"Nikol qalmaq istəyirsə..." - şərh

"Nikol qalmaq istəyirsə..." - şərh
10 noyabr bəyanatından sonra Ermənistanda baş verənlər gözlənilən idi.
Azforum.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə hərbi kəşfiyyatının keçmiş rəhbəri İsmayıl Haqqı Pekin deyib.
“Belə ağır məğlubiyyətə düçar olan istənilən ölkənin hökumətin istefasını tələb etməsi təbiidir. Situasiyanı ölkə daxilində iqtisadi böhran və Paşinyanın “İsgəndər” haqqında dedikləri dərinləşdirib”, – deyə o bildirib.
İ.H.Pekin Paşinyanın Rusiyaya münasibətinin müharibəyə qədər bəlli olduğunu deyib:
“İndi nəyin baş verəcəyini demək çətindir, amma əgər Paşinyan hakimiyyətdə qalmaq istəyirsə, o, gərək ağıllı siyasət aparıb, Rusiya ilə ümumi dil tapsın. İran və Rusiya imkan verməyəcək ki, ABŞ Qafqazda qoşunlarını yerləşdirsin”.
Tarix: 15-03-2021, 13:38