Mahire

Members
  • Публикации

    1
  • Зарегистрирован

  • Посещение

    Никогда

Репутация

0 Neutral

О Mahire

  • Звание
    Новичок
  1. Hansısa bir ağıldan üzülmüşün barmağının bir hərəkəti ilə yazılarımın yerin altına gömülməsini istəmədim. ***************** ******************* ******************* Bərpa: QADIN NALƏSİ Niyə qadınlar güclü olmalıdır? Biz məyər bunun üçün yaranmışıq? Biz deyilikmi dünyaya yeni həyat bəxş edən, körpələri nəfəsimizlə qızdıran, yer üzünü şəfəqimizlə nura boyayan? Dünyanı idarə edən ağaları biz böyütmədikmi? Ərlərin, ərənlərin, Beyrəklərin, Babəklərin, Qazan xanların, comərdlərin anası deyilikmi? Koroğlular, Nəbilər döşümüzdən süd əmməyibmı? Bütün bunlar güc, qüdrət nişanəsi deyilmi? Bəs deyilmi gördüklərimiz, etdiklərimiz? “Edə biləcəkləriniz etdiklərinizdən daha çox” deyib niyə bizi imtahana çəkirsiz? (heç bilmirəm kimə xitabən deyirəm bunu? Dünyaya ya kişilərə?) Sən qadınsansa, güclü olmalısan! Döz! Dözməlisən. Sənin yaraşığın gözəl çöhrən, bal dodaqların, qulac saçların yox, dözümün olmalıdır. Döz! Yoxsa “döyüləcəksən”. Alçaldılıb, aldadılıb məhv ediləcəksən. Yox, yox, ağlama! Ağlamaq qadına yaraşan iş deyil. Bu, zəiflik əlamətidir. İntihar etməyi heç ağlına belə gətirmə! Qadınlar səltənətinin Kraliçalarının adına ləkə vurmuş olarsan. (bu yerdə tarixə düşmüş qadınları sadalamaq olar). Döz! Dözümünlə qadınlığını sübut elə! Ah! Bunca zülm olar? İstəmirəm! Yoruldum artıq! Güclü olduğumu sübuta yetirməkdən yoruldum. Usandım. Hər bir işi boynuma götürüb canım çıxsa da axıra qədər boyunduruq altında inləməkdən yoruldum. Yorulduğumu, sıxıldığımı gizlətməkdən yoruldum. Göz yaşlarımı içəri axıtmaqdan yoruldum. Daxilim ağlarkən, üzümə xoşbəxtlik maskası taxmaqdan yoruldum. Özüm bataqlıqda boğulduğum halda, başqasını elə həmən bataqlıqdan çəkib çıxartmaq məcburiyyətindən yoruldum. Öz göz yaşlarım selə dönərkən, başqasının göz yaşını nəfəsimlə qurutmaqdan yoruldum. Lal sükurdan, çarəsizlikdən, böyüyərkən kiçilməkdən, diriykən hər gün ölümlə qol-boyun olmaqdan yoruldum. HARAY! Özüm üçün yaşamaq istəyirəm! Qadınlığımı,...... əsarətin qanlı pərdəsini yırtmış, quduz barmaqlarını sındırmış, günü əsrə bərabər tənha qadınlığımı yaşamaq istəyirəm. Qadın kimi yaşamaq istəyirəm. Zəif, zərif, kövrək, xatirələri ilə başbabaş, heç kəslə boş, mənasız mübahisələrə girməyən, hər cür roldan, zordan, qəddarlıq və kobudluqdan uzaq məs`um və daim himayəyə ehtiyacı olan bir qadın kimi...... Yəni belə mümkünsüz bir arzudur?