“Günay Bank” bu ilin I rübünü uğurla başa vurub

“Günay Bank” bu ilin I rübünü uğurla başa vurub
Renkinq: "Günay Bank" ASC-nin bu ilin I rübünün maliyyə hesabatını açıqlayıb.
Hesabata nəzər salanda məlum olur ki, Bank inkişaf tendensiyasını davam etdirməkdədir.
Belə ki, ötən ilin sonu ilə müqayisədə "Günay Bank"ın ümumi aktivləri 5,627 milyon manat artaraq 250,67 milyon manata çatıb.
Bank rübü 879 min manat mənfəətlə başa vurub.
Mövcud pandemiya şəraitinin iqtisadiyyatımızda yaratdığı çətinliklərə baxmayaraq Bankın məcmu kapitalı 65,707 milyon manata yüksəlib.
Qeyd olunan göstəricilər “Günay Bank”ın davamlı tərəqqi yolunda inamla addımladığına dəlalət edir.
Tarix: 23-04-2021, 17:01