Qubada “Zəfərin fatehləri” adlı layihə çərçivəsində qazilərlə görüş keçirilib

Qubada “Zəfərin fatehləri” adlı layihə çərçivəsində qazilərlə görüş keçirilibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Zəfərin fatehləri” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində Quba rayonu Məckə-Xacə kəndində Vətən müharibəsi iştirakçısı olan veteran və qazilərlə görüş keçirilib.

Görüşdə “Vətən müharibəsi” iştirakçısı, “Fizulinin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş Elvin Bədəlov, “Vətən müharibəsi” iştirakçısı, “Xocəvəndin azad olunmasına görə” medalı ilə təltif olunmuş Elvin Seyfəddinov, “Vətən müharibəsi” iştirakçısı, “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuş Məmmədyar Xudabaxışov, “Vətən müharibəsi” iştirakçısı, “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuş Yasəf Alxasov və “Vətən müharibəsi” iştirakçısı, “Ağdərənin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Nail Adıgözəlov, eləcə də 14-29 yaşlı gənclər, gənc müəllimlər iştirak etmişlər.
Qubada “Zəfərin fatehləri” adlı layihə çərçivəsində qazilərlə görüş keçirilib
Tədbirdə çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin gənc nəslə 30 illik Vətən həsrətinə son qoyaraq zəfərimizlə başa çatan Vətən müharibəsinin fatehlərinin təbliği olduğunu qeyd edərək layihəyə dəstək verdiyinə görə agentliyə təşəkkürünü bildirmişdir. Zəfərin əsas fatehi olan Ali Baş Komandan cənab İlham Əliyevin hərbi dühası sayəsində öz canları və qanları bahasına 30 illik vətən həsrətinə son qoyduqlarına görə müharibə iştirakçılarına təşəkkür etmiş, şəhidlərimizə rəhmət diləmişdir.
Qubada “Zəfərin fatehləri” adlı layihə çərçivəsində qazilərlə görüş keçirilib
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları 44 günlük zəfərin qazanılmasında keçdikləri ağrılı-acılı, qanlı-qadalı anlardan danışmış, torpaqlarımızın azad edilməsində onların da rolu olduqlarına görə qürur duyduqlarını bildirmişlər.

Tədbirdə gənclər tərəfindən qazilərə ünvanlanmış sualları cavablandırılmış, yekunda layihə çərçivəsində hazırlanmış vətən müharibəsində şəhid olmuş 50 nəfər qubalı şəhid haqqında məlumatların yer aldığı kitablar bütün iştirakçılara təqdim edilmişdir.

Qeyd edək ki, may ayınadək davam edəcək layihə çərçivəsində gənclərin iştirakı ilə qazilərlə daha bir görüş keçiriləcək, vətən müharibəsinə həsr olunmuş intellektual yarışlar, gənclər arasında tir atıcılığı üzrə turnirlər təşkil olunacaqdır.
Qubada “Zəfərin fatehləri” adlı layihə çərçivəsində qazilərlə görüş keçirilib
Tarix: 14-03-2022, 11:31