrə müəyyən olunur: Namizədə olan tələblər: 1. Universiteti yeni bitirmiş məzunlar, eləcə də 3-cü və ya 4-cü kurs tələbələri; 2. Zəhmətsevər, yaradıcılıq ; 3. Analitik düşünmə qabiliyyətli ; 4. Word, Excel proqramları və məlumat bazalarında işləmək bacarığı; 5. Dil biliyi (Rus və İngilis) arzu olunandır ; 6. 6 ay müddətində könüllü kimi çalışmaq imkanı olan ; 7. Yaş həddi 20-25 ; Vəzifə öhdəlikləri: 1. Salona yeni daxil olmuş, Satılmış və Sifariş olunmuş avtomobillər barədə məlumatları 1C proqramında olan sistemə daxil etmək; 2. Departamentlərdən daxil olan digər sənədlərin qeydiyyatının aparılması; 3. Satış müdirinə tabe olub, verilən təlimatları öyrənərək özünü inkişaf etdirmək, avtomobil biliyini və satış texnikasını tam mənimsəmək; 4. Komandada işləmək və həmkarları ilə mehriban münasibətlər qurmağı bacarmaq; Email: Hr@autolux-az.com Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
  22. mycareer.az -Ən son iş elanları

    до
    mycareer.az -Ən son iş elanları
  23. mycareer.az -Ən son iş elanları

    до
    mycareer.az -Ən son iş elanları
  24. Yaponiyanın paytaxtı Tokioda “Miss İnternational - 2017” gözəllik müsabiqəsi keçirilib. Azforum.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, müsabiqədə 70 ölkənin gözəli iştirak edib. Onlardan yalnız 15 nəfəri finala vəsiqə qazanıb. Qalib İndoneziyanı təmsil edən 21 yaşlı Kevin Lilliana olub. Venesuellalı Diana Qarsiya ikinci, avstraliyalı Amber Dryu isə üçüncü yerə layiq görülüb. Просмотреть полную новость