ABŞ və Rusiya prezidentləri Qarabağı müzakirə edəcək

ABŞ və Rusiya prezidentləri Qarabağı müzakirə edəcək
ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüş zamanı Qarabağ məsələsini də müzakirə edəcək. Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. O bildirib ki, prezidentlər Moskva və Vaşinqtonu maraqlandıran bütün mövzulara, o cümlədən həll olunmamış ikitərəfli məsələlərə, strateji sabitlik və regional münaqişələrə toxunacaq: "Görüşün gündəliyində Yaxın Şərq, Suriya, Liviya, İranın nüvə proqramı, Əfqanıstan tənzimləməsi, Qarabağ və Ukrayna məsələləri yer alır".
Tarix: 15-06-2021, 11:41