Gulnara

Members
  • Публикации

    1
  • Зарегистрирован

  • Посещение

    Никогда

Репутация

0 Neutral

О Gulnara

  • Звание
    Новичок
  1. Artıq 3 gündür Bakinternet öz müştərilərinə internet xidmətlərini praktik olaraq dayandırıb. Bakının bir çox ərazilərində bu provayderin xidmətindən istifadə edən abunəçilər hər gün 20-30 dəfə fasilə ilə üzləşirlər. Provayder öz müştərilərinin şikayətlərinə "texniki problem var, həll ediləcək" şəklində qeyri-müəyyən cavabla reaksiya verir. Məlumat üçün qeyd edək ki, Bakinternet dövlət provayderidir, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin strukturudur və faktiki olaraq Rabitə Nazirliyinə məxsusdur. Provayder dünyada ən yüksək qiymətlərlə və ən aşağı keyfiyyətlə xidmət göstərsə də, Rabitə Nazirliyi Bakının bir sıra ATS-lərində bu provayderin inhisarçı mövqeyini himayə edir. Xüsusən də rabitə naziri vəzifəsinə Ramin Quluzadənin təyinatından sonra vəziyyət daha da pisləşib. Əvvəllər Bakinternet əldə etdiyi nəhəng pulların cüzi hissəsini olsa da belə, real sərmayələrə yönəldirdi. Amma Ramin Quluzadənin nazir vəzifəsinə təyinatından sonra Bakinternet-in əhalidən yığdığı pullar son qəpiyinə qədər Rabitə Nazirliyinin "süfrəsində salat" olaraq istifadə edilir. Son 3 gün ərzində Bakinternet-in fəaliyyəti ilə bağlı yaranmış kütləvi narazılığa baxmayaraq, Rabitə Nazirliyi xidmətin keyfiyyətinin artırılması və bu provayderin inhisarçılığına son qoyulması istiqamətində heç bir tədbir görməyib. Bütün başqa provayderlərə paytaxtın bir sıra ATS-lərində xidmət göstərmək qadağan edilib. Bakinternet isə təchizatla bağlı üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir. Yaranmış böhranla bağlı Rabitə Nazirliyi, həmçinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin mövqeyini öyrənib dərc edəcəyik.