"Azərbaycanın xarici siyasətinin başlıca məqsədi milli maraqların müdafiəsidir"

"Azərbaycanın xarici siyasətinin başlıca məqsədi milli maraqların müdafiəsidir"Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri


Rusiya Federasiyası ilə imzalanmış bəyənnamə Azərbaycanın xarici siyasətində mühüm bir mərhələnin başlanğıcını qoymuşdur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın xarici siyasətinin başlıca məqsədi milli maraqların müdafiəsidir. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün bütün sahələrdə olan yarıtmaz siyasəti eyni zamanda xarici siyasətdə özünü daha qabarıq göstərmişdir. Diplomatiyada ilk növbədə qonşu dövlətlərlə isti münasibətlər əsas yeri tutmalıdır. Lakin AXC-Müsavat hakimiyyəti dönəmində bu prinsip kobud şəkildə pozulmuş və qonşu dövlətlərlə, xüsusilə Rusiya Federasiyası ilə əlaqələr istənilən səviyyəyə qaldırılmamışdır.

Məhz bu fürsətdən istifadə edən mənfur qonşumuz Rusiya ilə isti münasibətlər quraraq bu münasibətləri müttəfiqlik səviyyəsinə qaldırmışdır. Son nəticə isə bizim üçün olduqca ağır nəticələnmiş Dağlıq Qarabağ və ətraf ərazilərimiz düşmən tərəfindən işğal edilmiş və yüz minlərlə soydaşımız öz doğma yurdlarından olaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Lakin ulu öndərin siyasi hakimiyyətə ikinci dəfə qayıtması Azərbaycanın bütün sahələrdə olduğu kimi xarici siyasətində də köklü dəyişikliklərə gətirib çıxarmış oldu. Belə ki, qonşu dövlətlərlə o, cümlədən Rusiya ilə əlaqələrimizn genişlənməsi sonrakı dövrlərdə Azərbaycanın xarici siyasətdə əlini gücləndirmiş oldu.

İlham Əliyev cənablarının hakimiyyətə gəlişi isə Azərbaycan-Rusiya münasibətlərinin daha da yaxınlaşma ilə nəticələndi. Bu münasibətlərin yaxşılaşması eyni zamanda Qarabağ probleminin də həll edilməsində başlıca rol oynadı. Dərin zəkaya və strateji düşüncəyə malik ölkə başçımızın xarici siyasətdə atdığı mühüm addımlar 44 günlük Vətən müharibəsi dövründə Rusiya ilə yanaşı Qərb dünyasının da bitərəfliyini qismən qoruyub saxlamasında həlledici rol oynamışdır. Məhz böyük qələbənin əldə edilməsində bu amillərin ciddi təsiri olmuşdur. 22 fevral 2022-ci il tarixdə imzalanmış Moskva bəyənnaməsi məhz Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlərin qurulmasında və bu münasibətlərin müttəfiqlik səviyyəsinə qalxmasında olduqca əhəmiyyətlidir.

Tam əminliklə deyə bilərik ki , qardaş Türkiyə Respublikası ilə imzalanmış Şuşa bəyənnaməsindən sonra Rusiya Federasiyası ilə imzalanmış Moskva bəyənnaməsi də Azərbaycanın balanslaşdırılmış yüksək səviyyəli xarici siyasətinin təntənəsi olmaqla yanaşı eyni zamanda dövlət təhlükəsizliyimizin və müstəqilliyimizin əbədi və dönməz olmasının qarantıdır.
Tarix: 23-02-2022, 17:14