QHT layihəyə yekun vurub

QHT layihəyə yekun vurubVətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə ictimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstək Agentliyinin maliyyələşdirdiyi "Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi" layihəsini yekunlaşdırıb.

QHT-dən verilən məlumata görə, 4 aylıq (01.02.2022-01.05.2022) layihə çərçivəsində dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı yerli mediada 12 maarifləndirici yazı dərc edilib. İnternt tv-də 6 veriliş hazırlanıb.

Maarifləndirici layihə çərçivəsində gənclərimizə elmi, hüquqi və islamı baxımdan düzgün məlumatlar verilib, radikalizm və ekstremizmin təhlükələrindən, radikalizm və ekstremizmin bütün dünya ölkələri və insanları üçün təhlükəli olduğu faktlarla, elmi əsaslarla ictimailəşdirilib, Azərbaycanın tolerant, multikultural, mədəni müxtəliflik bir ölkə olduğunu çatdırılıb, din-dövlət anlayışını elmi əsaslar, qanunlarla izah edilib.
Tarix: 28-05-2022, 20:31