Şuşa və Ağdama qaz çəkilir - RƏSMİ

Şuşa və Ağdama qaz çəkilir - RƏSMİİşğaldan azad edilən ərazilərimizin qazlaşdırılması ilə bağlı layihələndirilmə işlərinə başlanıb.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Qeyd edilib ki, ilk olaraq Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması nəzərdə tutulub:

"Bununla əlaqədar olaraq həm magistral qaz xətlərinin çəkilməsi, eyni zamanda şəhərdaxili qaz xətlərinin şəbəkəsinin qurulması üçün layihələndirilmə işlərinə başlanılıb. Artıq həm Şuşa, həm də Ağdam üzrə yeni çəkiləcək qaz xətlərinin marşrut və dəhlizləri müəyyən edilib və sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.

Mart ayında biz layihləndirmə işlərini başa çatdırmağı planlaşdırırıq. Layihələndirmə işləri başa çatdırıldıqdan sonra maliyyə ayrılacaq və Şuşa şəhərinin qazlaşdırılması ilə bağlı daxili şəbəkənin quraşdırılması işlərinə başlanacaq".
Tarix: 18-02-2022, 12:02