“YAŞAT” Fondunun fəaliyyəti təqdir edilir

“YAŞAT” Fondunun fəaliyyəti təqdir edilir
“YAŞAT” Fondunun fəaliyyəti hər kəs tərəfindən təqdir edilir. Müharibələr həmişə insanların həyatına son qoyur, ailələrə,xüsusilə uşaqlara böyük bədbəxtliklər gətirir. Amansız müharibənin fəsadlarını aradan qaldırmağa uzun illər gərək olur.
Erməni xunta rejiminin 27 sentyabr 2020-ci il tarixdə başlatmış olduqları müharibədə Azərbaycanın şəhərləri dağıdılır, kəndlər yandırılır, mülki vətəndaşlar amansızcasına qətlə yetirilir, əsirlərə olmazın işgəncələri verilirdi. Bütün bu dəhşətlərin daha artığını etməklə Azərbaycan torpaqlarını ələ keçirir və bir qarışını belə geri qaytarmayacağını həyasızca bəyan edirdi.
Cəmi 44 gün ərzində Rəşadətli Ordumuz tərəfindən Ermənistan Silahlı Qüvvələri məğlub edildi və Azərbaycan torpaqları 30 illik işğaldan azad olundu.
Bəli müharibənin qalibi biz olduq. Lakin tökülən qanların, insanlara və təbiiətə vuralan ziyanların günahkarı Ermənistan siyasi rəhbərliyi oldu. Qalib olmağımıza baxmayaraq xeyli igid-igid oğlanlarımızı, sivil insanlarımızı şəhid verdik, xeyli sayda qazilərimiz, itkin düşənlərimiz də var və xüsusi komissiya tərəfindən axtarılırlar.
Müharibənin törətmiş olduğu fəsadları saymaqla qurtarmır. Amma bu fəsadların aradan qaldırılması üçün bütün dövlət qurumları və xalq 44 günlük müharibə dövründə, eləcədə müharibədən sonra əlindən gələni əsirgəmir. İnsanlar biri-biri ilə yardımlaşır.
Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT”Fondu yaradıldı. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın ictimai nəzarətin təmin edilməsi olmuşdur.
“YAŞAT” Fondu qısa bir zamanda yaranmasına baxmayaraq artıq böyük ailəyə çevrilmişdir. Yardımsevər insanlar və təşkilatlar könüllü olaraq bir araya gəlmişdir. Bu hall cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir. Artıq tez-tez mətbuatda “YAŞAT” Fondunun hərbi əlillərə və şəhid aillərinə baş çəkdiyini onların ilkin ehtiyaclarını təmin etdiyini eşidirik və bizi sevindirir.
Bu həmrəyliyi müharibə zamanı sosial şəbəkələrdə bütün dünyaya nümayiş etdirdik. Bununla nə qədər sülhsevər və nəqədər yardımsevər olduğumuz bütün dünya gördü. İnanıram ki, “YAŞAT” Fondu vasitəsi ilə Qazilərimizin və Şəhid ailələrinin bütün problemləri öz həllini tapacaq. Zaman keçdikcə müharibədən qələbə ilə çıxan Azərbaycan daha da güclənəcək.
“YAŞAT” Fondu daim yaşat.

Xəlilov Hikmət Malik oğlu, Masallı rayon Köçəkli kənd sakini
Tarix: 17-04-2021, 11:34