Allahşükür Paşazadənin müşaviri vəfat edib

Allahşükür Paşazadənin müşaviri vəfat edib Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin müşaviri Xanlar Səlimxanov vəfat edib.

Azforum.az Report-a istinadən xəbər verir ki, o, ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Mərhum Abşeron rayonunun Fatmayi kəndində yerləşən qəbirstanlıqda dəfn olunub.

Qeyd edək ki, X.Səlimxanov uzun illər dövlət orqanlarında çalışıb.
Tarix: 24-01-2022, 10:40