"Azərbaycan xristian dini abidələrini qoruyur və bərpa edir" - Hindistan mediası yazır

"Azərbaycan xristian dini abidələrini qoruyur və bərpa edir" - Hindistan mediası yazırAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünya mediasında” layihəsi çərçivəsində hazırladığı növbəti məqalə Hindistanın nüfuzlu https://muslimmirror.com/ saytında dərc olunub.

"Azərbaycan xristian dini abidələrini qoruyur və bərpa edir" başlıqlı yazıda qeyd olunub ki, Azərbaycanda tarixi və dini abidələrin bərpası təkcə İslam abidələri ilə məhdudlaşmır, digər səmavi dinlərin abidələri ilə də bağlıdır. Qeyd olunub ki, Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlik məbədləri - bütün bunlar Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsidir. Qafqazın ən böyük rus-pravoslav kilsəsi olan Müqəddəs Mironosets kilsəsi, Xilaskar Yevangelist Lüteran kilsəsi, Gəncədə Aleksandr Nevski Rus Pravoslav Kilsəsi və digər xristian abidələri dövlət tərəfindən bərpa edilib.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə bütün icmalar, o cümlədən katolik icması üçün əlverişli şərait yaradılıb.

Yazıda o da göstərilib ki, xristian dini irsinə diqqət və qayğının daha bir göstəricisi Qafqaz Albaniyasının xristian abidələridir. Alban xristian memarlığı nümunələri və tarixi-dini abidələri əsasən ölkənin Qarabağ, Qəbələ, Qax, Şəki və Zaqatala rayonlarında yerləşir. Qax rayonunun Lətik Kötoklu kəndində yeddi kilsə, Şəkinin Kiş kəndində Qafqazın ən qədim xristian məbədlərindən biri olan Kiş-Yelisey məbədi, Qax rayonunun Qum kəndində Qum bazilikası və Mamrux məbədi, o cümlədən s. Alban abidələri bərpa olunur və dövlət tərəfindən qorunur.

Qafqazın ən qədim xalqlarından olan udilərin kompakt yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki Çotari Alban Udi kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Qəbələ rayonundakı daha bir alban kilsəsi olan “Müqəddəs Məryəm” kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir və bərpa olunaraq xristianların istifadəsinə verilib.

Yazıda Azərbaycanın Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobilin fikirlərinə də yer ayrılıb.

Yazının tam mətni aşağıdakı linkdə:
https://muslimmirror.com/eng/azerbaijan-protects-and-restores-christian-religious-monuments/
Tarix: 4-04-2022, 21:49