Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
2021-ci il ilin yanvar-mart aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 4,5 milyard kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 55 faiz çoxdur.

Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycandan nəql edilən qazın 46,3 faizi Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 11,8 faiz artıb.

Yanvar-mart aylarında Azərbaycanın magistral kəmərləri ilə 9,8 milyard kubmetr qaz nəql olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz çoxdur.
Tarix: 16-04-2021, 19:12