Turizm məkanı sahibləri ilə ekspert görüşləri keçirilib

Turizm məkanı sahibləri ilə ekspert görüşləri keçirilib
Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin sahibləri ilə müvafiq sahənin ekspertləri arasında görüşlər həyata keçirilmişdir.

İki gün davam edən görüşlər zamanı layihə bölgəsində yerləşən kiçik və orta ailə təsərrüfatları və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrin sahibkarları ilə bir yerli və bir xarici ekpert olmaqla turizm sahəsinin mütəxəssisləri görüşmüş və bu görüşlər zamanı digər bir yerli mütəxəsssin də iştirakı onlayn formada təmin edilmişdir. Lənkəran şəhərində keçirilən görüşlərdə ekspertlər sahibkarlara onların təsərrüfatları barədə apardıqları qiymətləndirmə haqqında məlumat vermiş, mövcud vəziyyəti dəyərləndirmiş, həm xidmət, həm də şəraitlə bağlı çatışmayan cəhətlətləri nəzərə çatdırmışdırlar. Qeyd etmək lazımdır ki, ekpert qiymətləndirmələri özəl tur operatorlarının da iştirakı ilə fevral ayındada seçilmiş turizm məntəqələrinə edilmiş səfərlər əsasında əldə olunan rəylər və tərtib olunmuş qiymətləndirmə meyarları əsasında həyata keçirilmişdir.

Ümumiyyətlə, layihə çərçivəsində ekspertlər mümkün olduğu təqdirdə xüsusi karantin rejimi qaydalarını da nəzərə alaraq bir neçə dəfə Lənkəran iqtisadi regionuna işgüzar səfərlər etmiş, həm sahibkarlar və onların işçiləri, həm də müvafiq sahədə fəaliyyət göstərən yerli dövlət və özəl təminatçılarla görüşlər keçirmişlər. Bu sonuncu görüşlər zamanı da ekspertlər turizm məntəqələrinin ehtiyacları, hədəfləri və aidiyyatı məsələlərlə maraqlanmış, onların inkişaf stragiyaları formalaşdırmasına öz təklif və tövhələrini vermişlər.

Ekspertlər tərəfindən keçirilmiş görüşlər və qiymətləndirmələr nəticəsində turizm məntəqələrinin təlim və bacarıq ehtiyacları müəyyənləşmişdir ki, bu tövhə yaxın zamanda həyata keçiriləcək potensialın gücləndirilməsi fəaliyyətlərində təlimçilər və digər mütəxəssislər tərəfindən istifadə olunacaqdır.
Tarix: 31-05-2021, 15:39